Reklamın meydana gəlməsi və təkamülü Orta əsrlərdə reklamın təşəkkül tapması XX əsrdən sonra reklamın inkişafı


Orta əsrlərdə reklamın təşəkkül tapması



Yüklə 73,74 Kb.
səhifə2/6
tarix21.04.2022
ölçüsü73,74 Kb.
#115409
1   2   3   4   5   6
Reklam möv 1

1.2. Orta əsrlərdə reklamın təşəkkül tapması

Quttenberq tərəfindən 1450-ci ildə ixtira edilən yığma şriftli çap maşını nəşriyyat işinin, eləcə də reklam mətnlərinin inkişafına zəmin yaratdı. 1478-ci ildən etibarən ingiliscə divarlarda yerləşdirilmək üçün elanlar nəşr edilməyə başlandı. Artıq 1480-ci ildən başlayaraq London şəhərində kilsələrin divarlarına dini kitabların satışını reklam etmək üçün afişalar yapışdırılırdı.

Təhsilin əyani surətdə ehtiyaca çevrilməsi oxumanın və nərin də inkişafı nəticəsində reklam yazılı formada genişlənməyə başladı. XVII əsrdə İngiltərədə hər həftə çıxan qəzetlərdə artıq reklamı görmək olurdu. İlk nəşr reklamı nümunələri başlıca olaraq çap avadanlığındakı irəliləyişlə əlaqəli inkişafına zəmin yaradaraq kitab və qəzetlərə, həmçinin xəstəlik Avropanı məhv etdikdən sonra vacib olan dərmanlara həsr edilmişdir. Bununla yanaşı reklamın məzmununun tənzimlənməsi tələba-tını yaradan saxta reklamlar ciddi problem yaratmışdır.

Artıq XIX əsrdə iqtisadiyyat ilə birlikdə reklam da inkişaf etməyə başladı. ABŞ-da belə məzmunda reklamın inkişafı poçtla sifariş reklamının populyarlaşmasına səbəb oldu.

1836-cı ildə Fransanın “La Presse” adlı qəzeti səhifələrində pullu reklam nəşr edən ilk qəzet kimi xərclərini endirərək oxucuların sayını və mənfəətliyini artırdı. 1840-cı ildə Volney Palmer Bostonda reklam şirkətlərinin ilk başlanğıcının əsasını qoydu. Demək olar ki, həmin zamanlarda Fransanın Charles-Louis Havas şirkəti özünə aid xəbər agentliyinin xidmətini artırmağa başladı. Havas reklam dəllallığı da daxil olmaqla Fransda təşkil edilən ilk qrup kimi fəaliyyətə başladı. İlk dövrlərdə agentliklər qəzetlərin boş yerlərində reklam üzrə fəaliyyət göstərirdilər. “N.W.Ayer & Son” reklam sahəsində əsas məsuliyyəti öz üzərinə götürərək tam şəkildə xidmət göstərən ilk agentliyə çevrildi. Bu agentlik 1869-cu ildə açılmış və Filadelfiyada yerləşirdi.

Tarixən çap reklamlarından ən geniş halada qəzetlərdə istifadə edilmişdir. Qəzet italyan dilində “qazetta” olub,” “az dəyərə malik pul” mənasını verir. Yeri gəlmişkən qey edək ki, hələ bizim eradan əvvəl 1-ci əsrdə Y.Sezar zamanında dövlət üçün mühüm əhəmiyyət kəsb edən hadisələr kağızlara yazılaraq qəzetə oxşar formada cüzi pulla əhaliyə satılırdı. 16-cı əsrdə isə Venesiya şəhərində qəzet almaq səviyyəsində olan pul vahidini rəsmi şəkildə “Qazetta” adlandırırdılar.

Amerikada reklamın atası hesab edilən B.Franklinin 1729-cu ildə çap etdirdiyi çoxsaylı “Qəzet” adında nəşri ilk keyfiyyətli reklam toplusu sayıla bilər.

1839-cu ildə fotoaparat cihazının ixtirası yazılı şəkildə verilən reklamı yeni bir mərhələyə daşıdı. Fotoaparatın vizual görüntüləri nəticəsində təsvir ön plana keçdi və bu da reklam mətnin qısalmasına imkan yaratdı.

İctimai əmək bölgüsünün sürətli inkişafı, iqtisadi münasibətlərin genişlənməsi ilə əlaqədar olaraq yeni məhsulların və xidmətlərin ərsəyə gəlməsi, əhalinin savadlılıq səviyyəsinin yüksəlməsi reklam bazarının getdikcə inkişafına təkan ver-mişdir. 19-cu əsrdə sənaye sahələrinin sürətlə inkişafı, iri miqyaslı invetisiya yatırımları, fasiləsiz olaraq kütləvi istehsala olan tələbat reklamın və eləcə də kütləvi informasiya vasitələrinin inkişafına və əhatə sferasının genişlənməsinə zəmin yaratdı.

Reklam ilk dəfə olaraq Amerikada dövlət miqyasında həm nəzəri, həm də təcrübü cəhətdən peşəkar institut kimi formalaşmışdır. Bu sistemli fəaliyyət reklamın nəzəri qaydalarının tədricən təkmilləşdirilməsinə şərait yaratmışdır. Amerikanın reklamın beşiyinə çevrilməsinə bir neçə amillər səbəb olmuşdur. Birincisi, istehsalın mexanikləşdirilməsinin tətbiqi prosesində Amerika sənayesi liderlik etmişdir ki, bu da əmtəə artıqlığını ortaya çıxarmış və alıcıları daha da çox almağa inandırmaq zərurəti yaratmışdır. İkincisi, su və avtomobil yollarının əlverişli şəbəkəsinin yaradılması, üçüncüsü, 1813-cü ildə məcburi ibtidai təhsilin tətbiqi savadlılığın səviyyəsini yüksəltmiş, qəzet və jurnalların artmasına səbəb olmuşdur. Radionun, daha sonra televiziyanın ixtirası reklamın yayılmasının iki mühüm vasitəsinin yaranması demək idi.

Keçmiş zamanlardan qalma gil və yaxud daş lövhəərdəki yazılı informasiya və məlumatlar ilkin elanlar hesab olunur. Lakin bu elanlarda təhrikedici amillər olmadığından, onlar reklam sayılmır. Bunu baxmayaraq dövr keçdikcə reklam fəaliyyətinin də yavaş-yavaş formalaşdığını görmək mümkündür.

1886-cı il may ayının 8-də ABŞ-ın Corciya Ştatının Atalanta şəhərində C.Pemberton şəxsi aptekində “Coca-Cola” içkisini ixtira etdikdən bir neçə gün sonra “Atlanta journal” qəzetində reklam xarakterli elanla bu içkini əhaliyə tanıtdı. Kütləvi informasiya vasitələrində nəşr edilən bu elanla reklamın tarixi rəsmi şəkildə protakollaşdı. Həmin elanda verilən “dadlı və sərinləşdirici” sözləri hal-hazırda da “Coca-Cola” içkisinin reklam mətnində leytmotiv olaraq istifadə edilir. C.Pembertonun yaxından işgüzar münasibət yaratdığı və bazarda “Coca-Cola” içkisinin satışını təşkil edən Robinson ilk peşəkar reklam fəaliyyəti sahəsində məşğul olan şəxs kimi tarixə düşdü. Bundan iki il sonra onlar (şəriklər) özlərinin şirkət hüquqlarını satmasına baxmayaraq bu gün də dünyada əmtəə reklamının tarixi deikdə onların adı səslənir.

1864-cü ild ilk dəfə olaraq Şərqdə ticarət məzmunlu reklamlar Türkiyənin “Tərcümani-Əhvam” adlı qəzetində nəşr edilməyə başlandı.

XIX əsrin sənaye inqilabı nəticəsində kütləvi istehsal geniş miqyas aldı. İri miqyaslı kapital qoyuluşu istehsalda fasiləsizlik tələb etdiyi üçün, istehlak bazarının tənzimlənməsi labüd idi. Bazar rəqabəti ilk növbədə çoxluğun tələbinə uyğun keyfiyyət standartını fomalaşdırırdı. Yalnız istehsalın təklifini bazarın tələbinə uyğunlaşdırmaqla kütləvi istehsal özünü təsdiq etdi. Kütləvi istehsal və istehlak bazarının yaratdığı idxal və ixrac prosesi coğrafi ərazi çərçivəsinə sığmadı və bu kütləvi informasiya vasitələri sistemli reklamın hüdudlarının genişlənməsinə obyektiv şərait yaratdı.

Marketinqin tərkib hissəsi kimi sistemli reklam hesabına dolların zəif inkişaf etmiş ölkələrin bazarını ələ almasında kütləvi infomasiya vasitələri mühüm rol oynayırdı. XIX əsrin sonlarında reklam işi kütləvi informasiya vasitələrində sistemli şəkildə həyata keçirilməyə başlanılmışdır. XX əsrin əvvəllərində sosial-iqtisadi həyatda tam möhkəmlənmiş reklam mövcud və yeni yaranan kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün obyektiv zərurət yaratdı.

Bazar vasitəsi kimi reklam potensial istehlakçılara satış imkanı verir. İnformasiya və inandırma reklamın əsasıdır. Reklamın digər dəyəri ondadır ki, o çoxlu istedadlı insanları-rəssamları, yazıçıları, rejissorları, aktyorları və s. özünə cəlb edir. Məhz onlar reklamı sənətə çevirir. Reklam əmtəənin keyfiyyətinin ən yaxşı təminatçısı olduğunu deməyə əsas verir. Reklam cəmiyyətin tələbatına və əhval-ruhiyyəsinə cavab verən, onun vəziyyəti və standartları ilə uzlaşan bir sahədir. Sadə şəkildə desək, reklam müxtəlif üsullarla yeni əmtəə və xidmətlər, onların istehlak xüsusiyyətləri haqqında informasiya verir və onların potensial istehlakçılara istiqamətlənir. Reklam satışın stimullaşdırılması ilə yanaşı, firmaların komunikasiya fəaliyyətinin bir hissəsidir. Reklam əmtəəni istehlakçılara könüllü bağlayır.

ABŞ-da və başqa inkişaf etmiş ölkələrdə “reklam” anlayışı KİV-də reklam elanları kimi dərk olunur. Bu zaman satışa səbəb olan tədbirlər cəmiyyətlə xeyirxah münasibətlrə nail olmaq məqsədilə nüfuzlu tədbirlər, həmçinin mahiyyətcə isteh-salçıların istehlakçılarla əlaqəsinə istiqamətlənən və son dövr-lərdə sürətlə inkişaf edən reklam fəaliyyətinin spesifik sahəsi kimi direkt-marketinq bir-birindən fərqləndirilir.

Reklam agentliklərinin yaratdığı və nəşr etdirdiyi reklam bir qayda olaraq istehsalçılar yaxud onların əmtəələri haqqında məlumat verir, onların imicini formalaşdırır və qoruyub saxlayır. Reklam agentliklərinin gəlirləri yaradıcı işlərin ödənilməsindən və reklam yayılması vasitələrindən əldə olunan komisiyon mükafatlarından yaranır.



Yüklə 73,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin