1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri



Yüklə 0,72 Mb.
səhifə3/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

Verilənlər modeli verilənlərin strukturu və onlar üzərində yerinə yetirilən əməliyyatlar yığımıdır. Verilənlərin əsas modelləri aşağıdakılardır:

  • iyerarxiya modeli ;

  • şəbəkə modeli;

  • relyasiya modeli;

  • obyektyönlü model.

Bu model növlərinə uyğun olaraq verilənlər bazalarını da iyerarxiyalı, şəbəkə, relyasiya və obyektyönlü VB adlandırırlar.
İyerarxiyalı verilənlər bazası
İyerarxiyalı VB əsasən 60–cı illərin əvvəllərində istifadə edilmişdir. Onlar adi ağac şəklində təsvir olunur. Ağacların zirvələri müxtəlif iyerarxik səviyyələrdə yerləşir (şəkil 1.1). Verilənlər iki kateqoriyaya bölünür: əsastabe olan. Beləliklə, bir obyekt əsas obyekt, digərləri isə tabe olan obyektlər olur.






Şəkil 1.1. İyerarxiyalı VB sxemi

İyerarxiya modellərində yalnız əsas obyektə birbaşa müraciət etmək olar, yerdə qalan obyektlərə müraciət yalnız modelin zirvəsində duran obyekt vasitəsi ilə mümkündür. Məsələn, B2 obyektinə müraciət yalnız A BB2 əlaqəsi ilə mümkündür, yəni iyerarxiyalı VB–də yazılara birbaşa müraciət mümkün deyildir.


İyerarxiya modelinin çatışmayan cəhətləri aşağıdakılardır:

  • verilənlər üzərində əməliyyatlar yuxarıdan aşağıya prinsipi ilə yerinə yetirilir. Əksinə axtarış isə çox çətindir və hətta əksər hallarda heç mümkün deyildir;

  • məntiqi səviyyədə verilənlərin təkrarı baş verir;

  • M:N münasibətini təsvir etmək üçün ağaclar təkrarlanmalıdır;

  • valideyn və varis arasında informasiya tamlığına avtomatik əməl olunur: heç bir varis valideynsiz mövcud ola bilməz. Ona görə də valideynsiz varisi saxlamaq mümkün olmur və ilkin buğumu pozduqda bütün varislər də pozulur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin