Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan mücərrəd bütövlük də deyildir



Yüklə 16,03 Kb.
tarix17.10.2022
ölçüsü16,03 Kb.
#118364
növüMücərrəd
Belge (2)


Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə çıxarmışdır: bu, cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur. «Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş daxil olmuşdur; onun ilkin mənası nəyinsə mürəkkəb və rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin sistemi, biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin elmi məzmun kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi kateqoriyalarından biri hesab edilir. Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin mühüm xassələrini əks etdirir. Onun ən mühüm əlamətləri bütövlük, diferensiallıq, elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət yetirilir ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. Birincisi, davamlılıq – bu, sistemin həyat prosesində özünü qoruyub saxlaması qabiliyyətini ifadə edir.

İkincisi, müvazinət – bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt kimi başa düşülə bilər. Üçüncüsü, əks əlaqə - bu, fəaliyyətə olan təsirə və onun sonrakı dəyişilməsinə göstərilən reaksiyanın spesifikasını əks etdirir. Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. Həmin anlayış xarici mühitlə qarşılıqlı təsir prosesində cərəyan edən həyat fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını qoruyub saxlamaq qabiliyyətini ifadə edir.


Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi şəksiz həqiqətdir. Elmi sistematologiyada onların müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq və qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər. Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında, bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar.

Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatları konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qrupların adət və ənənələri), böyük (iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və [s.) sistemlərə ayrıla bilər. Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Kiçik sistemlərə ayrı-ayrı sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qrup və s.); onların daxili strukturu və fəaliyyəti nisbətən sadədir, onları təşkil edən ünsürlərin qarşılıqlı təsiri əlaqələndirmə xarakteri daşıyır. Orta sistemlərin strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qrupu mövcuddur; onların arasında əlaqələr subordinasiya xarakteri daşıyır (yerli hakimiyyətin strukturu, rayonun iqtisadi strukturu və s). Böyük sistemlər onları təşkil edən ünsürlər arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi sistemi). Mürəkkəb sistemlərə elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı çoxsəviyyəli xarakterə malikdir (məsələn, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı və s.). Qarşılıqlı təsirin xarakterinə görə sosial sistemlər açıq və qapalı ola bilərlər. Tam qapalı sistemlər adətən olmur, digər konkret sistemlərlə məhdud şəkildə qarşılıqlı təsirlər özünü göstərir. Məsələn, dövlətdə islah (penitensiar) müəssisələr sistemi bu qəbildəndir. Açıq sistemlər xarici şəraitin təsirinə məruz qalır, özləri də həmin şəraitə müqabil təsir göstərirlər (məsələn, beynəlxalq idman assosiasiyaları).

Sosial sistemləri öz qanunauyğunluqlarının xarakterinə görə ehtimal edilən və determinasiya olunan sistemlərə ayırmaq olar. Ehtimal olunan sistemlərdə onların komponentləri naməlum sayda variantların (məsələn, cəmiyyət mümkün müharibə vəziyyətində) qarşılıqlı təsirinə məruz qalır. Determinasiya olunmuş sistemlər qarşılıqlı təsirlərin (məsələn, hüquqi, qanunverici və s. sistemlər) dəqiq məlum olan nəticələrini nəzərdə tutur. Sosial sistemlərin başlıca funksiyaları nizamı və inkişafı təmin etməklə bağlıdır. Lakin elə sosioloji nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana çəkir və müvafiq anlayışları formula edirlər. Bu halda sistemin aşağıdakı imkanları qeyd olunur: - tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir); - ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur); - atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur); - distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə tutur). Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, tipologiya və funksiyalara malikdir. Cəmiyyət sosial sistemlərin bütün xarakteristikalarını əks etdirir, ona görə də cəmiyyət ən mürəkkəb və ümumi sosial sistem hesab olunur.

Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan makrostruktur kimi təsəvvür oluna bilər: a) sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir; b) sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial rollarının (funksiyalarının) məcmusudur; c) mədəniyyət - fərdlərin davranışını və fəaliyyətini müəyyən edən dəyərlərin və sosial normaların məcmusudur. Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz növlərinin, formalarının rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunları aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, kənd, region və s.); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, etnik qruplar); sosial-əmək [40 - 41] birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar arasında qarşılıqlı təsir formaları da müxtəlifdir: fərd-fərd; fərd-sosial qrup; fərd-cəmiyyət. İnsanların praktik fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün əhəmiyyətli olan davranışını şərtləndirir.

Müxtəlif subyektlər arasındakı sosial qarşılıqlı təsir insanlararasında, onlarla xarici mühit arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə cəmiyyətdə sosial münasibətlərin əsasını təşkil edir. İstənilən sosial birlik, cəmiyyətin həyat fəaliyyətinin istənilən sferası insanlar arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai həyatın təşkilinin, tənzimlənməsinin spesifık sistemini işləyib hazırlamışdır: bu, sosial institutlardır. Sosial institutlar əhalinin müxtəlif qruplarının ümumi mənafelərini əlaqələndirmək, stabil inkişafı təmin etmək mexanizmləridir. Münaqişəli situasiyaların çoxluğu, dərinləşməsi sosial institutların səmərəli işləmədiyini göstərir, onların yeniləşməsini və ictimai tələbatlara uyğunlaşdırılmasını zərurətə çevirir. Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən məqsədlərə nail olmaq üçün fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağın etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, sosial təşkilatlar müəyyən sosial sistem hüdudlarında fərdlərin, sosial birliklərin, qrupların, təbəqələrin fəaliyyətini inteqrasiya etmək mexanizmləridir. Sosial təşkilatların çox mühüm xüsusiyyəti onların ünsürləri arasında iyerarxik əlaqələrin olmasıdır; bu təşkilatlar məqsədli təyinatı olan piramidayabənzər sosial sistemlərdir. Onların fəaliyyəti əsasında sosial məqsədlər, sosial statuslar və rollar zəminində rəhbərlik - tabelikdə olanlar arasında spesifık münasibətlər qərarlaşır. Sosial təşkilatlarda ayrı-ayn fərdlərin, qrupların spesifık xüsusiyyətlərə malik olan fəaliyyətinin sinxron, eyniistiqamətli olması müəyyən məqsəd və vəzifələrin reallaşdırılmasını təmin edir.



Aydın məsələdir ki, sosial təşkilatlar hüdudunda müəyyən idarəedici orqan olmalıdır ki, sosial statusların və rolların bölgüsü, fərdlərin, qrupların birgə fəaliyyəti təmin edilsin. Təşkilati-hakimiyyət strukturları kollektivin daxili həyatına və əlaqələrinə dair ən müxtəlif məsələləri həll etməli olurlar. Sosial təşkilatın sosial statusları və rolları nəzərdə tutan formal strukturu rəhbərlər - tabelikdə olanlar xətti üzrə əmək bölgüsünü həyata keçirir, işçilərin fəaliyyətini optimallaşdırmağa səy göstərir. Lakin ən sərt təşkilati münasibətlər şəraitində də şəxsiyyətlərarası və qruplararası münasibətlərin müəyyən spesifikası təzahür edir; belə münasibətlərin əsasını 20 sosial-psixoloji amillər təşkil edir. Ona görə də kollektivlərdə qeyri-formal qrupların, liderlərin, spesifik submədəniyyətin meydana gəlməsi real faktlardır. Əgər bunlar formal - təşkilati amillərlə uyğun gəlmirsə, müəyyən ziddiyyətlər doğurursa, o zaman sosial təşkilatın qeyri-stabilliyi, böhranlı məqamları artır. Cəmiyyətin üçüncü mühüm ünsürü olan mədəniyyəti insanların praktik fəaliyyətində təsbit olunmuş sosial normaların və dəyərlərin sistemi kimi
Yüklə 16,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin