Dinlər Şumer tabletlərindənmi oğurlandı?
Təəssüf ki,son dövrlərdə qan gölünə çevrilən yaxın şərq və əsasda İraq hər kəs tərəfindən bilinir ki,dünyanın ən qədim insan məskənləridəndir.E.ə VII-e.ə III minilliyin sonlarına qədər mövcud olmuş Şumer mədəniyyəti özünəməxsus və gözəl mədəniyyəti sahib idi.Cəmiyyətin həyatında böyük rol oynayan din və dini inancları ilə seçilən şumerlilər adlarını tarixə qızıl hərflərlə yazdırmışdırlar.Lakin bizim bu gün danışacağımız məsələ budur ki,dinlərdə nəyə görə oxşarlıq var və bu oxşarlığın kökü nəyə görə Şumer mədəniyyətinə gedib çıxır?Quran Şumer tabletlərindənmi oğurlanıb və s.
14-ə yaxın tableti prioritet olaraq götürərək Şumer mədəniyyətində ki,dini və mifoloji düşüncəni təxmin edə bilirik.Müasir dövrdə bunlar araşdırılır,öyrənilir və hal-hazırda pdf halına salınmış bir halda internetdən yükləyib rahatlıqla oxuya bilərsiniz.Bəs burda nə yazılıb belə ki,bu qədər səs-küyə səbəb olur?Təbii ki,bütün dastanları və tabletləri bir-bir burda yazmaycayıq,ancaq gəlin məzmuna nəzər salaq.İlk olaraq adı keçən dini düşüncəyə görə tanrılar var və insanlara bənzəyirlər.Bizdən tək fərqləri onların ölməməsidir.Planetlər arasında gəzirlər,yeyib-içirlər,dava edirlər,barışırlar,evlənirlər,küsürlər,yatırlar və s.Hətta bir zaman göy qübbəsi deşilir,tanrılar qızılı toz halına salırlar və onunla göy qübbəsindəki dəliyi bağlamağa çalışırlar.
"Yaradılış" adlı dastanda ilk olaraq qeyd edilir ki,əvvəllər yer və göy bir idi.Tanrılar tərəfindən bu iki məfhum bir-birindən ayrılmışdır.Absu və Tiamat tanrıları dərin dənizlərdən palçıq götürərək bundan tanrıya bənzəyən lakin,ölümlü olan varlıqlar yaratmışdırlar.Burdakı əsas oxşarlıqlar yerlə göyün bitişik olması və insanın palçıqdan yaranmasıdır.
Digər bir görüş isə Nuh tufanının "Gilqameş" dastanında keçməsi,oradan kopyalanaraq Tövrata və Qurana salınması iddiasıdır.Bununla müqəddəs kitabların bir növ "copy+paste" olduğu,onların möcüzəvi olmadığı isbatlanmağa çalışılır.Tanrılar insanları çox səs saldıqlarına görə məhv etmək istəyirlər.Utnapiştim bunu xəbər alır,7 gün ərzində kub şəklində gəmi inşa edir,yaxın ətrafını və hər heyvandan bir cüt olmaqla götürüb gəmiyə sığınır.Bir həftə sonra tufan dayanır və gəmi dağa oturur,sərnişinləri isə quruya çıxır.İndi məsələ burasındadır ki,bu hissələr Quran və Tövratda keçən Nuh kıssası ilə ciddi şəkildə oxşarlıq təşkil edir.
İnsanlar elə düşünürlər ki,bunlar yalnız İslam və Şumer mədəniyyətinə xas dini düşüncələrdir.Ancaq belə əfsanələr Qurandan əlavə İncil,Zəbur,Tövrat,Şumer,Aşşur,Babil,Uels,Skandinaviyadakı "Edna",Baltik,Çin,aborigen,Amerika,Haiti,Havayi qaynaqlı əfsanələrdə Hindistandakı Brahma,Mahabbarata,Satapatha dastanlarında belə bunlar var.Yəni şərqdən qərbə şimaldan cənuba bir çox mədəniyyətin dinində bunlara biz rast gəlirik.Əgər qəbul etsək ki,bu iki hissə Şumerlilərdən oğurlanıb,o zaman necə olur ki,bu hissələr Amerikaya,Çinə,Skandinav ölkələrinə,Havayi adalarına gedib çıxır?"Dinlər şumerlilərdən gəlib" iddiası daha bir absurd iddadır çünki,şumerlilərdən qabaqda dinlər var idi,axirətə inam mövcud idi.Göbəklitəpədən tapılan ibadət evləri bunun ən bariz nümunəsidir.Adicə e.ə dörd yüz mininci ildən üç yüz mininci ilə qədər yaşamış Azıx mağarasının sakinləri olan Azıxantroplar,Daşsalahlı,Damcılı mağaralarının,Qobustan düşərgəsinin sakinlərinin qəbirlərinə qoyulan məişət alətləri bu insanların (fərqlidə olsa) axirətə inandığını bizə sübut edir.
Əlavə olaraq Quranda 6666 ayə var və bu ayələrdən çox cüzi bir qismində palçıqdan yaranmadan,Nuh tufanından bəhs edilir.Əldə tutulası qədər məlumatımız olmamasına baxmayaraq yenə də Quran Şumer tabletlərindən oğurlandı demək heç vicdan işi deyil.Başqa aspektdən baxaq.Ümmi (oxuma-yazma bilməyən) bir peyğəmbər 7-ci əsrdə Şumer tabletlərini tapacaq,oxuyacaq və yaxud eşidərək öyrənəcək və bunları öz kitabına alacaq...
Uşaq necə ki,ibtidai,orta,ali təhsillər alır və zehinin inkişafı ilə aldığı məlumatlar,öyrəndiyi sistemlər mürəkkəbləşir.Eləcə də insan oğlunun ilk yarandığı dövrdə əhali az idi,münasibətlər o qədər də inkişaf etməmişdi,əhali köçəri həyat tərzi sürürdü.Ona görə də onlara göndərilən əmrlər sadə və az idi.Allahın faizi,şərabı bilməyən ilk insanlara əvvəlcədə bunu qadağan edəcək qərarlar göndərməsi absurddur.İctimai münasibətlər inkişaf etdikcə,insanlar oturaq həyata keçdikcə,əhalinin sayı artdıqca yavaş-yavaş əmrlər çoxalmağa başladı,suhuflar (səhifələr) göndərildi,müqəddəs kitablar endi.Artıq burdakı münasibətlər sahələrə görə ayrılmışdı və dəqiq məlumatlar var idi.
Məhz bu səbəbdəndir ki,gələn dinlərdə və peyğəmbərlərdə,onların gətirdikləri əmrlərdə oxşarlıq var.Dava həmin davadır,peyğəmbəri göndərən Allah eyni Allahdır.Təbii ki,məhz bu səbəbdəndir,əmrlər,rəvayətlər,əfsanələr bir birinə bənzəyir.Zatən bənzəməməsində bir problem var.Buna da dəlil məhz keçmiş əfsanələr,dastanlar,rəvayətlər,kitablardır.(“Uyaran bir peygamber gelmiş olmayan hiçbir millet yoktur.” (Fatır, 35/24).)(“Biz bir peygamber göndermedikçe kimseye azap etmeyiz.” (İsra, 17/15))
Ancaq insan övladı öz nəfsinə uyaraq ya peyğəmbərləri öldürmüş,kitabları,suhufları,əfsanələri dəyişdirmişdir.Bu isə yeni peyğəmbərin,kitabın gəlməsini şərt etmişdir.İslam gəlmiş,bir növ dedektor kimi keçmiş kitablarda keçən hadisələri və əmrləri ya almış,ya islah etmiş,ya da nəsh edərək ləğv etmişdir.Çünki insanlıq bir uşaq misalı artıq öz universitet-yetkinlik yaşına çatmışdı.İnsanlar arası əlaqələr inkişaf etmişdi.(Səhabələrin Çinə,alimlərin İndoneziyaya getdiyini nəzərə alın.)Artıq fitrət oturuşmuşdu,məhz bu səbəbdəndir ki,faiz,şərab,qumar necə əvvəllər haram idisə,indi də haramdır.
Qısacası dinlər eyni bağımsız mənbədən-Allahdan meydana gəlmişdir,bu səbəbdəndir ki,dinlər bir-birinə bənzəyir.Hətta Nuh tufanı bir çox qövmdə var.Məsələn Havayi adasında ki,əfsanə Qurandakı kıssa çox oxşardı.Hətta şəxslərin adı belə bir-birinə bənzəyir.Nuu\Nuum (Havayi)-Nuh (İslam)