AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 113,97 Kb.
tarix14.01.2017
ölçüsü113,97 Kb.
#65



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050407 – Menecment

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050407 – Menecment” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050407 – Menecment” ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050407 – Menecment

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

    • fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyəti ilə məşğul olmaq, eləcə də ixtisası üzrə magistraturada təhsil almaq hüququna malikdir;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan nazirliklər və komitələr, təsərrüfat subyektlərində, firma, müəssisə və şirkətlərin müvafiq strukturlarında və bölmələrində, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə dünya bazarlarında fəaliyyət göstərən transmilli şirkətlərdə işləyə bilər;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilər;

  • təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarığını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalıdır;

  • humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalıdır;

  • təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalıdır;

  • əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalıdır;

  • peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalıdır;

  • əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdır.




    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • kollektivdə öz həmkarları ilə sinxron işləmək, müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq (ÜK-1);

  • işgüzar münasibətlərin qurulması zamanı kommunikativ əlaqələrin qurulmasına hazır olmaq (ÜK-2);

  • beynəlxalq arenada fəaliyyət göstərə bilmək potensialına yiyələnmək (ÜK-3);

  • hüquqi biliklərə və etik normalara malik olmaq (ÜK-4);

  • sağlam həyat tərzi haqqında elmi anlayışa, fiziki cəhətdən təkmilləşdirmə bacarığına və vərdişlərinə malik olmaq (ÜK-5);

  • yenilikçilik təşəbbüsünə malik olmaq və əsaslandırılmış yeni ideyalar irəli sürmək (ÜK-6);

  • sağlam düşüncə tərzini formalaşdırmaq və mədəniyyətlərarası dialoqa hazır olmaq(ÜK-7);

  • tənqidə dözümlülük göstərmək (ÜK-8);

  • problemli, qeyri-standart şəraitlərdə təşkilati-idarəetmə qərarlarını tapa bilmək, təşəbbüskarlıq göstərərək sərbəst olaraq qərarlar qəbul etmək və onların məsuliyyətini öz üzərinə gotürməyə hazır olmaq (ÜK-9);

  • dövlət dilində sərbəst danışmaq və yazmaq, o cümlədən işgüzar yazışma vərdişlərinə malik olmaq, peşə təyinatlı mətnləri tərtib etməyi və onları redaktə etməyi bacarmaq (ÜK-10);

  • tərəfdaşları ilə xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-11);

  • informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək və peşəkarlıq fəaliyyətində İKT-dən istifadə etməyi bacarmaq (ÜK-12);

  • öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-13);

  • idarəetmə məqsədləri üçün faydalı informasiyanı qəbul etmək, araşdırmaq, ümumiləşdirmək və strateji hədəfləri düzgün müəyyən etmək (ÜK-14 );

  • sosial-iqtisadi problemlərin mahiyyətini anlamaq və onların psixoloji aspektlərini müəyyən etmək (ÜK-15);

  • biznes-plan, uçot, hesabat və digər məlumat mənbələrində əks etdirilmiş informasiyanın qiymətləndirilməsi metodikasını dərindən mənimsəmək (ÜK-16);

  • yazılı və şifahi nitqdə fikrini məntiqə uyğun, dəlillər gətirməklə düzgün və yığcam ifadə etmək, publik və elmi nitq vərdişlərinə malik olmaq, yürüdülən mühakimələrin və mülahizələrin məntiqliyini təhlil etməyi bacarmaq (ÜK-17).

  • müasir tələblərə uyğun təqdimatlar hazırlamağı bacarmaq (ÜK-18);

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmaq, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-19);

  • cəmiyyətdə baş verən sosial əhəmiyyətli prosesləri və onların gələcəkdə mümkün inkişafını təhlil etmək qabiliyyətinə malik olmaq (ÜK-20);

  • öz fəaliyyətində qanunvercilik bazasından istifadə etməyi bacarmaq (ÜK-21);

  • məsuliyyətini dərk etmək, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə hörmət etmək, azərbaycançılıq ideyalarına sadiq olmaq (ÜK- 22 );

  • ümumiləşdirmələrə, təhlilə, informasiyanı qavramağa, qarşıda məqsəd qoymağa və ona nail olma yollarını seçməyi bacarmaq; (ÜK-23);



      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • fəaliyyət sahəsinə aid olan, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkilatlarda, idarələrdə, müəssisələrdə, şirkətlərdə və s. işləməyi bacarmaq, sahibkarlıq fəaliyyətinin əsasları və peşəkarlıq səviyyəsində sahibkarların xüsusiyyətlərini bilmək və idarəetmə məqsədləri üçün konkret nəticə çıxarmaq (PK-1);

  • peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-2);

  • ixtisasla bağlı anlayış və terminlərin mənasını bilmək və tətbiq etmək (PK-3);

  • qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmaq (PK-4);

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ölkənin iqtisadi və sosial siyasətini həyata keçirən dövlət strukturlarının müvafiq bölmələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında, idarəetmə formasından asılı olmayaraq istehsal və qeyri-istehsal sferasında fəaliyyət göstərən kommersiya təşkilatlarında, ölkənin büdcə-vergi və maliyyə-kredit siyasətini həyata keçirən orqanlarda və onların yerlərdəki müvafiq bölmələrində kompleks məsələlərin və problemlərin həllində iştirak etməyə hazır olmaq (PK-5);

  • istehsal fəaliyyətinin növünün və xarakterinin dəyişməsinə psixoloji və praktiki cəhətdən hazır olmaq və konkret layihələrdə işləməyi bacarmaq (PK-6);

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə metodlarına yiyələnmək (PK-7);

  • qruplara rəhbərliyi bacarmaq (PK-8);

  • öz ixtisasının mahiyyətini, sosial əhəmiyyətini və konkret fəaliyyət sahəsinə aid fənlərin əsas problemlərini dərk etməli, onların konkret tətbiqi sahələrini bilməlidir (PK-9);

  • ixtisas fəaliyyətinin növünün və xarakterinin dəyişməsinə pedaqoji, metodiki və psixoloji cəhətdən hazır olmalı, fənlərarası layihələr üzərində işləməyi bacarmalıdır (PK-10);

  • burada məzunun həmin bölümə daxil olan hər bir fənn üzrə ümumi bilik və bacarığına qoyulan tələblərin qısa mahiyyəti verilir (PK-11);

  • sağlamlığın qorunması və möhkəmləndirilməsində, sağlam həyat tərzi formalaşmasında, mənəvi və iradi keyfiyyətlərin tərbiyə olunmasında fiziki hazırlığın rolunun, vətənin müdafiəsində fiziki imkanların, əməyə və işə düzgün münasibətin tərbiyə edilməsində idman və bədən tərbiyəsi amillərinin mahiyyətini dərk etməlidir (PK-12);

  • sülh və müharibə dövründə yaranan fövqəladə halların növlərini, mülki müdafiə orqanının təşkilini, onun əsas qüvvələri və vəzifələrini, kütləvi qırğın silahlarından fərdi və kollektiv mühafizə tədbirlərini bilməli, xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini, insanların və avadanlıqların radioaktiv və kimyəvi çirklənməsinin zərəsizləşdirilməsini bacarmalıdır (PK-13);



  1. Təhsilin məzmunu və səviyyəsinə qoyulan

minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050407 – Menecment” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • istehsalat-peşə fəaliyyəti;

  • təşkilati-inzibatçılıq fəaliyyəti.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.


İstehsalat-peşə fəaliyyəti üzrə:

  • ixtisas üzrə qazanılmış biliklərdən istifadə etmək;

  • informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək;

  • peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsi və saxlanılmasında İKT-dən istifadə etmək.


Təşkilati-inzibatçılıq fəaliyyəti üzrə:

  • iqtisadiyyatın konkret sahəsinə aid problemlərin sistemləşdirilməsi və həll olunması məqsədi ilə elmi-praktik seminarlar və müzakirələr təşkil etmək;

  • fəaliyyətin nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq iqtisadiyyatın bütün sferalarında kompleks və problem xarakterli məsələlərin həllində iştirak etməyə hazır olmaq;

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF –B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokratiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;

- ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;

- cəmiyyətin ümumi qanunauyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri.

bacarmalıdır:


  • ixtisasa aid xarici dildə ədəbiyyatı lüğətlə tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı;

  • cəmiyyətdə baş verən prosesləri təhlil etməyi.

yiyələnməlidir:

  • Azərbaycan tarixindən vətənpərvərlik tərbiyəsində is-tifadəyə;

  • xarici dildə olan ixtisasa uyğun materiallardan istifadəyə.

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;

  • Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyi;

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi;

  • Seçmə yolu ilə öyrənilməsi nəzərdə tutulan fənləri dinlə-məklə:

  • sosial mühit və sosial vərəsəlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə malik olmalı, milli və mədəni-tarixi faktorların təhsil və tərbiyədə rolunu;

  • sosial davranış formaları və qanunauyğunluqlarını bilməli, sosial qruplaşma və toplu-ların yaranma səbəbləri və mənşəyi, sosial proseslərin növlərini və nəticələrini;

  • mədəniyyətin forma və növləri haqqında məlumatı olmalı, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımalı, Azərbaycan mədəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməyi;

  • Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını bilməli, hüquq-mühafizə və digər hüquqi tətbiq qanunlarını, tər-biyəvi-etik normaları;

  • gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sə-nədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını bilməlidir və s.

30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*



6

13

5



6


ÜK-3

ÜK-4

ÜK-7

ÜK-10

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • iqtisad elminin nəzəri əsaslarını;

  • menecmentin müasir problem-lərini;

  • dövlət və biznes səviyyəsində işgüzar təşkilatları idarə etməyi;

  • menecmentin funksiyalarını, prinsiplərini və metodlarını;

  • menecmentin təşkilatı forma-larını;

  • menecmentin təşkilatı quruluş formalarını;

  • heyətin motivasiyasını, adap-tasiyasını və karyera pillələri üzrə inkişafını;

  • menecerlərin qarşısına qoyulan tələbləri və müasir keyfiyyətləri


bacarmalıdır:

  • səmərəli təşkilat yaratmağı;

  • insanlara təsir göstərməyi və onlara nümunə olmağı;

  • gözlənilən və gözlənilməyən dəyişikliklərə adekvat reaksiya verməyi;

  • komunakabelli olmağı;

  • formal və qeyri-formal liderlik keyfiyyətləri göstərməyi;

  • müəyyənlik və qeyri-müəyyənlik şəraitində optimal idarəetmə qərarları qəbul etməyi;

  • münaqişəli situasiyaların qarşısının vaxtında almağı və onları həll etməyi;


yiyələnməlidir:

  • təşkilatın missiyası, niyyəti, məqsədi və strategiyasının müəyyən etməyə;

  • postindustrial dövrün qeyri-müəyyənliklərini müəyyən et-məyi;

  • işgüzar təşkilatların strate-giyasını müəyyən etməyi;

  • idarəetmə münasibətlərini formalaşdıran və tənzimləyən idarəetmə prinsiplərini və dəyərlərini araşdırmağa;

  • təşkilatın daxili və xarici mühit amilləri arasında qarşılıqlı dinamikanın və münasibətləri müəyyənləşdirməyə;

  • işgüzar təşkilatların məqsəd-lərinə çatmaq üçün istifadə olunan metodlarına;

  • təşkilatın insan resurslarından səmərəli istifadə etməyin və kollektivdən əlverişli sosial-psixoloji mühit yaratmağa;




180

İPF-B01

İqtisadiyyata giriş



İPF-B02

Mikroiqtisadiyyat



İPF-B03

Makroiqtisadiyyat



İPF-B04

Xətti cəbr və riyazi analiz

 İPF-B05

Ehtimal nəzəriyyəsi və riyazi statistika



İPF-B06

Ekonometrika



İPF-B07

Dünya iqtisadiyyatı



İPF-B08

Azərbaycan iqtisadiyyatı



İPF-B09

Statistika



İPF-B10

Mühasibat uçotu



İPF-B11

Audit


İPF-B12

Maliyyə


İPF- B13

Bank işi


İPF-B14

Vergilər və vergitutma



İPF-B15

Menecment



İPF-B16

Marketinq



İPF-B17

İnsan resurslarının idarə edilməsi



İPF-B18

İqtisadi informatika



İPF-B19

İnformasiya kommunikasiya texnologiyaları



İPF-B20

İşgüzar yazışmalar



İPF-B21

Ətraf mühitin iqtisadiyyatı



İPF-B22

İqtisadiyyatın tənzimlənməsi



İPF-B23

İdarəetmə nəzəriyyələri



İPF-B24

Antiböhran idarəetmə



İPF-B25

Layihələrin idarəedilməsi



İPF-B26

Strateji menecment



İPF-B27

İnnovasiya menecmenti



İPF-B28

Korporativ menecment



İPF-B29

Mülki müdafiə



İPFS - B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə) *

3
7
6


7

5

7


5

5

5


5
5
5
5

5

5


5
4

5

5


3
5


5

6

5



5

5

5



5

3
34




ÜK-1

ÜK-2

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

PK-2

PK-3

PK-5

PK-7

PK-9

PK-10

PK-11


TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan bilməlidir:



  • iqtisadi həyatın əsas prinsip-lərinin mahiyyətini, qanun və qanunauyğunluqlarını, müəssi-sənin fəaliyyətinin tənzimlən-məsi məsələlərini, ayrı-ayrı tə-sərrüfat strukturlarını,iqtisadi siyasətin prinsiplərinin elmi-praktiki məsələlərini.


bacarmalıdır:

  • əldə etdiyi biliklərin nəticəsin-də idarəetmə proseslərinə sərbəst olaraq biznes-planın hazırlan-masını, kadrların yerləş-dirilməsini;

  • müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini istiqamətləndirməyi.

yiyələnməlidir:

  • iqtisad elminin nəzəri-praktiki məsələlərinə, idarəçilik keyfiy-yətlərinə, təşkilatçılıq bacarığına, ierarxiyalıq və qarşılıqlı əlaqə prinsiplərinə, obyektiv kolle-giallıq qərarlarının işlənib hazırlanmasına.

30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-7

ÜK-8

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK-2

PK-3

PK-5

PK-7

PK-9

PK-10

PK-11

PK-12

PK-13

Kreditlərin ümumi cəmi:

240









*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.





    1. 050407 – Menecment” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6



  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050407 – Menecment” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.



  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050407 – Menecment” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.


  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə



    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.


Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin

müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

İqtisadiyyat və idarəetmə ixtisasları Azərbaycan Respublikası Təhsil

qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «İdarəetmə» bölməsinin sədri



__________________ Damət Bağırov ______________ Əlikram Abdullayev
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Yüklə 113,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin