, xüsusilə Aşşurbanipalın (e.ə. 669 - 635 /27-ci illər) zəngin kitabxanası yaranmışdı. Assuriyanm sonuncu görkəmli dövlət xadimi Aşşurbanipal hərtərəfli təlim və təhsil almışdı. Aşşurbanipahn təşəbbüsü ilə Nineviya şəhərində ən böyük kitabxana yaradılmışdı. Bu kitabxanada müxtəlif dövrlərə aid müxtəlif məzmunlu kitablar toplanmışdı. Bu kitablların içərisində ədəbi əsərlər, əsatirlər, riyaziyyata, coğrafıyaya, təbabətə və s. dair mətnlər, lüğətlər əsas yer tuturdu. Ümumiyyətlə, kitabxanada 30 mindən çox mixi yazılı kitabə olmuşdur. Mesopotamiyada ən böyük kitabxana Assuriya çarı Aşşurbanipalınkı olmuşdur. Arxeoloqlar həmin kitabxananın qalıqlarını XVII əsrin ortalarında Kyuncikin yaxınlığında aşkar etmişlər. Bu kitabxana öz qədim tarixi ilə məşhur olan Nineviyada fəaliyyət göstərmişdir. Aşşurbanipalın əmri ilə şumer dilində gil lövhəciklərin (artıq o dövrdə şumer dili istifadədən çıxmışdı), habelə istifadədə olan babil, elam və assuriya dilindəki yazıların toplanması həyata keçirilmişdir. Nəticədə müxtəlif dillərdə, müxtəlif yazı materiallarında, müxtəlif mövzuları əhatə edən zəngin kitabxana yaranmışdır. Kitabşünas L.İ.Vladimirovun yazdığına görə, həmin kitabxananın zəngin fondundan 27 mindən artıq gil lövhəcik və yaxud fraqmentlər indi Britaniya muzeyində saxlanılır. Ehtimal edilir ki, bu həmin kitabxananın fondunun çox cüzi bir hissəsidir. Aşşurbanipalın kitabxanasında çox sayda kitabxanaçılar və katiblər işlə- mişlər. Çar-bibliofılin göstərişi ilə kolleksiyada çatışmayan kitabların axtarışını və onların üzünün köçürülməsini həyata keçirmişlər. Aşşurbanipalın kitabxanasında gil lövhəciklərdə olan kitabların üzü səliqəli köçürülür, tərtib edilir, biblioqraflk və redaktə baxımından əla işlənilirdi. Hər gil lövhəcik üzərində yazılırdı: “Assuriya hökmdarı çarlar çarı Aşşurbanipalın sarayı”. Bundan əlavə, katib başhqları, qeydləri yazır, bunun orijinal və yaxud siyahı olduğunu müəyyənləşdirirdilər. Katiblər bu işləri ilə orijinalın yerini, harada olmasını da göstərirdilər. Bu lövhəciklərdə katiblərin adı, köçürüldüyü tarix və sairə də göstərilirdi.
Əlbəttə, bu cür böyük kitabxana kataloqsuz fəaliyyət göstərə bilməzdi. Kataloqun bizə gəlib çatan fraqmentləri Britaniya muzeyində saxlanılır. Aşşurbanipalın kitabxanasında elmi təsnifat tətbiq edilmişdi. Gil lövhəciklərə bağlanmış etiketlər lazım olan əsərin axtarışını asanlaşdırırdı. Etiketdə seriyanın adı, kitabm məzmunu və ondakı gil lövhəciklərin miqdarı göstərilirdi. Kitabxananm fondu dini və sehrbazlıq mətnlərilə bərabər, leksika və qrammatika üzrə soraq-məlumat kitablarmı, lüğətləri, salnamələri, astronomiya, astrologiya və riyaziyyat, zoologiya, biologiya. botanika, minerologiya, tibb və digər sahələrə dair risalələri əks edirdi. Demək olar ki, kitabxanada Qədim Şərqin yaratdığı bütün ədəbiyyat toplanmışdı. E.ə. 616-612-ci illərdə Nineviya Midiya hökmdarı Giaksar (e.ə. 625
585) tərəfındən tutuldu və dağıdıldı. Bununla əlaqədar bu zəngin kitabxana ingilis arxeoloqlarınm aşkara çıxarmasına qədər, təxmi- nən iki min beş yüz il şəhər dağmtıları altında qalmışdır.
Şumer kitablarında, ümumiyyətlə, mətnlərdə müəllif göstərilməmişdir. Görünür qədim dövrlərdə dildə, ağızdan-ağıza söylənən, yayılan əsərlər yazıya alınmışdır. Əlbəttə, bu işi çox ehtimal ki, mir- zələr, mətn köçürənlər yerinə yetirmişlər. Elmi tədqiqatlarda belə bir fıkir də mövcuddur ki, qədim zamanlarda şamanlara, ozanlara bənzər dastançılar, nağılçılar varmış və ədəbi əsərlər, dastanlar onlardan birinin söylədiyi şəkildə yazıya alınmışdır. Məktəblərin, təhsilin yaranması əlyazma daş və gil kitablarının inkişafına müsbət təsir göstərmişdir.
Yazı və kitab mədəniyyəti qədim Misirdə də müəyyən inkişafa malik olmuşdur. Misirdə qədim çarlıq dövründə (e.ə. III minillik), orta çarlıq (e.ə. XXI - XVII yüzilliklər), yeni çarlıq (e.ə. XVI - IX yüzilliklər), demotik çarlıq (e.ə. VIII yüzillikdən bizim eranm III yüzilliyinədək) dövrlərində yazı, əlyazma əsərləri kitab nümunə- lərinin meydana gəlməsi ilə tanış olan tələbələr əski çarlıq dövründən yadigar qalmış “Ehram mətnləri”nə diqqəti yetirməlidirlər. Bu yazılar ehramlarda V - VI firon sülalələrinin (e.ə. 2700 - 2400-cü il- lər) foye və otaqların divarlarında əks etdirilib. “Ehram mətnləri”ndə insanların tanrılara xas olan ölümsüzlüyə can atmaları ilə bağlı çoxlu magik formul və deyimlər öz əksini tapıb. Qəbirüstü ki- tabələr göstərir ki, qədim Misirdə zəngin ədəbi mühit olmuşdur. Orta çarlıq dövründə “Sinuxenin hekayəti”, “Gəmi qəzasına uğramışın nağılı” (e.ə. 2000 - 1800-cü illər), himnlər, Xappiyə və Nil tanrısına həsr olunmuş öygülər tələbələrdə maraq doğura bilər.
Fransız misirşünası E.de Ruje Misirin Qize şəhərində IV sülalənin yüksək vəzifəli məmurunun (e.ə. 2930 - 2750-ci illər) qəbirüstü daşında yazısını aşkar etmişdir. Bu yazıda yüksək vəzifəli məmurun bir çox titulları ilə bərabər “...yazı evinin rəisi” titulu da vardır. Görkəmli Litva kitabşünası, prof. L.İ.Vladimirov belə hesab edir ki, Şepseskafanx (qəbri tapılmış rəisin, yəni məmurun adı) bizə mə- lum olan ilk kitabxanaçıdır. Misir və Şumerdəki ilk kitabxanalar sənədləri saxlamaq üçün arxiv təsəwürünü yaradırdı. Misirin XVIII sülalənin nümayəndəsi III Amenxotepin (e.ə. 1408 - 1372-ci illər) və onun oğlu IV Amenxotepin (e.ə. 1372 - 1354-cü illər) Fiv şəhərində (indi əl-Amarna) tapılmış sənədlər toplusunu buna nü- munə göstərmək olar. E.ə. I əsrdə Misirə gəlmiş yunan Diodor II Ramzesin (e.ə. 1301 - 1235-ci illər) Fiv şəhərindəki sarayınm dağıntıları haqqında danışarkən oradakı keçmiş kitabxananın binasım gördüyünü və onun qapısı üzərində “Can (adam) üçün aptek” sözləri yazıldığını qeyd edir. Qədim Misir kitabxanaları haqqındakı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, hər şeydən əwəl, həmin kitabxanalar sənədləri saxlayan arxiv kimi meydana gəlmişdir. Ümumiyyətlə, Qədim Misirin ilk kitabxanaları arxiv və kitabxana funksiyalarını yerinə yetirmişdir. Kitabxanalara və kitabxanaçılara Qədim Misirdə çox yüksək qiymət verilmişdi. Kitabxanalar fıronların saraylarında, dövlət idarələrində və məktəblərdə mövcud olmuşdur. Bu kitabxanalarm fondu böyük olmamışdır. Pa- pirus (bükülmüş) kitablar sandıqlarda və yaxud divar taxçalarında saxlanılırdı. Sandıq və taxçalarda olan ədəbiyyat haqqında oxuculara məlumat vermək üçün elə həmin kitab saxlayıcıların yanmda sandıq və yaxud divar taxçalarındakı kitabların siyahıları asılırdı. Qədim Misirdə yaranmış kitabxanaçılıq işinin bir çox ünsürlərini, başqa sözlə, xüsusiyyətlərini antik kitabxanalar qəbul etmişdir. Əgər Misirdə kitabxanaçılıq işinə dair 1000 illər ərzində zəngin təcrübə toplanmasaydı, çox ehtimal ki, nəhəng əzəmətli və məşhur İskəndəriyyə kitabxanası yaranmazdı. Tədricən ovxalanıb tökülən papirusa nisbətən çox möhkəm yanmış gil lövhələrin şumerdə yara- dılması və yazı materialı kimi geniş istifadə edilməsi e.ə. IV-III mi- nilliklərdə meydana gəlmiş, toplanmış arxiv sənədləri və kitabların saxlanmasım və sonrakı nəsillərə çatdırılmasım təmin etmişdir. Təsadüfl deyildir ki, Şumerdə Sipar dağıntılarında arxeoloqlar məbədlə bərabər, başqa bir binanı da aşkar etmişlər. Həmin aşkar edilmiş binanm bir otağında arxeoloqlar bir yerə toplanmış çox sayda gil lövhəciklər tapmışdır. bu gil lövhəciklərin oxunması nəticəsində məlum olmuşdur ki, otaqda toplanmış gil lövhəciklər mindən çox himnlər, dini və didaktik mətnlər, lüğətlər, əlifba və dərsliklərdən ibarətdir. Kitabşünas L.İ.Vladimirov belə hesab edir ki, bu məbədin yanmdakı məktəbin kitabxanası olmuşdur. Gil löv- həciklərdən birinin üzərində aşağıda verdiyimiz çox maraqlı yazı vardır: “Kim təhsildə fərqlənir, o günəş kimi işıq saçır”. Məbədlərin yanında iri kitabxanalar olmuşdur. Məsələn, Şumer sivilizasiyasının qədim mərkəzlərindən biri hesab edilən Nippurda Enlil Allahı- nın məbədində böyük bir kitabxana da olmuşdur. Məbəddən 54 mindən çox gil lövhəcik aşkar edilmişdir. Bu gil lövhəciklərin çoxunun tarixi e.ə. IV - III minilliklərə gedib çıxır. Məbədin kitabxana- sında e.ə. IV əsrə aid də gil lövhəciklər olmuşdur. Bu onu göstərir ki, qədim Şumerdə kitabxanalar uzun müddət mövcud olmuşdur. Gil lövhəciklərin çox hissəsini ədəbi mətnlər təşkil etmişdi. Kitabxana kərpicdən tikilmiş binada yerləşdirilmişdir. Lövhəciklər bina- nın divarına yaxın ağac rəflərdə düzülmüşdü.
Şumer, akkad və babilin Ur, Laqaş, Kiş və digər şəhərlərinin dağıntılarmdan arxeoloqlar qədim kitabxanalar aşkar etmişlər.
Qədim Şərqin kitabxanaları içərisində xetlərin dövlət kitabxanası və arxivi də mühüm yer tutmuşdur. Bu kitabxana və arxiv 1906- 1907-ei illərdə Ankara yaxınlığmda aşkar edilmişdir. Orada Xetlərin paytaxtı Xattusda hökmdar Xattusilinin (e.ə.XIII əsrin ikinci yarısı) sarayının dağıntılarından arxeoloqlar 11 minə yaxın gil lövhəciklər və yaxud fraqmentlər (salnamələr, hökmdar məktubları, nəsihətlər, müraciət, ritual mətnləri, atlara qulluq üzrə rəhbərlik və s.) aşkar etmişlər. Çox ehtimal ki, bu ədəbiyyat kitabxananın, ilk dövrlərdəki fondunun çox cüzi bir hissəsidir. Əgər əsər bir neçə gil lövhəcikdən ibarət olurdusa, bütün onlar əsərin ilk sözünü bildirməklə nömrələnirdi. Sərlövhədə müəllif, onun titulu, yaşadığı yer göstərilirdi. Bəzi hallarda katibin adı da qeyd edilirdi. Sonra əsərin adı, qeydlər, davam edəcəyi öz əksini tapırdı. Kitabxana müəlliflərin adları əsasında tərtib edilmiş kataloqla təchiz edilmişdi.
Ümumiyyətlə, qədim kitabxanalarda zəngin mədəni irs toplanmışdır. Kitabxanaçılıq və kitabcılıq işi sahəsində antic dövrdəki mütərəqqi işlərlə yanaşı, mürtəce xarakterli işlər də həyata keçirilmişdir. Ayrı-ayrı (bəzi) hökmdarlar və din başcıları, tərəfindən kitaba, onun yayılmasına qarşı amansız nəzarət tədbirləri həyata keçirilmişdir. Bütün bunlara baxmayaraq tarix, zəngin ədəbi-mədəni irs məhz kitabxanalar sayəsində dövrümüzə gəlib cıxmış, öz orijinallığını qoruyub saxlamışdır.
Dostları ilə paylaş: |