İxtisas: Kitabxanaçılıq
Kurs: I
Fənn: Kitab tarixi
Mövzu: YAZI VƏ ƏLİFBANIN YARANMASI
Ədəbiyyat siyahısı:
1. AllahverdiyevB. V.Ümumi kitab tarixi. Bakı. 2003
2. AllahverdiyevB. V.Kitablar haqqında kitab. - Bakı: “Gənclik”, 1972.
Müəllim: Məmmədova Xumar e-mail: xrmemmedova@mail.ru
PLAN:
Yazının yaranma tarixi
Əlifbanın meydana gəlməsi
Qədim yazı növləri
YAZI VƏ ƏLİFBANIN YARANMASI
Bu mövzuda tələbələr yazının yaranmasım şərtləndirən amilləri, yazının tiplərini, onların inkişafı xüsusiyyətlərini, “əşya yazısı” - piktoqrafik, ideoqrafık, sullaboqrafik və fonoqrafık yazının meydana gəlməsini və inkişafım, yazı, dil və təfəkkürün əlaqəsini; qədim Şumer (İkiçayarası), Mesopotomiya, Misir, Finikiya, Hindistan və Çin kimi qədim ölkələrdə yazı sistemlərini, onların yaranması, inki- şafi və təkmilləşdirilməsini; dünyada ilk əlifbaları, onların meydana gəlməsi və inkişafını öyrənirlər.
Tələbələr bu mövzu əsasında qədim Şərqin ən böyük, zəngin mə-dəniyyət yaratmış xalqlarından biri olan İkiçayarasında (Dəcla və Fərat çayları arasında) yerləşən Mesopotomiyada yaşayan şumerlərin yazı mədəniyyəti, xüsusilə daş və gil lövhələri üzərində yazılmış mətnlərlə tanış olaraq dərk edirlər ki, e.ə. IV minilliyin sonunda meydana gəlmiş şumer yazılı abidələrinin tarixi çox qədimdir. III minilliyin sonu II minilliyin başlanğxcında şumerlərin yazı mədəniyyəti akkad yazı mədəniyyətinin inkişafmda əsas olmuş, akkadların şumer mədəniyyətinin varisi və inkişaf etdiricisi olmaları ilə də tələbələr bu mövzu əsasmda müəyyən bilik əldə edirlər. Bu mövzu tələbələrə belə mühüm bir məlumatı çatdırır ki, parfıyalılarm zamanına qədər İkiçayarası ərazidə əsasən piktoqrafıya - “şəkli yazı”dan, mi- xi yazılarından istifadə edilmişdir. Uruk qazıntıları zamam məbəd sahəsindən qədim yazıların aş- kar edilməsi piktoqramların, yəni şəkli yazıların qədimliyini, ilk yazı tipi ölmasını göstərməklə bərabər , şəkli yazmın müxtəlif məna daşıyan işarələrdən və rəqəmlərdən ibarət olması ilə də tələbələr tanış olurlar. Bu yazı sistemində işarələr vasitəsilə əşyaların və s. sxematik təsvirləri verilmişdir. Hər bir təsvirin müəyyən mənası vardır. İşarələr gil kitabələr və daş üzərində yazılmışdır. Burada tələbələr dərk edirlər kiy şəkli yazı vasitəsilə bütöv fikri ifadə etmək qeyri-mümkündür, yəni daha geniş və mürəkkəb məz- munlu ifadələri şəkli işarələrlə ifadə etmək, daha dəqiq desək, yaz- maq mümkün deyildi. Mətn artıq şəkli işarələrə görə oxunurdu. Məsələn, “ev”, “sünbül”, “ayaq”, və s. mənaları bunlara oxşar rəsmlərlə təsvir edilirdi. Piktoqrammalardakı təsviri elementlər tədricən şərti işarələrə, qrafik simvollara, lotoqrammalara çevrilmişdir. Təsərrüfatın ceniş şəkildə inkişafi, dövlət quruluşunun bərqərar olması, yeni, ifadəli yazı növünə tələbatın artdığını da tələbələr bu mövzu əsasında öyrənirlər və şumerlərin tədricən yeni yazı növünü, yəni mixi yazıları ixtira etmələrini bilirlər. İraq ərazisində aşkar edihniş bu cür mətnləri yerli əhali “mismari yazılar” adlandırmışlar. Bu yazının işarələri mıxvarı, yaxud mismarşəkilli idi və bu işarələrin bir-birinə calaşdırılması ilə müxtəlif hecalı və fonetik mənalar yaradılırdır. Təxminən e.ə. III minilliyin ortalarmda şumer yazısınm mixi (mismarı) yazı sisteminə çevrilməsi və mixi yazı növünün 600-dən çox işarəyə malik olması haqqında da məlumatlar bu mövzuda öz əksini tapmışdır. Eyni bir mixi işarəsinin çox mənalı olması uzun müddət, hətta indi də bəzi qədim mətnlərin oxunmasını çətinləşdirmişdi. Tələbələr öyrənirlər ki, mixi (mismarı) yazılar üç min il istifadə edilmiş və I minilliyin sonunda aradan çıxmışdır və həmin minilliyin əvvəlində İkiçayarasında samidilli arami tayfalarınm arami yazı növü tətbiq olunmuşdur. Eyni zamanda tələbələr mövzuda e.ə. IV minilliyin sonunda qədim Misir yazısmın meydana gəldiyini və bu yazı sisteminin ilkin nümunələri erkən səltənət dövründə (e.ə. 3100-2800-cü illər) tətbiq edildiyini öyrənirlər. Misirdə də ilk yazı növü piktoqrafik, yəni “şəkli yazı” olmuşdur Təsərrüfat və dövlət idarə sisteminin inkişafı və mürəkkəbləşməsi yazınm gündəlik həyatda tətbiqini və təkmil- ləşdirilməsini tələb etmişdi. Beləliklə, bu işarələr əwəlki mənası ilə yanaşı, səs birləşmələrini, hecaları bildirməyə başladı. Bunun nəticəsində müxtəlif anlayışları və hadisələri ifadə etmək imkanı yaranmışdır.Jğu yazı işarələri qədimdə heroqlif, yunanca “müqəddəs işarələr” adlandırılmışdı. İlk dəfə bu işarələrə “heroqlif ’ adını yunan alimi Herodot (e.ə. 484-425) vermişdir. “Heratika” (kahin yazısı) və “demotika” (xalq yazısı) olmaqla inkişaf edən yazılar da işarə yazılar sistemində mühüm yer tutmuşdu. İlk zamanlar heroqliflərin sayı çox olmuşdur. Tədqiqatlar təsdiq edir ki, ən çox işlədilən heroqliflərin (yəni işarələrin) sayı 700-ə qədərmiş. Demotika (e.ə. VIII əsrdən) yazı növü dövlət idarəl|fində, ədəbiyyat və dini sənədlərin tərtibində geniş istifadə edilirdı. Misir yazı sistemi çox inkişaf etmişdi. Hətta Misirdə 21 işarədən (hamısı samit) ibarət əlifba da yaranmışdır.
Bütün bu inkişafa baxmayaraq, heroqliflər yalnız sözün mənasını semantik cəhətini əks etdirimişdir.Deməli, heroqliflər “şəkli yazı” və əlifba deyildır Heroqliflərin sözün səs tərkibi, fonetikası ilə heç bir münasibəti olmamışdır. XVI-XI əsrlərdə (b.e.ə.), bütün egey dünyasında heca yazısı geniş yayılmışdı. Bu qeyd etdyimiz məsələlərlə bərabər, tələbələr bu mövzu əsasmda Hindistan və Çin kimi öl- kələrdə yaranmış, inkişaf etmiş yazı sistemləri ilə tanış olurlar. Bizim e.ə. 3000-2000-ci illərdə Hindistanda yazı (e.ə. 2000-1000-ci illərdə heroqlif yazısı meydana gəlmişdi) və təsvirlər meydana gəlmişdir/(indiyə qədər onlardan 2000-ə qədəri tapılıb). Bunların içərisində öküz, keçi, pələng, şir şəkilləri (təsvirləri) çoxluq təşkil edir. Bəzən bütöv mifoloji səhnə şəkli çəkilmişdir. Belə təsvirlərdə 10-20 işarə olmuşdur. Tədqiqatçıların bu təsvirlərin işarələri barədəki fikirləri (150-dən 400-ə qədər) müxtəlifdir. Əlbəttə, bu işarələrin sayı fonetik və heca yazısı üçün olduqca çoxdur. Burada ronqo-ronqo yazı sistemindən Sakit okeanm Pasxi (Repanui) adasmda istifadə edilməsi haqqında tədqiqatçıların məlumatları vardır. Tur Heyer- dal özünün “Kon-Tiki üzərinə səyahət” və “Aku-Aku” kitablarında ronqo-ronqo yazısını hindlilərin Peru heroqlifləri əsasında yaratdıqlarını təsdiq edir. Bu yazılar protohind sivilizasiyasına məxsusdur. Ədəbi, dini abidələr və elmi tədqiqatlar təsdiq edir ki, bizim e.ə. VI əsrdə yaşlılar və uşaqlar yazıdan istifadə etmişlər.. Hindistan əhalisinin çoxdilliliyi, çoxlu yazı sistemlərinin yaranmasmı və istifa- dəsini şərtləndirən amil rolunu yerinə yetirmişdir.Hindistanda 200- ə qədər yazı olmuşdur. Onların böyük əksəriyyət’tein əsasında əsasən brahma və qismən kharoşti durur. Deməli, bizim e.ə. V əsrdən Şimal-Qərbi Hindistanda bu yazılar istifadə edilmişdir.
Həmin dövrdə Şimal-Qərbi Hindistan fars əhəmənələri hakimiyyətinə tabe idilər. Bu yazı sistemləri, xüsusilə brahma, fars-arami yazı sistemi əsasında yaranmışdır. Bizim e.ə. VI əsrdən brahma yazısı kharoşti yazısını sıxışdırdı və geniş şəkildə istifadə olunmağa başladı. Bizə gəlib çatan qədim hind abidələri, belə bir fikir söyləməyə əsas verir ki, brahma yazısı e.ə. VIII-VI əsrlərdə meydana gəl- mişdir. Çox ehtimal ki, brahma yazısı finikiya-arami əlifbasının əsasında yaranmışdır. Bu yazının_sağdan-sola yazılması və bəzi işarələrin bir-birinə oxşarlığı da bu fıkri təsdiqləməyə imkan verir. Brahma yazısında hər bir işarə bir səsi deyil, sait və samitlərdən ibarət bütöv bir hecanı bildirirdı. Brahma yazısmın inkişafı və təkmilləşdirilməsi əsaısnda devanahari əlifbası (XIII əsrdə) yaran- mışdır.
Devanahri əlifbası özündə əlli ( 50 ) işarəni, o cümlədən 13 işarə sait və diftonqu, 33 heca və 4 köməkçi işarəni birləşdirirdi. Bu əlifbada diakritik (hərflərin səsini dəyişmək üçün onlarım üstündə və ya altında qoyulan işarə) və liqatura (bir-birinə bağlanaraq bir hərf kimi yazılan iki və ya daha çox hərf) işarələri 600-ə qədərdif'Bu ya- zını çox mürəkkəbləşdirir, lakin dilin mənä çalarlarının, incəliklərinin verilməsində, çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Indi Hindistanda bu yazı-əlifba hind dili və çoxlu digər dillər və şivələr üçün milli yazı hesab edilir.
Qeyri-hind xalqları arasında buddizmin yayılması ilə əlaqədar olaraq hind yazısı haqqında biliklər də genişlənmişdir. Bu hind yazısı əsasinda digər yazı sistemləri: benqal, nepal (“ranca”), tibet (“dbu-çan”), birma, tamil, khmer və i.a. meydana gəlmişdi.
Hindistan kimi Çində də yazmın tarixi qədimdir. Burada ilk heroqlif yazısı şan (In) sülaləsi zamanında (bizim e.ə. XIV-XI əsrlər) yaranmışdır. Bunu, yəni yazının yaranmasım XIV əsrin əvvəllərində Xuanxe çayının sahillərində formalaşmış quldarlıq tn dövləti sürətləndirmişdi. Arxeoloqlar bağa qını və qaban qılıncı üzərində 10 minlərlə yazı tapmışlar. Onların üzərindəki heroqliflər indikilərdən tamamilə fərqlənir və daha çox piktoqramma təsəvvürünü yaradır. Bu qədim heroqlif yazısının müəyyən hissəsi daş və bürünc lövhələrdə həkk edilmişdi. Çjou epoxasında ( bizim e.ə. XII-III əsrlər ) yazı və savad sürətlə inkişaf etmişdi.
Çində ilk dövrlərdə yazı yazmaq üçün 2 min heroqlifdən istifadə edirdilərsə, indi onların sayı 50 mindən çoxdur. Bu qeyd etdiyimiz qədim ölkələrdə müxtəlif tipli yazılardan - piktoqramma, mixi, heroqlif, heca və s. istifadə edilməsinə baxmayaraq, insanlar daima onlarm inkişafına və təkmilləşməsinə səy göstərmişlər. Fonetik yazının meydana gəlməsi bu gərgin səylərin nəticəsində baş vermişdiy 20-30 hərfdən ibarət olan əlifbanın yaranmasmın tarixi çox qədimdir. Əlifbanın ixtirası insanın dahiliyi ilə izah olunmalıdır./l/ ^İlk əsaslı əlifbanın yaradılması və yayılması qədim fmikiyalılara məxsusdur. Əlbəttə, digər böyük kəşflər kimi əlifbanın ixtirası haqqında uzun mübahisələr olmuşdur. Finikiya əlifbasmın əmələ gəlməsi 1905-ci ildə Sinay yarımadasmda tapılmış xeyli miqdarda ya- -zılı abidə əsasında aydınlaşdırılmışdır. Tapılan bu yazının Misir heroqliflərinə oxşamasına baxmayaraq, tamamilə fərqli, spesifık cəhətləri də diqqəti cəlb etmişdi. Finikiya yazı sistemi 22 işarə hərfdən ibarətdir. Burada hər bir hərf bir səsi ifadə edir. Bu təmiz fonetik yazıdır və əlifbada hərflər müəyyən qaydada düzülmüşdür: aleph, beth, qimel, daleth, he və i.a./Finikiya əlifbasında sait üçün hərf yoxdur, burada yazı yalnız samitlər və yarımsamitlərdən ibarətdir. Avropa xalqlarından ilk olaraq yunanlar fınikiya əlifbasını e.ə. XI əsrdə qəbul etmişlər.
Miflərin birində belə bir məlumat verilir ki, Yunanıstana əlifbanı fınikiyalı tacir Kadm (Feros adasına gəlmişdi) gətirmişdir. Həqiqətən həmin adada qədim yunan yazılı abidələri tapılmışdır. Bu fakt təsdiq edir ki, həqiqətən Yunanıstana yazı şərqdən gəlmişdi. Bunug əfsanə olmasına baxmayaraq, burada həqiqətin rüşeymi də vardır. Yunanlar fınikiya əlifbasına sait səsi ifadə etmək üçün 7 hərf daxil edərək əlifbanı sait və samitlərdən təşkil edərək tamamlamış- lar/Yunan əlifbası tədricən Avropa ölkələrinə yayılmağa başlamış- dı. E.ə. VIII əsrdə yunan əlifbasmı birinci olaraq mədəniyyətin sələfləri hesab edilən etruskilər qəbul edir, yenidən işləyir və təkmilləşdirirlər. Beləliklə də, İtaliyada latın əlifbası meydana gəlir. İndi hər iki Amerikada, Avstraliya, Avropa, habelə Asiya və Afrikanm bir çox xalqları latm əlifbasından istifadə edir.
Qədim dünya ölkələrinin yazı sistemlərinin müəyyən hissəsini yəhudi xalqı yaratmışdır. Qədim yəhudilər, başqa sözlə, yevreylər əski yəhudi dilində (ibrim, ibranicə) ilk əlyazma kitablarını meydana gətirmişlər. Suriya və Ərəbistan yarımadasında, Mesopotomiyanm qüzeyində yaşayan qədim semit (qərbi) tayfalarından olan yəhudilər e.ə. XVI-XIII yüzillərdə öz dövlətlərini və mədəniyyətlərini qurmuş, inkişaf etdirməyə başlamışlar. E.ə. VII yüzildə Qüdsdə Yahve (israillilərin tayfa ittifaqının Allahmın adı) məbədi tikilmiş və başqa Allahlara sitayiş qadağan edilmişdir. Mənbələrin bir çoxu yəhudi (ivrit, idiş, ladino ) dilinin əlifbasının e.ə. XI yüzildə fınikiya əlifbası əsasında yarandığını təsdiq edir. Bu dildə ən qədim kitabə kənan əlifbası ilə yazılmış Keyzer təqvimidir (e.ə. X yüzil). Fələstinin Babi- listan tərəfındən işğalından sonra (e.ə. VI yüzil) qədim arami yazısı tədricən yəhudi əlifbasım sıxışdırmış və arami yazısı əsasında indi- yədək istifadə olunan “kvadrat” əlifbası yaradılmışdır.
Bizim eranın IX əsrində iki slavyan əlifbası meydana gəlmişdir. Bu əlifbaları slavyan maarifçiləri iki qardaş Bizans missionerləri - Konstantin Kirill (827-869) və Mefodi ( 815-885 ) yaratmışlar. Onlar Makedoniyanın liman şəhərində - Solunidə ( indi Saloniki) anadan olmuşlar. Hər iki qardaş öz savadları ilə , elmləri və bir sıra elmi və ədəbi əsərləri ilə məşhur olmuşlar. Konstantin Filosof (Kirill) 863-cü ildə 38 hərfdən ibarət slavyan əlifbasını (Kirill) tərtib etmişdi. Kirillin böyük qardaşı Mefodi isə 40 hərfdən ibarət “qlaqolis”i (mənası “söz”, “danışmaq” deməkdir) tərtib etmişdir. Qədim slavyan yazılı abidələri hər iki əlifba əsasında yazıya alınmışdı.
Bütün bu yuxarıdakı məsələləri tələbələrimiz “Yazı və əlifbanın yaranması” mövzusunda öyrənirlər.
İxtisas: Kitabxanaçılıq
Kurs: I
Fənn: Kitab tarixi
Mövzu: YAZI MATERİALLARI, ONLARIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI
Ədəbiyyat siyahısı:
1. AllahverdiyevB. V.Ümumi kitab tarixi. Bakı. 2003
2. AllahverdiyevB. V.Kitablar haqqında kitab. - Bakı: “Gənclik”, 1972.
Müəllim: Məmmədova Xumar e-mail: xrmemmedova@mail.ru
PLAN:
Yazı materiallarının təşəkkülü
Papirus və gil lövhəciklər
Kağız istehsalının əhəmiyyəti
Dostları ilə paylaş: |