1. ELEKTRİK DÖVRƏLƏRİNİN PARAMETRLƏRİNİN ÖLÇÜLMƏSİ
Məlumdur ki, elektrik dövrələri müqavimətdən (rezistordan), induktivlikdən və
tutumlardan təşkil olunur.
Müqavimət elektrik dövrəsinin ən mühüm parametrlərindən biri olub,hər hansı dövrənin
və ya qurğunun işini müəyyən edir.
Elektrik maşınlarını, aparatlarını və cihazlarını hazırladıqda, elektrik qurğularının
montajında və istismarında müqavimətlər üçün müəyyən qiymətin alınması onların normal iş reji-
mini təmin etmək üçün zəruri şərtdir.
Bəzi müqavimətlər öz qiymətlərini praktiki olaraq dəyişməz saxlayır, digərləri isə əksinə,
zamandan,
temperaturdan, rütubətdən, mexaniki qüvvələrdən və s. asılı
olaraq kəskin surətdə
dəyişir. Ona görə də həm elektrik maşınlarını, aparatlarını və cihazlarını istehsal etdikdə, həm də
elektrik qurğularını montaj və istismar etdikdə müqavimətləri ölçmək lazım gəlir.
Müqavimətlər öz qiymətlərinə görə çox müxtəlif olur.Praktiki olaraq müqavimətləri 10
-6
Om tərtibində çox kiçik qiymətlərdən başlayaraq 10
15
- 10
18
Om tərtibində böyük müqavimətlərə
qədər ölçmək lazım gəlir.
Yuxarıda qeyd edilənlərlə
əlaqədar olaraq təbiidir ki, müqavimətləri
ölçməkdən ötrü
müxtəlif metodlar və cihazlar vardır və ölçmə əməliyyatı aparmaq üçün bu və ya digər metodun
seçilməsi çoxlu miqdarda amilin nəzərə alınmasını tələb edir.
Ümumiyyətlə, müqavimətləri dolayı və bilavasitə qiymətləndirmə metodları,
eləcə də
körpü ölçmə sxemləri əsasında
həm analoq, həm də rəqəm cihazlarının
köməyi ilə ölçmək
mümkündür.
Rezistorun sabit cərəyana görə
R
x
müqavimətini dolayı metodla ölçmək üçün aşağıdakı
sxemdən (şəkil 1.1) istifadə etmək olar.