Yazının yaranma tarixi Əlifbanın meydana gəlməsi Qədim yazı növləri yazi və ƏLİfbanin yaranmasi


QƏDİM DÜNYA ÖLKƏLƏRİNDƏ KİTAB VƏ KİTABXANALAR



Yüklə 46,94 Kb.
səhifə3/4
tarix01.01.2022
ölçüsü46,94 Kb.
#106013
növüYazı
1   2   3   4
QƏDİM DÜNYA ÖLKƏLƏRİNDƏ KİTAB VƏ KİTABXANALAR
Şumer, Misir, Çin və Hindistan kimi qədim ölkələrdə quldarlıq dövlətlərinin formalaşması kitabm istehsalına və istifadəsinə, kitabxanaların yaranmasına müsbət təsir göstərdi. Qədim dövrlərdə bu ölkələrdə əhalinin savadlılıq səviyyəsi yüksək olmamış, təbəqələrin çox böyük əksəriyyətini əhatə etməmişdir. Məmurların əsas hissəsini aristokratlar təşkil edirdi. Amma bu təbəqədə savad, savadlılıq qiymətləndirilirdi. Savadlıların əsas hissəsini katiblər təşkil edirdi. İlk çarlıq dövründə məktəblər yaranırdı. Bu məktəblər əsasən Misir fironlarının sarayında olurdu. Tədricən dövlət idarələrində, xüsusilə məbədlərdə məktəblər də təşkil edilirdi. Bu məktəbləri bitirənlər əsasən məktəbin tabe olduğu idarələrin məmurları olurdular. Qədim Mesopotamiyada belə məktəblər adətən məbədlərdə təşkil edil- mişdir. Bu məktəblərdə oğlanlar və qızlar təhsili ayrılıqda alırdılar. Bütün bunlar kitabm yaranmasına səbəb olurdu. Təsadüfi deyildir ki, dünyada ilk kitablar Qədim Şərqdə meydana gəlmişdir. Məktəbləri bitirənlər məmur olmaqla bərabər, həm də Şərq ölkələrində ilk kitab yaradanlar olmuşlar.

Babil çarı Hammurapinin (e.ə. 1792 - 1750-ci illər) 282 maddə- dən ibarət olan qanunlar toplusu qara bazalt daş üzərində yazılmış- dır. Bu cür “daş kitabələr”, gil lövhəciklər üzərindəki yazılı mətnlər qədim kitabların ilk nümunələridir. Bu cür kitablar qədim dünya ölkələrində (Şumer, Misir, Babilistan, Çin, Hindistan) əsasən bizim e.ə. III - II minilliklərdən yaranmağa başlamış və tədricən artmışdır. Yazı və mədəniyyət tarixində mühüm yer tutan “daş kitabları” böyük əhəmiyyətə malikdir. İlk çarlıq dövründə Misirdə kitab yazmaq üçün əsas material daş, ağac, dəri və s. olmuşdur. Misirdə kitab yazmaq üçün ən əlverişli material papirus olmuşdur. Papirusdan yazı materialı kimi Misirdə və bir çox Şərq ölkələrində 4000 ilə qədər istifadə edilmişdir. Papirus üzərində yazılmış kitablar “bükülmüş kitablar” anlayışınm yaranmasına səbəb olmuşdur. Gil lövhəciklər üzərində yazılmış kitablar və kitabxanalar Qədim Şərq ölkələrində mövcud olmuşdur. Şumer və babil kitabları (mətnin həcmindən asılı olaraq) nömrələnmiş gil lövhəciklərdən ibarət olur- du.

Qədim Şərqin kitab nümunələri dünya ölkələrinin müxtəlif muzey və kitabxanalarında saxlanılır. Bu mövcud ədəbi irsin əsasında kitab yazanları, oxuyanları, kitablarm mövzusunu aydınlaşdırmaqla bərabər, onlarm yayılması üsullarmı da müəyyən qədər öyrənmək mümkündür. Şumer və babillərdə xüsusilə ilk dövrdə şifahi xalq yaradıcılığı ədəbi irsin, ümumiyyətlə, kitabçılıq işinin inkişafı- na təsir göstərmişdir.

Şumerlər Qədim Şərqdə zəngin mədəniyyət yaratmış və inkişaf etdirmiş xalqlardan biridir. İkiçayarasında (Dəclə və Fərat çayları) məskunlaşan şumerlər zəngin yazı və kitab mədəniyyətinə malik olmuşlar. Daş və gil lövhəciklər üzərində yazılmış bu mətn və kitabların nümunələrinin saysız-hesabsız nüsxələrini 200 ildən çoxdur ki, arxeoloqlar tapmaqda, alimlər isə araşdırmaqdadırlar. Tapılan yazı mətnləri və kitab nümunələrinin hədsiz çoxluğu şumerlərin təhsilə, elmə, yazı və kitab sənətinə nə qədər böyük qiymət və əhəmiyyət verdiklərini təsdiq edir.

Yazı və kitab nümunələrinin araşdırılması əsasında alimlər müəyyənləşdirmişlər ki, şumerlərin zəngin mədəniyyəti e.ə. IV minilliyin sonundan yaranmağa başlamışdır. III minilliyin sonu və II minilliyin başlanğıcında şumerlərin mədəniyyətinin varisi kimi çıxış edən akkadlar da bu mədəniyyətin daha da inkişaf etməsinə və zən- ginləşməsinə səy göstərmişlər. Akkad hökmdarı Böyük Sarqonun (e.ə. 2316 - 2261) hakimiyyəti illərində şumer dili sıradan çıxır və “ölü dil”ə çevrilir.

II Babil sülaləsinin altıncı çarı Hammurapi (e.ə. 1792 - 1750-ci illər) zamanınadək olan müddətdə babil mədəniyyəti daha da çiçək- lənir, sonralar e.ə. XIII yüzildən assuriyalılar tarix səhnəsinə çıxırlar və onlar e.ə. IX - VII yüzillərdə bütün İkiçayarasmı, Yaxın Şərqin müəyyən hissəsini, Aralıq dənizini özlərinə birləşdirərək qüdrətli dövlət və mədəniyyət yaradırlar. Bu hakimiyyət dəyişik- liklərinə baxmayaraq, əsasən İkiçayarası ərazilərdə şumerlər, akkadlar, babillər, assuriyalılar çox zəngin yazı və kitab mədəniyyəti yaratmışlar.

E.ə. III minilliyin sonu, II minilliyin başlanğıcmda Nippur şəhərinin qanunlar siyahısı (“Nippur qanunları”), himnlər, miflər, dualar, mərasim nəğmələri, eposlar, ədəbi əsərlər, onların kataloqları və s. meydana gəlmişdi.

Təsərrüfat həyatınm ehtiyac və tələbatları müxtəlif elmi bilikləri əks etdirən yazıların, əsərlərin meydana gəlməsinə səbəb olurdu. Belə ki, ulduzların və planetlərin müşahidəsi təqvimin tərtibini, torpaq sahələrinin ölçülməsi riyazi qaydaların, hesabın yaranmasını və s. şərtləndirirdi. Astronomiya, təbabət, hüquq və s. üzrə əsərlər yaranırdı. 282 maddədən ibarət olan Hammurapinin qanunlar kül- liyyatı diqqəti cəlb edir. Bu qanunlar külliyyatı mixi yazı ilə akkad dilinin babil ləhcəsində (daş üzərində) tərtib edilmişdir. Hammurapi qanunları qədim babil və ümumiyyətlə, qədim şərq hüququna dair mühüm mənbədir. İkiçayarasında təbabət üzrə vəsait və göstərişlər hazırlanmışdı. “Nippur həkiminin arayış kitabçası” (e.ə. XXIV əsr) bu mənada diqqəti daha çox cəlb edir. Burada 15 müalicə qaydası əks olunmuşdu. Qədim İkiçayarasında müxtəlif dillərdə danışan (şumer, akkad, hurri, turuk, elam, subir) xalqlar yaşayırdılar. Burada eyni zamanda başqa tayfalar (kassilər, aramilər, xaldlar, kutilər, lullubilər, turukkilər) da olmuşdur. Şərait tələb edirdi ki, müxtəlif dillərin qarşılıqlı lüğətləri: şumer-akkad, şumer-hurri, Şumer-akkad-hurri, şumer-akkad-het və s. tərtib edilsin. Belə lüğətlərin tərtib və istifadə edilməsinə baxmayaraq, onların çoxu tam şəkildə gəlib bizə çatmamışdır.

Aparılmış tədqiqatların nəticələrindən aydın olur ki, indiyə qədər şumer dilində 150-dən çox yazılı mətn (daş və gil lövhəciklərdən ibarət) kitablar aşkar edilmişdir.

Bilqamıs (Gilqamış) haqqında dastanın, Dünya daşqını haqqında əfsanənin, Qartal qanadında uçuş nağılının (Etan haqqmda nağıl) şumer dilindən əski babil dilinə tərcümə versiyaları da qədim şərqdə kitab sənətinin inkişafım göstərir. E.ə. II minilliyin sonun- dan akkad dilində yazılı mətnlər, kitablar artmağa başlayır. Təsa- düfı deyildir ki, e.ə. I minilliyin ortalarından Assuriya kitabxanalırı


Yüklə 46,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin