YAZI MATERİALLARI, ONLARIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI
Burada tələbələr ilk növbədə qədim dünya ölkələrində istifadə edilən ilk yazı materialları, onların istifadə olunması və inkişafı tarixi haqqmda kifayət qədər elmi biliklər və məlumatlar əldə edirlər. Qədim Şərqdə ilk öncə daşdan, sal qayalardan yazı materialı kimi istifadə etmişlər. Məsələn, Bisutun dağı üzərindəki 115 m hündürlüyündəki qayada fars hökmdarlarınm, o cümlədən I Daranın (e.ə. 521-486) qəhrəmanlıqlarmı vəsf edən 1000 sətirdən ibarət yazı vardır. Qədim Şərqdə yüzlərlə belə “daş kitabə”ləri saxlamlmışdı. Məbədlərin və şah, hökmdar saraylarınm divarlarında belə yazı nümunələri olduqca çox həkk edilmişdir. Daş üzərində ilk yazı, kitabənin 5-6 min il tarixi vardır. Misirdə yazı materialı kimi papirusdan istifadə edilib. Nil çayının sahillərində 3 m hündürlüyündə bitən bu bitkini yerli əhali “papirus” (“çaydan çıxan”) adlandırmışdır. Bu yazı materialı haqqında Roma alimi Böyük Plitnin “Təbiət tarixi” əsərində papirusdan yazı materiallarınm hazırlanması haqqında geniş məlumat vermişdi. Bu yazı materialı xüsusi reseptlə hazırlanırdı və əsasən sarı rəngli parçaya bənzəyirdi. Bu qədim misirlilərin “kağız”ı idi. Vərəqələri nəzərdə tutulan formatda kəsir, birini digərinə yapışdırmaqla uzun papirus “kağız”ı əldə edilir və o bükülərək rulon halına salınırdı. Ən böyük rulon 100 m uzunluğunda olmuşdur. Bizə gəlib çatmış ən uzun papirus rulonu Londonda Britaniya muzeyində saxlanılır. Bu II Ramzes dövrünün salnamə toplusudur. Bunun uzunluğu 46 m, eni 40 sm-dir. Adətən papirusdan hazırlanan yazı materialının uzunluğu 20 vərəq olurdu, başqa sözlə, 8-12 metrdən uzun olmur- dı. Əgər bu ölçüdə material yazılması nəzərdə tutulan mətn kifayət etmirdisə, lazım olan qədər vərəq əlavə edilirdi. Papirusdan hazırlanmış yazı materialı əlverişli olduğuna və baha satıldığına, çox gəlir gətirdiyinə görə uzun müddət misir fironlarınin sahibkarlığında olmuşdu. Misirdə istehsal edilən papirusun çoxlu növləri olmuşdu. Parirus vərəqləri bir-birindən nazikliyi və bədiiliyi ilə fərqlənirdi. E.ə. dördüncü minillikdə misirlilər bu əhəmiyyətli yazı materialını ixtira etmişlər. Papirus 4000 il insanlara etibarlı xidmət etmişdi. Bi- zim e.ə. III əsrə qədər papirus əsas yazı materialı olmuşdufi yfe.ə. VII əsrdə papirus Yunanıstana gətirilmiş və yazı materialı kimi istifadə edilmişdi. 1022-ci ildə papirus üzərində yazılmış papa fıtvası Almaniyanın Hildesheym monastırına ünvanlanmış sənəd hələlik papirus üzərində yazılmış axırıncı sənəd hesab edilir.
VIII əsrdən Misirdən başqa ölkələrə papirusun aparılması dayanmışdır. Bu, hər şeydən əwəl ərəblərin Misiri işğal etmələri ilə əlaqədar olmuşdur. Belə ki, ərəblər Avropaya papirus və perqamentə nisbətən daha əlverişli və ucuz yazı materialı olan kağızı gətirmişdilər.
Eyni zamanda papirus kağızla müqayisədə yazı materialı kimi o qədər də əlverişli deyildi. Belə ki, kağızla müqayisədə papirus kövrək idi, həm də möhkəm və davamlı deyildi, habelə müəyyən müddətdən sonra papirus çox quruyur və ovxalanıb tökülürdü. Bu isə papirus üzərində yazılmış mətnin täm saxlanmasına mənfi təsir göstərirdi. Digər tərəfdən, papirus üzərində yazılmış mətni qatlamaq və yaxud dəftər şəklində tikmək mümkün olmurdu. Eyni zamanda papirusun yalnız bir üzündə yazılırdı. Bütün bu çatışmayan cəhətlərinə baxmayaraq, papirus Qədim Şərqdə geniş yayılmış və uzun müddət istifadə olunmuşdur. Bizim eranın əwəlindən təxminən 1000 ilə qədər bütün Avropa ölkələrində yazı papirus üzərində qamışa bənzər qələmlə yazılırdı. Şumerlər əsasən yazı materialı kimi 2, 4x2-dən 37x22 sm və qalınlığı 2,5 sm ölçüdə gil lövhəciklərdən istifadə etmişlər. E.ə. III mi- nilliyin əvvəlində şumerlər bişmiş gildən ştamp hazırlamışlaı. Onlar bu ştampı imza əvəzinə sənədlərə və kitabxana kitablarına vururdular. Gil lövhəciklər üzərində yazı yazmaq üçün daş və sümükdən hazırlanmış ucu iti olan xüsusi yazı alətindən istifadə edilirdi. Şumerlər gil lövhəciklərdən yazı materialı e.ə. IV minillikdən istifadə etməyə başlamışdılar. Qədim Mesopotamiyanın yalmz bir vilayətindən arxeoloqlar üzərində yazı olan bir neçə milyon gil lövhəciklər aşkar etmişlər. Gil lövhəciklər üzərində yazılmış axırıncı mətnin tarixi bizim eranın I əsrinə aiddir.
Göründüyü kimi, gil lövhəciklərdən yazı materialı kimi 4000 il istifadə edilmişdir. Dünyanın qədim ölkələrindən olan Kiçik Asiyanın Elin dövlətinin Perqam şəhərində müxtəlif heyvan - buzov, dana, keçi, qoyun, dovşan, tülkü, cüyür, pişik və s. dərisindən xüsusi texnologiya əsasmda yazı materialı (e.ə. II əsrdə) hazırlanmışdır. Bu yazı materialı şəhərin adı ilə Perqamen adlandırılmışdır. Perqamentin bizim eradan əwəl II əsrdə yaranmasına baxmayaraq, müx- təlif ölkələrdə heyvan dərisi üzərində yazı yazmağm tarixi isə qədimdir. Qədim və ilk Azərbaycan kitabı “Avesta”nın 12 min inək dərisi üzərinə yazılması bu tarixin qədimliyini təsdiq edir. Uzun müddət papirus və perqamen paralel olaraq yazı materialı kimi istifadə edilmişdi. Bizim eranın III - IV əsrlərində Misirdə papirus is- tehsalı aşağı endi. Perqamenin istifadə edilməsi geniş miqyas aldı, birinci yerə çıxdı. Tez bir zamanda Yunanıstan və Romada perqament istehsal edildi. Ən nazik və keyfıyyətli perqamen buzov və çəpiş dərisindən istehsal edilirdi. Uzun müddət dünyanm, xüsusilə Yaxın Şərqin və Orta Asiyanın ən qiymətli elm, ədəbiyyat, incəsənət əsərləri perqamen üzərinə yazılmış və yayılmışdır) Perqament möhkəm və davamlı yazı materialı olsa da, çox baha başa gəlirdi. Perqamentin istehsalı texnologiyasına aid VIII əsrdə yaradılmış ilk resept gəlib bizə çatmışdı. Daha davamlı və möhkəm olan perqament IX əsrdə papirusu tamamilə sıxışdırıb istifadədən çıxartdı. XII əsrdən isə kitabçılıq işi üçün daha əlverişli olan kağız perqamenti istifadədən çıxartdı. Odur ki, qədim insanlar yazı üçün daha əlverişli, ucuz başa gələn, keyfıyyətli yazı materialı yaratmaq, axtarışını davam etdirirdilər. Misirdə olduğu kimi, Avropa ölkələrinin bir çoxunda yazı (papirus və perqamen üzərində) əsasən ucu iti qamış qələmlə yazılırdı. Bu qələmləri hazırlamaq üçün Avropaya əla növ qamış Misir və Kiçik Asiyadan gətirilirdi. Bizim eranın IV əsrindən quş lələyindən də qələm kimi istifadə edilməyə başlanmışdı. Antik cəmiyyət dövründə metal (bürünc, gümüş, qızıl və s.) perodan istifadə olunmuşdu. Müxtəlif rənglərdə mürəkkəb his, yapışqan, dəmir birləşmələrindən və s. istehsal edilmişdi.
Dünyanm qədim ölkələrindən olan Hindistanda yazı mate^rialı Kimi daş, bürünc, mis lövhəciklərdən, sümükdən istifadə etmişlər. Bu materiallarda əsasən, piktoqrammalar, başqa sözlə, müxtəlif heyvanların - öküz, keçi, pələng, şir və s. təsvirləri verilmişdir. Bu yazı materiallarından hindlilər e.ə. 3000 - 2000-ci illərdə istifadə etmişlər. Burada materiallarında təsvir edilmiş heyvanları hindlilər təd- ricən işarələrlə ifadə etməyə başlayırdılar. Hindistanm şimal-qərb vilayətlərində Mesopotamiya və Babilistanda olduğu kimi gil lövhəciklərdən istifadə etmişlər. Hindistanda dil və yazı növləri çox olduğu kimi yazı materialları da çox və müxtəlif olmuşdur.Burada XI-XII əsrlərdə ən geniş yazılmış yazı materiah pambıqdan hazırlanmış parça olmuşdu. Ölkənin digər yerlərində bambuk bitkisin- dən və himalay toz ağacından hazırlanmış lövhəciklərdən yazı materialı kimi istifadə edilmişdif VII əsrdən Hindistanda ən geniş yayılmış yazı materialı palma yarpaqları olmuşdur. Bu yarpaqlar xüsusi metodlarla emal edilir və cilalanırdı.Vərəqlərin uzunluğu 30-60 sm, eni isə 10-15 sm olurdu. Yazılmış vərəqlər kənarlarmdan deşilir və qovluqlar şəklində bağlanırdı. Bu material üzərində yazılmış çoxlu sənədlər və kitablar indiki nəslə gəlib çatmışdır. Burada az da olsa, dəridən və perqamendən də yazı yazmaq üçün istifadə edilmişdir. Hindistana XI əsrdən etibarın kağız gətirilmiş və yazı materialı kimi istifadə edilmişdir. Yazı qamışvari və ucuiti qələmlər vasitəsilə yazılırdı. Hindistanda mürəkkəb şəkər bitkisinin hisindən hazırlanırdı.
Çində də yazı yazmaq üçün müxtəlif materiallardan istifadə edilmişdir. Ilkin olaraq daş və bürüncdən yazı materialı kimi istifadə olunmuşdur. Ilk Çin kitabı bambuk və ağac lövhəciyə (ensiz) yazılmışdı. Belə hesab edirlər ki, bu ilk bambuk kitabı e.ə. XIV - XIII əsrlərdə meydana gəlmiş və bizim eranın II əsrinə qədər mövcud olmuşdur. Bambuk kağızm geniş istifadə olunması (IV əsr) nəticəsində sıxışdırıldı və IV əsrdən yazı materialı kimi istifadə edilməmişdir. Bambuk, daş, bürünc Çin yazısmda uzun müddət istifadə üçün yararlı olmamışdı. Yazı üçün digər materiallar axtarılmışdı. Bizim e.ə.V-IV əsrlərdən çinlilər ipək üzərində yazmağa başladılar. Bu yazı materialı çox baha olmuşdu. Nəhayət, kağızın istehsalı üçün bizim eradan əvvəl III əsrə qədər çox axtarışlar və təcrübələr aparılmış, ipək qırıntısından parça hazırlanmışdı. Bu parça üzərində tük qələm, fırça ilə yazmaq çpx asan olmuşdur. Lakin bu yazı materialı da baha başa gəlmişdi./Kağızın meydana gəlməsi, ixtirası haqqında ətraflı məlumatı salnaməçi Fan E (b.e. V əsri) vermişdi. O yazır ki, Tsay Lun ağac qabığından, çətənə bitkisindən, əskidən (cındırdan) və s. kağız istehsal etməyin mümkünlüyü barəsində imperatora məlumat verir və bu işdən imperator çox razı qalırl Lakin tədqiqatçılar təsdiq edirlər ki, Tsay Luna qədər Çində qeyd edilən materiallar əsasında kağız istehsal və istifadə (e.ə. II əsrdə) edilmişdir. Lakin Tsay Lun bu istehsal prosesini təkmilləşdirmiş və keyfıyyətli kağızı 105-ci ildə istehsal (ixtira)etmişdir. Əlbəttə, kağızın yazı materialı üçün çox əlverişli olması haqqında fikir tezliklə formalaş- mamışdı/ Kağız bizim eranın III əsrdən istifadə olunmuşdu. Szin sülaləsinin sonunda (b.e. IV əsrində) bambukdan (lövhəcikdən) kağıza keçilməsi haqqmda imperator fərman vermişdi. Tsay Lun tərəfindən yüksək keyfiyyətli, təkmilləşmiş kağızın və kağızın istehsalında istifadə edilən əlverişli materialın ixtirası haqqında müxtəlif xarakterli və tipli kitablarda (dərslik, monoqrafıya, elmi-kütləvi və s.) müxtəlif tarixlər (b.e. 125-ci, 105-107 və 153-cü illər) göstərilir. Bəzi axtarışlar göstərir ki, kağızın ixtira tarixi bizim eranın 12-ci ili və kitabçılıq işində geniş istifadə tarixi isə 76-cı ildir. Kağızın istehsalı və istifadə edilməsi tədricən dünya ölkələrinə yayılmışdır. Artıq IX əsrdə kağız papirusun yazı materialı kimi istifadə edilməsini ta- mamilə sıxışdırıb aradan çıxarmışdır (bir qədər sonra isə perqame- ni).IV əsrdən Yaponiyada kağız istehsal olunmağa başlanmışdı. Çlndən kağız dünya ölkələrinə çox yavaş tərzdə yayılmışdır. Belə ki, 751-ci ildə (bəzi mənbələrdə isə 650-ci ildə) Səmərqənddə, VIII əsrdə (793-cü ildə) Bağdadda, XII əsrdə Dəməşqdə, X əsrdə (900-cü il) Misirdə və XI əsrdə İspaniyada, IX əsrdə İtaliyada, XIII əsrdə Fransada və bir sıra digər Avropa ölkələrində (əsasən XIV - XV əsrlərdə), XVI əsrdə Rusiyada, XVI - XVII əsrlərdə Hollandiya, Almaniya və Ingiltərədə istifadə (paralel olaraq istehsal) edilmişdir.
^CVII əsrdə (1670-ci il) hollandiyalılar kağızm hazırlanması pro- sesinin mexanikləşdirilməsi üçün cihaz ixtira etdilər.
799-cu ildə fransız fəhləsi Lui Rober kağız hazırlayan maşın ixtira etdi. Kağız istehsalının inkişafı ilə paralel olaraq kağız hazırlamaq üçün zəruri olan materialların istehsalı da inkişaf etmişdir.
XIX əsrin ortalannda saksonlu toxucu F.Keiler ağacdan lif kütləsi almağın üsulunu ixtira etdi. XVII əsrdə Rusiyada 5 kağız müəssisəsi fəaliyyət göstərmişdir.
XVII əsrdə I Pyotrun fərmanma görə, Moskvanın yaxmlığında, Peterburqda və digər yerlərdə kağız dəyirmanları tikildi. XVIII əsrdə cəmi 52 kağız müəssisəsi fəaliyyət göstərmişdir. O illərdə Rusiyada kağız istehsalı üçün əsas xammal cındır (əski) olmuşdu. Rusiyada maşınla kağız istehsalı 1817-ci ildə Peterburqda həyata keçirilmişdir.
XIX - XX əsrlərdə kağız istehsalı və istifadəsi çox inkişaf etmiş, genişlənmişdir. XX əsrin 80 və 90-cı illərinin əwəllərində ölkə əhalisinin hər nəfərinə (kağızın çap növü üzrə) ABŞ-da 138, ADR-də 131, Yaponiyada 105, Fransada 95, Çexoslovakiyada 63, keçmiş SSRİ-də 22-23 kq kağız istehsal edilmişdir. Müasir dövrdə bir sıra inkişaf etmiş ölkələrdə kitab istehsalında cüzi miqdarda digər materiallardan da (əsasən sintetik materiallardan) istifadə edilir.
İxtisas: Kitabxanaçılıq
Kurs: I
Fənn: Kitab tarixi
Mövzu: YAZI MATERİALLARI, ONLARIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI
Ədəbiyyat siyahısı:
1. AllahverdiyevB. V.Ümumi kitab tarixi. Bakı. 2003
2. AllahverdiyevB. V.Kitablar haqqında kitab. - Bakı: “Gənclik”, 1972.
Müəllim: Məmmədova Xumar e-mail: xrmemmedova@mail.ru
PLAN:
Qədim dünya ölkələrində kitab
Qədim dünya ölkələrində kitabxanalar
Qədim dünya ölkələrində kitab və kitabxanaların əhəmiyyəti
Dostları ilə paylaş: |