Son 12 ayda tələbə və müəllimlər ali təhsildə rollarını kökündən dəyişiblər



Yüklə 20,07 Kb.
tarix01.01.2022
ölçüsü20,07 Kb.
#106988
Ali təhsili dəyişən 5 faktor


Ali təhsili dəyişən 5 faktor

16 Mart 2021



Son 12 ayda tələbə və müəllimlər ali təhsildə rollarını kökündən dəyişiblər

COVID-19 universitetlər və tələbələr üçün son dərəcə mürəkkəb bir problemə çevrildi.  Problemlər böyük ehtimalla  peyvəndləmə yerinə yetirildikdən sonra da qalmaqda davam edəcək. 

Müəllim  heyətinə və tələbələrə olan tələblər misli görünməmiş səviyyədədir və hələ də qalmaqdadır. Həm müəllimlər, həm tələbələr  daim qeyri-müəyyənlik şəraitində, tamamilə bələd olmadıqları üsulda dərs deyərək iş və şəxsi həyat arasındakı balansı idarə etməlidirlər. Lakin son 12 ay ərzində tələbə və müəllimlər ali təhsildə rollarını kökündən dəyişiblər. Böyük çətinliklər əsasən, müəllim və tələbələrdən qətiyyətli davranış tələb etdi.Ümumdünya İqtisadi Forumun materiallarına əsasən, ekspertlər qeyd edirlər ki,  ali təhsil sahəsində özünü göstərən 5 dəyişikliyin COVID-19-dan sonra da davam etdirilməsində fayda var.

 

Təlim texnologiyası Ali təhsil sistemində  iqtisadi investisiyalara və tələbələrin davranışlarına diqqət yetirən tədqiqatçılar sinifdən kənarda təhsilin dərinləşdirilməsi və dəstəklənməsi üçün texnologiyalardan istifadə potensialının böyük olduğunu qeyd edirlər. Mühazirə auditoriyalarının  boş qalması səbəbindən bu potensial özünü daha dəqiq büruzə verir. Pandemiyaya qədər onlayn təhsil mühiti əsasən virtual "kartoteka" şəklində mövcud idi. Bu, təlimin keçirildiyi yer deyil,  tədris materialları mağazası təsiri bağışlayırdı. Pandemiya bu onlayn məkanla nə etməyin mümkünlüyünü  göstərdi: onlayn mühit maraqlı, zənginləşdirici və əlçatan ola bilər. Video və interaktiv kütləvi informasiya vasitələri indi şagirdlərin necə oxuduqlarının bir hissəsidir, müzakirə lövhələri isə söhbətləri davam etdirməyə və dərslərdən kənar ideyaları  yazmağa imkan verir.


 

 

Cəlb olunmağın yeni tərifi

 

Tələbələrin onlayn dərslərlə əhatə olunmasının müəyyən edilməsi mübahisəlidir və kontekstdən asılı olaraq dəyişir. Lakin bu,  daha çox tələbənin təlim trayektoriyasında iştirakına aiddir. Pandemiyadan əvvəl cəlb olunma və davamiyyət çox vaxt sinonimlər idi: tələbənin kursda iştirakı onun mühazirəyə və ya dərslərə şəxsən gəlib-gəlməməsi ilə ölçülürdü. Fiziki cəhətdən heç kim iştirak edə bilmədikdə,  həqiqətən iştirakın nə olduğunu və bunun baş verdiyinə necə əmin ola biləcəyimizi yenidən nəzərdən keçirmək məcburiyyətində qalırıq.  Təhsilalanların onlayn iştirak etdiyi diskussiyalar və qarşılıqlı əlaqə mühazirələrdə, sadəcə görünməklə müqayisədə cəlbolunma haqqında daha çox şey deyə bilər. Bu, xüsusilə kampusdakı dərslərdə iştirak etməkdə çətinlik çəkən, lakin öz həvəs və təşəbbüskarlıqlarını internetdə aydın göstərə biləcək insanlar üçün daha keçərlidir.



 

Yaradıcı qiymətləndirmə

 

Pandemiya zamanı yüksək faizli  yekun imtahanların, məsələn, müəyyən vaxtda nəzərdə tutulmuş yazılı imtahanların keçirilməsi mümkün deyil. Üstəlik, onlar tələbələrin rifahı üçün zərərlidir, yaradıcılıq kimi bacarıqları dəqiq əks etdirmir və çox vaxt tələbələrin universitetdən sonra daxil olacağı real şəraitlə əlaqəsi azdır. Ənənəvi imtahanlar mövzunu öyrənmək deyil, informasiyanı xatırlamaq məqsədi daşıyır.


Açıq qiymətləndirmələr - məsələn, tematik tədqiqatların hazırlanması, analitik sənədlərin tərtib edilməsi və podkastların yazılışı - maraq və akademik tədqiqatları təşviq edir. Burada qiymətləndirmə tədris yolunun bir hissəsidir.

 

Tələbələr tərəfdaş kimi

 

Onlayn təhsil tələbələrdən əhəmiyyətli öhdəlik tələb edir,  tələbə və müəllimlər uğurlu olmaq üçün birlikdə çalışmalıdırlar. Bir çox hallarda bu, universitetlərin getdikcə tələbələri təhsildə tərəfdaş kimi qəbul etməsinə gətirib çıxarır. Tələbələr təlimin fəal iştirakçısı olmaqla müəllimlərlə birlikdə tapşırıqlar və qiymətlər hazırlaya bilərlər. Tələbələr müntəzəm əks rabitə yolu ilə-, bunu internetdə həyata keçirmək daha asandır-, canlı fəaliyyətin formatını  qurmağa kömək edə bilərlər.




Düsturun dəyişdirilməsi

 

Məlum olub ki, bir çox fənlər üzrə universitet təhsilini təşkil edən mühazirə  və dərs vəsaitlərinin uzlaşması  həmişə məqsədəuyğun gəlmir.



 

Xüsusi xəbərdarlıq və təcrübə olmadan onlayn təhsilə qəfil keçid bir çox müəllim və təhsilalanlar üçün çətin oldu. Lakin zaman keçdikcə onlayn təlimin   planlaşdırılması lektorlara keçirilən məşğələnin öyrənilən fənnə uyğun gəldiyinə diqqət yetirməsinə və onları  münasib şəkildə dizayn etməsinə imkan verəcək. Mühazirələr tələbələr təlimatçı rolunu öz üzərlərinə götürdükdə, həmyaşıdlarını öyrətdikdə və ya sinif fiziki bir məkana virtual səyahət etdikdə tamhüquqlu təilmatlarla əvəz oluna bilər.



 

COVID-19 ali təhsil üçün böyük problemə çevrilib, lakin universitetlər gələcəkdə təhsilin və tədrisin yaxşılaşdırılması üçün bu problemdən dərs ala bilərlər.


 

 

Oruc MUSTAFAYEV
Yüklə 20,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin