I sessiya: İnvestisiyalardan səmərəli istifadə

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 51.84 Kb.
tarix20.10.2017
ölçüsü51.84 Kb.



Milli İcma İnvestisiya Konfransı

Təqdimatçı: Ananqız Sadıqova, Vüqar Mahmudov, Gülövşə icması, Yevlax rayonu

Fasilitator: Tünzalə Hacıyeva

Assistent: Bahar Məmmədova

Azərbaycan Kənd İnvestisiya Layihəsinin “İcma Şəbəkələşməsi” proqramı çərçivəsində 17-18 Yanvar 2007-ci il tarixdə təşkil edilmiş Milli İcma İnvestisiya Konfransının ikinci günü keçirilən üçüncü sessiya “Sosial iştirak” mövzusuna həsr olunmuşdu və eyni vaxtda 3 paralel qrupda icma təqdimatları və mövzu ətrafında müzakirələr aparıldı.


Təqdimat Gülövşə icmasının İLK üzvü Ananqız Sadıqova tərəfindən verildi. A. Sadıqova icma haqqında ümumi məlumat, icmanın QHT-lərin dəstəyi və daxili resurslar hesabına həyata keçirdiyi layihələr, səfərbərlik və təlim prosesi, icmanın AzKİL-in dəstəyi ilə həyata keçirdiyi içməli su layihəsi, layihə icrası zamanı icma töhfəsinin toplanması mexanizmi və yığım zamanı əldə etdikləri uğurlar barədə məlumat verdi.
Sonra sessiyanın mövzusu – sosial iştirak və icma layihələrində sosial iştirakın uğurlu tərəfləri iştirakçıların nəzərinə çatdırıldı.

Uğurlar:

    • İştiraklılığın təmin olunması

    • Bütün sosial qrupları təmsil edən (kişi, qadın, gənc, köçkünlər) İcma Layihə Komitəsinin (İLK) seçilməsi

    • Sub-qrupların yaradılması (təhsil, səhiyyə, ətraf mühit, gənclər)

    • Sub-qruplardan istifadə edərək məlumatların yayılması (məlumat lövhəsi, rəsmi və qeyri rəsmi görüşər, fərdi görüşlər )

    • Fəaliyyətin bütün sahələrində demokratiklik və şəffaflıq

    • Bütün sosial qrupların, xüsusilə də qadınların inkişaf prosesinə cəlb edilməsi (“Sahibkarlıq” hissinin formalaşması)

    • Qərar qəbuletmədə bütün sosial qrupların, xüsusilə də gənclərin cəlb edilməsi (“Gənc liderlərin” formalaşması)

    • İcma töhfəsinin təşkili və idarə olunmasında iştirak

    • İcma fonduna nəzarət

    • Problemlərin seçilməsində və həllində iştiraklı yanaşma

    • Hesabatlılıq (fərdi, ailələr, icma yığıncaqları)

    • Bütün sosial qrupların ehtiyaclarını ödəmək - Sosioloji xəritələşmə

Eləcə də, səfərbərlikdən əvvəl və sonra icmada mövcud olan vəziyyət və öyrənilmiş dərslər barədə ümumi məlumat verdi. Təqdimata əsasən, icma üçün öyrənilmiş dərslər aşağıdakılar olmuşdur:



  • Bütün sosial qrupların cəlb olunması (Sahibkarlıq hissinin formalaşması)

  • Qadınların iştirakına nail olmaq

  • İcma töhfəsinin təşkilində psixoloji təsir (ictimai qınaq)

  • İLK –ni tam şəkildə prosesə cəlb etmək və onlara öz məsuliyyətlərini anlatmaq yəni onları məsuliyyət hissinə hazırlamaq:

  • Bu çox vaxt tələb etsə də, icmanı səlahiyyətləndirəcək, onlarda güclü inam hissi yaradacaq və davamlılığı gücləndirəcək. “Tək əldən səs çıxmaz, birgə daha çox şey əldə etmək olar prinsipi”

  • Şəffaf və ədalətə söykənən liderin seçilməsi (İnam, etibarın formalaşması)

  • Etibarlılığın və aşkarlığın təmin edilməsi (iştirakın artması)

Məlumat verildi ki, AzKİL-in maliyyə dəstəyi ilə həyata keçirilən icma layihəsi çərçivəsində icmada alman istehsalı olan su təmizləyici qurğu quraşdırılmışdır. İLK mühəndisi Vüqar Mahmudov su təmizləyici qurğunun sxemi və iş mexanizmi barədə iştirakçılara ətraflı məlumat verdi.


Sessiyanın müzakirə hissəsində iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparıldı Saatlı rayonu Yeni Novruzlu icmasının İLK sədri Ceyran İbrahimova və DŞ RƏO İİ İşçisi Xumar Zeynalzadə icma fondu və fonda yığım mexanizmi barədə, İmişli rayonu Muradalılar icması İLK üzvü Arif Quliyev həyata keçirilən layihədə Xidmət Təchizatçının dəstəyi barədə sual verdi. A. Quliyev eləcə də icmanın Alman təşkilatı barədə məlumatı haradan əldə etdiyi ilə maraqlandı. A. Sadıqova bildirdi ki, icma fonduna yığım müntəzəm olaraq aparılır və icma üzvlərinin əksəriyyəti töhfə verir. XT-nın dəstəyi səfərbərlik, təlimlər, layihə təklifinin hazırlanması və layihə icrası zamanı texniki dəstək, məsləhət xidməti və icmanın bacarıqlarının artırılması olmuşdur. Alman təşkilatı ilə icmanın əlaqələndirilməsi AzKİL tərəfindən olmuşdur.
Tünzalə Hacıyeva sessiyanın xülasəsi barədə plenar qrupa məlumat verdi.

Milli İcma İnvestisiya Konfransı
Təqdimatçı: Həyat Universiteti, Seymur Yusifli, UX/ Proqram menecer,UX\Gəncə

Fasilitator: AzKİL, KH, Səfərbərçi, Fizuli Vəliyev

Assistent: AzKİL, KH, Təlimçi, Elxan Məmmədov
Həyat universiteti” konsepsiyası ilk dəfə 1990 cı ildə UX tərəfindən Vyetnamda tətbiq edilmişdir. Azərbaycana isə bu konsepsiya 2001 ci ildə Misirdən “Uşaqların xilası”BQHT-nin əməkdaşları tərəfindən gətirilmişdir. Bu konsepsiya üzərində iş getmiş, yerli xüsüsiyyətlərə uyğunlaşdırıldıqdan sonra 2002 ci ildən pilot layihə şəklində Mərkəzi ərazidə, 2005-2006 cı ildən isə Qərb bölgəsində tətbiq edilməyə başlamışdır. Bu konsepsiya çərçivəsində 26 layihə həyata keçirilmiş, nətiçədə 45,489 insan bəhrələnmişdir.
“Həyat universiteti” konsepsiyasının məqsədi: inkişaf etmiş icmaların təçrubəsini nisbətən zəif inkişaf etmiş icmalarda yaymaqdır. Konsepsiyanın üstünlüyü ondan ibarətdir ki, onu hər bir sektorda uğurla tətbiq etmək olur.

“Həyat universiteti” konsepsiyası aşağıdakı üsullar vasitəsi ilə həyata kecirilir.



  • Mentorinq-uğurlu təcrübələrin ötürülməsi;

  • Edərək öyrənmək (Learning by doing)”-icmaların bir-birindən bəhrələnməsi, öyrənməsi (təcrübə mübadiləsi);

  • Təşkilati Qiymətləndirmə Aləti(TQA)-İcma fəaliyyət qrupu və Bələdiyyələrin təşkilatlanma səviyyəsinin qiymətləndirilməsi, zəruri hallarda texniki cəhətdən güçləndirilməsi(təlimlər).

Konsepsiyanın həyata keçirilmə mexanizmi aşağıdakı kimidir:



  1. Ulduz icmaları müəyyən etmək üçün sorğuların keçirilməsi.

  2. Seçilmiş icmalarda İcma fəaliyyət qrupları və Bələdiyyələrin TQA vasitəsi ilə qiymətləndirliməsi.

  3. Həmin icmalara təlimlərin verilməsi.

  4. İnkişaf Etməkdə Olan (İEO) icmalar və Bələdiyyələrin müşahidəsi ilə Ulduz İcmalar və Bələdiyyələrin iştirakı ilə İcma Layihə təkliflərinin hazırlanması.

  5. İEO icmalar və Bələdiyyələrinin müşahidəsi ilə Ulduz icmalar və Bələdiyyələr tərəəfindən layihənin həyata keçirilməsi.

  6. Ulduz icmalar və Bələdiyyələrin təşkilatlanma səviyyəsinin TQA vasitəsilə quiymətləndiriliməsi.

  7. Ulduz icmalar və Bələdiyyələr tərəfindən İEO icmalar və bələdiyyələrin təşkliatlanma səviyyəsinin TQA vasitəsilə qiymətləndirilməsi.

  8. Ulduz icmalar və Bələdiyyələr tərəfindən İEO icmalar və Bələdiyyələrə təlimlərin verilməsi.

  9. Ulduz icmalar və Bələdiyyələrin müşahidəsi ilə İEO icmalar və bələdiyyələr tərəfindən İcma Layihə Təklifinin hazırlanması.

  10. Ulduz icmalar və Bələdiyyələrin müşahidəsi ilə İEO icmalar və bələdiyyələr tərəfindən İcma Layihəsinin həyata keçirilməsi.

  11. Ulduz icmalar və Bələdiyyələr tərəfindən İEO icmalar və bələdiyyələrin təşkliatlanma səviyyəsinin TQA vasitəsilə qiymətləndirilməsi.

Həyat Univrsiteti konseopsiyasını praktikada həyata keçirən icmların nümayəndələrinədən olan Goranboy rayonunun Eyvazlılar Ulduz İcmasının lideri Göyüş müəllim məlumat verərək bildirdiki ki, Həyat Universiteti konseopsiyasının uğurlu cəhəti ondan ibarətdir ki, IFQ, Bələdiyyə və Hökümət strtukturları arasında sıx iş birliyi yaradaraq layihələrin uğurla həyata keçirilməsinə zəmin yaradır. Belə ki, biz 8 mövzudan ibarət (təşkilati idarəetmə,layihə təklifinin hazırlanması, maliyyə menecmenti, fandreyzinq, vəkillik, ətraf mühitin qorunması və sairə) təlimlər paketini mənimsəyərək öz təşkilati bacarıqlarımızı artırır, sonradan nisbətən zəif inkişaf etmiş qonşu icmaları da təlimlər vasitəsilə öz səviyyəmizə çatdırmağa çalışırıq. Nəticədə müəyyən bir ərazini əhatə edən bir sıra zəif inkişaf etmiş icmaların tərəqqi etməsinə nail olunur. Bu gün biz tam əminliklə deyə bilərik ki, bizim fəaliyyət qrupunun təlim vermə səviyyəsi və istifadə etdiyi təlim paketi, icma inkişafı prosesi ilə məşğul olan istər beynəlxalq, istərsədə yerli qeyri-hökumət təşkilatları ilə bir səviyyədə durur. Biz daim öz üzərimizdə işləyir, peşəkarlığımızı artırmağa çalışırıq, çünki biz artıq hüquqi status alaraq QHT kimi fəaliyyət göstərmək niyyətindəyik.
Problemlərimiz də olmamış deyil. İcmanın fondu hələ istənilən yüksək səviyyədə deyil ki, nisbətən iri miqyaslı layihələri sərbəst şəkildə həyata keçirə bilək. Dövlət təşkilatlarının hər hansı bir kömək və dəstəyi çox zəifdir, yaxud yox dərəcəsindədir. Bəzi icmalarda Bələdiyyə- İcma birliyi zəifdir.Belə icmalarda iş qurmaq çətinliklərlə qarşılaşır. Əlbəttə ki, maliyyə mənbələrinə çıxışımız, donor təşkilatlarla iş birliyimiz hələ istənilən səviyyədə deyil. Bunun əsas səbəbi isə hüquqi status məsələsidir ki, hələdə həll olunmamış qalır. Çox təssüflə qeyd etməliyik ki, bu işlə məşğul olan hökumət strukturları nədənsə yerli –yersiz maneələrlə bu işə əngəl törədirlər.
Sonra iştirakçıların marağına səbəb olan məsələlərlə bağlı suallara cavab verildi.

İcma fondunda şəffaflığın təmin edilməsi üçün sənədləşmə işinin aparılmasına aid suala cavab verən təqdimatçı qeyd etdi ki, biz fondun idarə olunmasında kassa kitabı, mədaxil-məxaric çeklərindən, qaimələrdən istifadə edirik. Fondun fəaliyyəti barədə vaxtaşırı əhaliyə hesabat veririk. Bu isə bizə olan inamın artmasına səbəb olur və şəffaflığı təmin edir. O, həmçinin qeyd etdi ki, biz öz icmamızda olan fond yığımı təcrübəsini təlim verdiyimiz icmalara ötürür və bununlada icmalarda layihələrin davamlı inkişafını təmin etmiş oluruq.


Qadınların bu işlərdə iştiraklılığının necə təmin olunması sualına cavab verən təqdimatçı qeyd etdi ki, qadınların İcma Fəaliyyət Qruplarında (İFQ) təmsil olunmasına önəmli yer verilir və öz icmalarının timsalında bu faktı təsdiq etdi. Beləki, hazırda Eyvazlılar İFQ-nun 4 nəfər üzvü qadınlardır. Daha sonra əlavə olaraq 2 Ulduz icma lideri çıxış edərək öz fəaliyyət təcrübələrini iştirakçılarla bölüşdülər.
Ümumilikdə bu qənaətə gəlmək olar ki, “Həyat Universiteti” konsepsiyası yerlərdə özünü doğruldur və güclü icma quruculuğu prosesində əsaslı yer tutur.
Nəticə:

  • IFQ, Bələdiyyə və Hökümət strtukturları arasında sıx iş birliyi layihələrin uğurla həyata keçirilməsinə zəmin yaradır.

  • Edərək öyrənmək (Learning by doing)”- icma inkişafında uğurlu yanaşmalardan biridir

  • Davamlı fond yığımı icmalarda layihələrin davamlı inkişafını təmin edir

  • “Həyat Universiteti” konsepsiyası yerlərdə özünü doğruldur və güclü icma quruculuğu prosesində əsaslı yer tutur.


Sual-cavab sessiyası

Sual: Naxçıvan,Culfa rayonu, Saltaq icması, Azad Kazımov

Ulduz icmaları hansı kriteriyalara görə seçirsiniz?



Cavab: UX\Gəncə),Proqram menecer, Seymur Yusifli

Biz konkret ərazidə işləyirik və icmalarıda sorğular və əməkdaşların müşahidələri

əsasında seçirik. Kriteriyalarımız əsasən icmadakı mövcud duruma əsaslanır, yəni ki,

konflikt olmayan, bir neçə mikro layihəni öz imkanları hesabına həyata keçirən və onu

sənədləşdirən, səfərbərliyə meyl göstərən və sairə.

Sual: Saatlı, Qaralar icması, Rizvan Ramazanov

İcma seçimində məhdudiyyətlər (say baxımından) varmı?



Cavab: UX\Gəncə,Proqram menecer, Seymur Yusifli

İlkin olaraq 6 Ulduz icma seçərək iş birliyi yaratmışıq. Onlar isə hərəsi 4-5 qonşu

icmaları səfərbər edərək icma inkişafı prosesinə qoşmuşlar. Ulduz icmalarda bu proses

davam etməkdədir.Çətinlik ondadır ki, bu icmaların hamısına mikro layihələr vermək

olmur vəsait baxımından. Ancaq həmin icmalar yüksək səviyyədə təşkilatlanırlar və

maliyyə mənbələrinə müstəqil çıxmaq bacarığına yiyələnirlər.



Sual: Zaqatala .Yengiyan icması, Minəxanım Cavadova.

Qadınların iştiraklılığı necə təmin edilir?



Cavab: Goranboy rayonu, Eyvazlılar icmasının lideri, Göyüş Qurbanov.

Qadınların İcma Fəaliyyət Qrupunda təmsil olunmasına mühüm yer veririk.

Elə məsələlər var ki, onların həllinə qadınların müdaxiləsi, kişilərə nisbətən daha çox

effekt verir.Məsələn hər-hansı bir layihəyə pay qoyuluşu zamanı. Bizim İFQ –də 4

nəfər qadın üzv var.

Sual: Mingəçevir. “Nur” məhəllə komitəsi, Babək Məmmədov.

İcma fondunun idarə olunmasında şəffaflığı necə təmin edirsiniz?



Cavab: Goranboy rayonu, Eyvazlılar icmasının lideri, Göyüş Qurbanov.

Fondun idarə olunmasında Maliyyə sənədlərindən: kassa kitabı, mədaxil-məxaric

çekləri, qaimələrdən istifadə edirik. Fondun fəaliyyəti barədə vaxtaşırı icma

sakinlərinə hesabatlar verilir. Umumilikdə bütün fəaliyyətimizi əks etdirən sənədlər

informasiya lövhəsindən asılır. Bu insanların bizə olan inamını bir daha artırır.

Sual: Laçın. Alxaslı qış yatağı, Sücayət Hacıyev

Gördüyünüz işlərin davamlılığını necə təmin edirsiz?



Cavab: Goranboy rayonu, Eyvazlılar icmasının lideri, Göyüş Qurbanov.

Biz əgər layihələrimizi bütün icma gücü ilə həyata keçiririksə, demık onun

Davamlılığını da bütün icma təmin etməlidir. Biz bu işlərin təşkilində İcmanın

fondundan istifadə edirik.



Milli İcma İnvestisiya Konfransı


Təqdimatçı: Minəxanim Cavadova, Ramiz Şabanov, İcma İnkişaf Şurasının üzvü, CHF İnternational, Zaqatala, Yengiyan icması

Fasilitator: AzKİL, ELAT, Baş Səfərbərçi, Aidə Babayeva

Asistent: AzKİL, KH, Səfərbərçi, Məmmədağa Rüstəmov

Konfransda AzKİL-in əməkdaşlıq etdiyi icmalar, İcma inkişafı ilə məşğul olan potensial BQHT, yerli QHT, Hökumət nümayəndələri iştirak edirdilər. Konfransda bir çox əhəmiyyətli və aktual mövzularla yanaşı “Sosial İştirak” başlığı da nümayəndələrin diqqətini cəlb etdi.

Dəvət olunmuş BQHT-lər arasında Zaqatalada fəaliyyət göstərən CHF təşkilatı öz maraqlı təqfimatı ilə yadda qaldı. Məruzəçi Minəxanim Cavadova Zaqatala bölgəsinin Yengiyan icmasında həyata keçirilmiş layihələrdən və sosial iştirakdan danışdı.
Qədim tarıxə malik olan Yengiyan icması rayon mərkəzindən 25 km aralıda yerləşir, əhalisi 1225 nəfərdir.Digər icmalar kimi burada da, çoxlu sayda həlli vacib problemlər yaşanır və təbii bir haldır ki, insanlar daxili və xarici resurslardan istifadə etmək qaydalarını bilmirdilər. İcma 2005-ci ilin dekabrından Zaqatala rayonunda fəaliyyət göstərən CHF təşkilatı ilə əməkdaşlıq edir. Təşkilatın dəstəyi ilə 9 nəfərdən ibarət (4 nəfər qadın) İcma İnkişaf Şurası (İİŞ) yaradılmışdı. Qısa bir zamanda İİŞ –ın üzvləri lazım olan təşlikatı dəstəklə əhatə olunmuşdular. Nəticədə icmanın 2 vacıb problemi öz həllini tapmışdı:
1.“İçməli su kəmərinin çəkilməsi” layihəsi – dəyəri 10500 AZN

2. “Tibb məntəqəsinin tikintisi” layihəsi – dəyəri 10279 AZN


Hər iki layihənin maliyyə vəsaitinin 45 %-i icma töhfəsi olmuş (nəqd pul və əmtəə), digər hissə CHF təşkilatı tərəfindən verilmişdir.

Natiq onu da bildirdi ki, İİŞ-ın fəaliyyəti təkcə bununla bitmir, Şuranın nəzdində yaranmış inkişaf fondu üzvlük haqqının müntəzəm toplanması, hesabatların hazırlanması, şəffaflığın təmin olunması üçün daha 5 nəfər icma sakinininu gücündən istifadə edirlər. Sevindirici haldır ki, fonda daxil olmuş maliyyə vəsaiti hesabına icmada bu il dəyəri təxminən 1042 AZN olan “İcmadaxili yolların bərpası” layihəsinin həyata keçitilməsi nəzərdə tutulur.

Minəxanım Cavadova gələcəkdə belə kiçik layihələrin daxili rasurslarla reallaşacağından əminlik hissi ilə danışdı.
İcma İnkişaf Şurasının üzvü, Yengiyan icmasının lideri Ramiz Şabanov çıxış edərək bildirdi ki, onlar yalnız gənclərin və qadınların deyil, digər sosial qrupların da iştiraka cəlb olunmasına nail olmağa çalışmışlar və bu sahədə artıq uğurlar qazandıqlarını iftixar hissi ilə qeyd etdi. İcma İnkişaf Şurası seçkili olduğundan ildə bir dəfə seçki keçirilir. Gənclərin layihələrə cəlb olunması gələcəyin etibarlı liderlərini yetişdirir, sosial ədalətin bərqarar olunmasını, təşəbbüskarlığın artmasını, yeni təfəkkürün formalaşmasını və gənclərin təşkilatlanması səviyyəsinin yüksəlməsini, icmanın yeniləşməsinə təmin edir. Gənclərlə yanaşı icma inkişaf prosesində qadınların da potensialından geniş istifadə olunmuşdur. Bununla da ədalətli qərarların qəbuluna şərait yaranmış olur. Bütün bu həyata keçirdiyimiz proseslərin davamlılığı üçün aşağıdakı amilləri əsas götürülmüşdür:

Bunlar birlik, hüqüq bərabərlilyi, güclü idarəetmə heyəti,təşəbbüskarlıq və icma üzvlərinin dəstəyidir.

Yengiyan icmasının lideri Ramiz Şabanov qeyd etdi ki, öz fəaliyyətlərində icma töhfəsinə önəmli yer verilmişdir. Belə ki, icma töhfəsi layihənin davamlılığını təmin etməklə yanaşı icma sakinlərində sahibkarlıq hissi yaradır.

R.Şabanov həmçinin qeyd etdi ki, İcma İnkişaf Şurası icma sakinləri tərəfindən yığılmış fonda kənar müdaxilə edə bilməzlər və həmin fondun vəsaiti yalnız layihələrin icrasına sərf edilə bilər.


Təqdimatçı qeyd etdi ki, bütün bu işlər fəaliyyətimizin davamlı olmasını təmin etsədə bizdə əminlik hissi yaratmır. Biz hüquqi status almaq sahəsində təşkilatı bacarıqlarımızın artırılmasında hələ çox iş görməliyik. Bu həm də ona görə vacibdir ki, icma sakinlərinin “ümid” qapısına çevrilmiş İİŞ ünvanı yalnız sosial problemlərin deyil, həm də sosial insititutun yaranmasına çevrilsin.
İştirakçılarının çoxsaylı sualları təqdimatçılar tərəfindən cavablandırıldı. Maraqlı mövzu və dəyərli təqdimat hər iki tərəfdə minnətdarlıq hissi yaratdı.

Zaqatala bölgəsində CHF təşkilatının , Icma İnkişaf Şirasının və Yengiyan icmasınaın fəaliyyətinə ugurlar arzulandı.


Nəticələr:

  • Gənclərin icma layihələrinə cəlb olunması gələcək liderlərin yaranmasına təminat verir

  • İcma töhfəsi icmanın layihə üzərində sahibkarlıq hissini artırır və icmanın ehtiyaclarının ödənilməsi üçün öz resurslarını müəyyənləşdirmək və səfərbər etmək üçün əsas proseduralardan biridir

  • Güclü icma fondu icma layihələrinin davamlılğı üçün əsas şərtdir

  • İcma qruplarının müstəqil və davamlı fəaliyyəti üçün hüquqi satatusun olması vacib şərtdir

  • İnkişaf layihələrinə qoşulmazdan əvvəl icmaların əksəriyyəti icma daxili resursların omadığını iddia edirdilər. Səfərbərlikdən sonra isə, onlar mövcud resursların yalnıız müəyyənləşdiriməsinə və səfərbər olunmasına ehtiyac duyurlar.


Sual-cavab sessiyası.
Sual: Göyçay rayonu Qaraxıdır icması, Yaqubov Şahin.

Yagubov Şahin öz icmalarının 2006-ci ildə səfərbər olunması və İcma Layihə Komitəsinin yaranması barəsində danışdı. Natiq CHF təşkilatının əməkdaşlıq etdikləri icmaların hüququ statusu, klaster səviyəli İƏT-lər haqqında və onlara nəcür müraciət etmələri barədə sual verdi.


Cavab: CHF, Şəki, Proqram işçisi, Şükürov Alıhüseyin

CHF-in əməkdaşı Şükürov Alıhüseyin müəllim cavab olaraq bildirdi ki, CHF təşkilatı hal hazırda Çənub, Şimal-Qərb və Şimal bölgələrində işləyir. “Bizim də arzumuz odur ki, icmalarda yaradılmiş icma qurupları ictimayı birlik, M.M.C, QHT kimi qeydiyyatdan kecsin və davamlı fəaliyyət göstərsinlər.


Sual: Sumqayıt Şəhər Kimyaçılar Qəsəbəsi, İcma lideri Gülşən Axundova

İcma töhfəsinin yığılmasında hansı yanaşmadan istifadə edirsininiz və hansı çətinliklərlə üzləşirsiniz?


Cavab: Zaqatala Yengiyan icması, Minəxanım Cavadova

Əvvəllər belə çətinliklər var idi. Lakin bir neçə layihə həyata keçirdikdən sonra icma üzvlərinin bizə olan inamı artdı və belə bir problem qalmadı. Onu da qeyd edim ki, icma töhfəsini yığarkən biz mədəni tədbirlərdən, idman yarışlarından da uğurla istifadə edirik və çalışmışıq ki, icma üzvlərinin bütün təbəqələri bu təşəbbüsə qoşulsun.


Sual: Kurdəmir rayonu Karlar icması, İcma Lideri İbrahimov Balacan

Davamlı icma fondunu yaratmaq üçün hansı üsullardan istifadə etdiniz?


Cavab: Zaqatala rayonu Yengiyan icması Ramiz Şabanov

Biz müntəzəm olaraq əhalidən aylıq yığım edirik ki, bu da öz növbəsində həyata keçirilmiş layihənin davamlılığına xidmət edir. Yığım miqdarı adambaşına elə götürülür ki, onu ödəməyə hamının imkanı yol versin.Bütün fəaliyyətlər sənədləşdirilir və İcma İnkişaf şurasında saxlanılır. Bütün xərclər barəsində icma üzvlərinə müntəzəm hesabatlar verilir.


Sual: Naxçıvan, Aqrobiznes MMC –nin əməkdaşı, Baş Səfərbərçi, Yəməntac Əmirova

İcma inkişaf Şuralarının gələcək davamlılığı necə təmin olunacaq?


Cavab: CHF, Şəki, Proqram işçisi, Şükürov Alıhüseyin
Bizimlə əməkdaşlıq dövründə onların təşkilatlanması və inkişafı üçün lazımi texniki dəstək verilir, bizdən sonrakı dövrdə hər hansı bir addım atmaq onların özündən asılıdır. Əlbəttə ki, çalışıb qeydiyyatdan keçsələr qrantlar əldə etmək , fəaliyyət göstərmək onlar üçün asan olardı.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə