Reklamın meydana gəlməsi və təkamülü Orta əsrlərdə reklamın təşəkkül tapması XX əsrdən sonra reklamın inkişafı


Cədvəl 1.1. Azərbaycanda reklamın xarakterik inkişafı



Yüklə 73,74 Kb.
səhifə6/6
tarix21.04.2022
ölçüsü73,74 Kb.
#115409
1   2   3   4   5   6
Reklam möv 1

Cədvəl 1.1.

Azərbaycanda reklamın xarakterik inkişafı


İllər

Reklamın xarakteri (%-lə)

Ticarət tipli reklam

Siyasi tipli reklam

1920-1930

40,0

60,0

1930-1940

20,0

80,0

1940-1950

0,0

100,0

1995-1997

80,0

20,0

1997-1999

50,0

50,0

2006-2015

15,0

85,0

Axır zamanlar siyasi reklamın payının yüksəlməsi Respublikada ictimai, siyasi fəallığın yüksəlməsi ilə əlaqəli olsada, bunun başlıca səbəbi ticarət reklamının zəifləməsidir. Belə ki, 1995-ci ildə 2 milyon dollara, 1996-cı ildə 8 milyon dollara, 1997-ci ildə isə 12 milyon dollara yüksələn reklam gəlirləri sonrakı dövrlərdə azalaraq 1998-ci ildə 5 milyon dollara, 2006-ci ildə isə 3 milyon dollara qədər aşağı olmuşdur. Mütəxəssislər bu azalmanı reklam sferasına lazımı diqqətin olmamasında görürülər. Digər tərəfdən, eynilik təşkil edən məhsulların Azərbaycanda Gürcüstana nisbətdə daha artıq satılması qonşu respublikada satış miqyasının Azərbaycan iş adamlarının hesabına artmasına gətirib çıxarır. Deməli, məhsulun distryubuterləri daha böyük satış bazarlarına sahıb olduqları Gürcüstanda reklam işinin zəruri olması fikrinə gəlirlər. Baxmayaraq ki, həmin məhsul Respublikamızda daha da çox həcmdə satılır.

Ölkəmizdə reklam fəaliyyəti ilə məşğul olan agentliklər 1994-cü ildən başlayaraq reklam bazarında görünməyə başladılar. Respublikanın sosializmdən bazar iqtisadiyyatı şəraitinə keçməsi özəl müəssisələrin yavaş-yavaş meydana çıxması üçün şərait yaratdı. Dövlət təşkilatlarının özəlləşdirilməsi, ölkəmizə investisiya axınının artması sahibkarlığı gücləndirdi. 1990-cı ilə kimi olan dövr (ilk mərhələ) haqqında bir az düşünərək, belə qənaətə gəlmək olar ki, bu illərdə iqtisadiyyat mərkəzdən planlaşdırılırdı, buna görə də o dövrdə marketinqdən danışan zaman yalnız distribusiya və bir qədər də məhsul haqqında qeyd etmək olardı. Bu illərdə reklam işinə o qədər də ehtiyac yox idi. Yəni, müəssisələrin sayı az idi və hansı məhsulun istehsal olunacağı əvvəlcədən dövlət tərəfindən plan-laşdırılmışdı. İnsanların seçim imkanı çox zəif idi və müəssisələr istehsal etdiyi malı reklam edə bilmirdi. Belə bir mühit Azərbaycanın bu zamanda reklamın inkişaf vəziyyətinə görə digər ölkələrdən ciddi dərəcədə fərqlənməsinə səbəb oldu.

Beləliklə, bu illərdə artıq sahibkarlar mövcud idi. Onlar ən azından öz mallarını tanıtdırmalı idi. Bu məqsədlə həmin şirkətlərin yayım vasitələrinə ehtiyacı var idi. Elə bu vaxtdan başlayaraq Azərbaycanda mətbəə xidmətləri göstərən kiçik müəssisələr yaranmağa başladı. Həmin vaxtda televiziya reklamı bahalı olduğuna görə kiçik şirkətlərin maliyyə vəziyyətləri bu reklama imkan vermirdi və nəticədə onlar əsasən küçə reklamları yaymağa başladılar. Artıq reklam fəaliyyəti göstərən şirkətlər təsis edilməyə başlanılmışdır.

1995-ci ildən indiyə kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı həyata keçirilməyə başlandı. Bu dövrdən etibarən böyük şirkətlər yarandı və dövlət sifarişləri daha da artmağabaşladı. Artıq reklam sahəsində dönüş meydana gəldi. Mətbəə xidmətləri yayılmağa başlamışdı.

Həmin dövrdə hər il reklama yönəldilən investisiyanın artım tempinə görə ölkəmiz dünyada üçüncü, MDB-də isə Rusiya Federasiyasından sonra ikinci yeri tuturdu. Bakıda fəaliyyət göstərən yeddi teleradio şirkətinin reklam bazarı 2015-ci ildə təxminən 80 mln. manat təşkil edib. Məlumdur ki, bütün televiziya reklamları Bakıda yerləşib, buradan dövlət ilə yanaşı, özəl və ictimai kanallar yayımlanır. Regional teleradio şirkətlərin payına isə ümumi reklam gəlirinin çox kiçik bir faizi düşür. Qeyd etmək olar ki, cəmi üç il bundan öncə reklam bazarının ümumi miqyası 25 mln. manat məbləğində dəyişirdi. Bu məbləğin ancaq 2 mln. manatı çap kütləvi informasiya vasitələrinin üzərinə düşürdü. Real olaraq fəaliyyətdə olan çap kütləvi informasiya vasitələrinin sayı təqribi sayı 160 ədəd təşkil edirdi. Maraqlı fakt odur ki, televiziya reklamının bazarı belə inkişafda olduğu bir zamanda çap reklamının vəziyyətində heç bir dəyişiklik müşahidə edilmir. Əgər daha əvvəllər qeyd edilən mediların reklam bazarında payı arasındakı fərq 1:10-a nisbətində təşkil edirdisə, indi bu fərq daha da artaraq 1:40-a nisbətində olub.



Ümumiyyətlə, reklam fəaliyyətinə ancaq istehsalçı və alıcı arasındakı bir vasitə kimi baxmaq düzgün olmaz və o bütün cəmiyyətin ümumi işinin tərkib elementi olmalıdır. Artıq müasir dövrdə reklam dünyada mədəniyyətlərarası körpü missiyasınını yerinə yetirir.


Yüklə 73,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin