AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 107,47 Kb.
tarix14.01.2017
ölçüsü107,47 Kb.
#66



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050408 – Marketinq

BAKI – 2014


  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050408 – Marketinq” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı», «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar



PK peşə kompetensiyaları


    1. 050408 – Marketinq” ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050408 – Marketinq

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Bakalavrın ixtisas xarakteristikası.

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, firmalar, şirkətlər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.




    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • kollektivdə öz həmkarları ilə sinxron işləmək, müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq (ÜK-1);

  • işgüzar münasibətlərin qurulması zamanı kommunikativ əlaqələrin qurulmasına hazır olmaq (ÜK-2);

  • beynəlxalq arenada fəaliyyət göstərə bilmək potenisalına yiyələnmək (ÜK-3);

  • hüquqi biliklərə və etik normalara malik olmaq (ÜK-4);

  • sağlam həyat tərzi haqqında elmi anlayışa, fiziki cəhətdən təkmilləşdirmə bacarığına və vərdişlərinə malik olmaq (ÜK-5);

  • yenilikçilik təşəbbüsünə malik olmaq və əsaslandırılmış yeni ideyalar irəli sürmək (ÜK-6);

  • sağlam düşüncə tərzini formalaşdırmaq və mədəniyyətlərarası dialoqa hazır olmaq(ÜK-7);

  • tənqidə dözümlülük göstərmək (ÜK-8);

  • problemli, qeyri-standart şəraitlərdə təşkilati-idarəetmə qərarlarını tapa bilmək, təşəbbüskarlıq göstərərək sərbəst olaraq qərarlar qəbul etmək və onların məsuliyyətini öz üzərinə gotürməyə hazır olmaq (ÜK-9);

  • dövlət dilində sərbəst danışmaq və yazmaq, o cümlədən işgüzar yazışma vərdişlərinə malik olmaq, peşə təyinatlı mətnləri tərtib etməyi və onları redaktə etməyi bacarmaq (ÜK-10);

  • tərəfdaşları ilə xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-11);

  • informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək və peşəkarlıq fəaliyyətində İKT-dən istifadə etməyi bacarmaq (ÜK-12);

  • öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-13);

  • idarəetmə məqsədləri üçün faydalı informasiyanı qəbul etmək, araşdırmaq, ümumiləşdirmək və strateji hədəfləri düzgün müəyyən etmək (ÜK-14 );

  • sosial-iqtisadi problemlərin mahiyyətini anlamaq və onların psixoloji aspektlərini müəyyən etmək (ÜK-15);

  • biznes-plan, uçot-hesabat və digər məlumat mənbələrində əks etdirilmiş informasiyanın qiymətləndirilməsi metodikasını dərindən mənimsəmək (ÜK-16);

  • yazılı və şifahi nitqdə fikrini məntiqə uyğun, dəlillər gətirməklə düzgün və yığcam ifadə etmək, publisistik və elmi nitq vərdişlərinə malik olmaq, yeridilən mühakimələrin və mülahizələrin məntiqliyini təhlil etməyi bacarmaq (ÜK-17).

  • müasir tələblərə uyğun təqdimatlar hazırlamağı bacarmaq (ÜK-18);

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmaq, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-19);

  • cəmiyyətdə baş verən sosial əhəmiyyətli prosesləri və onların gələcəkdə mümkün inkişafını təhlil etmək qabiliyyətinə malik olmaq (ÜK-20);

  • öz fəaliyyətində qanunvercilik bazasından istifadə etməyi bacarmaq (ÜK-21);

  • məsuliyyətini dərk etmək, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə hörmət etmək, azərbaycançılıq ideyalarına sadiq olmaq (ÜK- 22 );

  • ümumiləşdirmələrə, təhlilə, informasiyanı qavramağa, qarşıda məqsəd qoymağa və ona nail olma yollarını seçməyi bacarmaq (ÜK-23).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • marketinq fəaliyyətinin nəzəri əsaslarına, digər iqtisad elmləri ilə qarşılıqlı əlaqəsinin müəyyənetmə texnologiyasına (PK-1);

  • biznes vahidlərində marketinq fəaliyyətinin təşkilinin ümumi qanunauyğunluqlarına (PK-2);

  • marketinqin nəzəri əsaslarına: fərdi seçim, azad və rəqabətli mübarizə, alış motivləri, istehlakçı davranışı və s. (PK-3);

  • marketinq fəaliyyətinin təşkilinin nəzəri və praktiki metodlarına (PK-4);

  • marketinqin təşkili və idarəedilməsi ilə bağlı aktual problemlərin sistemləşdirilməsi və həlli yollarına (PK-5);

  • çağdaş dünyada marketinq fəaliyyətinin spesifik xüsusiyyətlərinə və onun ölkəmizin reallıqlarına uyğunlaşdırılması bacarığına (PK-6);

  • bazar üçün yüksək cəlbediciliyə malik əmtəə və xidmətlərin işlənib hazırlanmasına (PK-7);

  • biznes subyektləri üçün uzunmüddətli marketinq strategiyasının işlənib hazırlanmasına (PK-8);

  • marketinq tədqiqatlarının aparılması formalarına, istiqamətlərinə və reallaşdırılması mexanizminə (PK-9);

  • tələbatın formalaşdırılması və satışın həvəsləndirilməsi formalarına (PK-10);

  • istehlakçı firmalar üçün əlverişli qiymət siyasətinin formalaşması metodlarına və mexanizminə (PK-11);

  • makro və mikro səviyyəli marketinq informasiya sistemindən istifadə etməklə maliyyə sabitliyi, ödəmə qabiliyyəti, balansın likvidliyi və bu səpgidən olan digər parametrləri təhlil etmək və müəssisənin konkret inkişaf planını işləyib hazırlamaq bacarığına (PK-12);

  • bazar subyektlərinin istehsal-satış problemlərini aşkar etmək, onları sistemləşdirmək, kompleks təhlil aparmaqla konkret marketinq qərarları hazırlanması texnologiyasına (PK-13);

  • müəssisələrdə satınalma qərarlarının qəbul edilməsi prosesinə (PK-14);

  • müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq qazandığı bilik, bacarıq və vərdişlərdən asılı olaraq dövlət və bələdiyyə orqanlarında informasiya-analitik; əmtəə istehsalı və satışı, eləcə də iqtisadi idarəetmə üzrə kompleks məsələlərin həllinə hazır olmaq (PK-15);

  • marketinq fəaliyyəti sahəsində beynəlxalq və milli standartlara uyğun olaraq tətbiqi zəruri saylan müvafiq normativ-hüquqi sənədlərlə işləməyi bacarmaq (PK-16);

  • WINDOWS əməliyyat sistemini, Word, Power Point, Excel və digər ofis proqramlarını marketinq məsələlərinin həllinə tətbiq etmək (PK-17);

  • marketinq-analitik vəzifəni yerinə yetirmək və marketinq sahəsində strateji qərarlar qəbul etmək məqsədi ilə marketinqin müasir idarəetmə metodlarına yiyələnmək (PK-18);

  • müəssisələrdə satınalma qərarlarının qəbul edilməsi ilə əlaqədar olaraq marketinq üzrə konkret layihələr işləyib hazırlamaq (PK-19);

  • strateji səviyyədə marketinq planlarının tərtibi üçün marketinq xidməti bölmələrinə rəhbərlik etmək (PK-20).




  1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası.

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050408 – Marketinq ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • istehsalat-peşə fəaliyyəti;

  • təşkilati-inzibatçılıq fəaliyyəti.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.


İstehsalat-peşə fəaliyyəti üzrə:

  • ixtisas üzrə qazanılmış bilik və bacarıqlardan sistemli şəkildə istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək;

  • peşə fəaliyyəti dairəsinə aid olan mikro və makro səviyyəli analitik məlumatların işlənilməsində və saxlanılmasında müasir İKT-dən texnologiyasından istifadə etmək.


Təşkilati-inzibatçılıq fəaliyyəti üzrə:

  • iqtisadiyyatın konkret sahəsinə aid problemlərin sistemləşdirilməsi və həll olunması məqsədi ilə elmi-praktik seminarlar və müzakirələr təşkil etmək;

  • fəaliyyətin nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq iqtisadiyyatın bütün sferalarında kompleks və problem xarakterli məsələlərin həllində iştirak etməyə hazır olmaq;

  • kollektivdə öz həmkarları ilə sinxron işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, proqressiv idarəetmə metodlarına yiyələnmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF –B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokratiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;

  • ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;

  • cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri.

bacarmalıdır:

  • ixtisasa aid xarici dildə ədəbiyyatı tərcümə etməyi, tərcümeyi-hal və s. yazmağı;

  • cəmiyyətdə baş verən prosesləri təhlil etməyi və nəticə çıxarmağı.

yiyələnməlidir:

  • Azərbaycan tarixindən vətənpərvərlik tərbiyəsində istifadəyə;

  • xarici dildə olan ixtisasa uyğun materiallardan istifadəyə.

30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6

13



5

6


ÜK-3

ÜK-4

ÜK-7

ÜK-10

İPF – B00

İxtisas peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • İKT-nin iqtisadiyyatın müxtəlif sferalarına tətbiqi imkanlarını;

  • iqtisad elminin nəzəri və praktiki əsaslarını;

  • biznes vahidlərində marketinq fəaliyyətinin təşkilinin ümumi qanunauyğunluqlarını;

  • bazar iqtisadiyyatında marketinqin yeri və rolunu;

  • marketinqin nəzəri əsaslarını: fərdi seçim, azad və rəqabətli mübarizə, alış motivləri, istehlakçı davranışı və s.

- kommersiya və qeyri-kommersiya təşkilatlarında marketinq fəaliyyətinin təşkilinin nəzəri və praktiki metodlarını;

  • marketinqin təşkili və idarəedilməsi ilə bağlı aktual problemlərin sistemləşdirilməsi və həlli yollarını;

  • bazar üçün yüksək cəlbediciliyə malik əmtəə və xidmətlərin işlənib hazırlanmasını;

  • biznes subyektləri üçün uzunmüddətli marketinq strategi-yasının işlənib hazırlanmasını;

  • marketinq tədqiqatlarının aparılması formalarını, istiqamətlərini və reallaşdırılması mexanizmini;

  • son istehlakçı davranışı və onun modelləşdirilməsini;

  • müəssisənin davranışı və onun xarakterik xüsusiyyətlərini;

  • müəssisələrdə satınalma qərarlarının qəbul edilməsi prosesini;

  • ayrı-ayrı məhsul növləri üzrə bazarın seqmentləşdirilməsi səviyyələrini və metodlarını;

  • istehlakçının struktur tələbinə uyğun məhsul çeşidinin formalaşdırılmasını;

  • ticarət əməliyyatlarının planlaşdırılması mexanizmini;

  • məhsulların satışı və ticarət vasitəçiləri ilə əməkdaşlığın təmin edilməsin formalarını;

  • tələbatın formalaşdırılması və satışın həvəsləndirilməsi formalarını;

  • istehlakçı firmalar üçün əlverişli qiymət siyasətinin formalaşması metodlarını və mexanizmini;

  • marketinqin idarəetmə strukturu və prinsiplərini;

  • marketinqin strateji planlaşdırma səviyyələrini, mərhələlərini və marketinq planlarının tərtib edilməsi qaydalarını;

  • marketinqin nəzarət sistemini: illik plan nəzarəti və strateji marketinq nəzarətini və s.

bacarmalıdır:

  • WINDOWS əməliyyat sistemini, Word, PowerPoint, Excel və digər ofis proqramlarının ixtisas məsələlərinin həllinə tətbiqini;

  • ixtisasın mahiyyətini, qanunauyğunluqlarını, prinsiplərini, metodlarını, texnologiyalarını, təşkili formalarını, məzmununu və metodikasının tələblərini praktiki olaraq həyata keçirməyi;

  • marketinq və hesabat məlumatları əsasında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil etməyi, qiymətləndirməyi və diaqnostikasını işləyib hazırlamağı;

  • makro və mikro səviyyəli marketinq informasiya sistemindən istifadə etməklə maliyyə sabitliyi, ödəmə qabiliyyəti, balansın likvidliyi və bu səpgidən olan digər parametrləri təhlil etməyi və araşdırmanın nəticələrinə istinad edərək müəssisənin konkret inkişaf planını işləyib hazırlamağı;

  • mülkiyyət formasından və tabeçilik əlamətindən asılı olmayaraq müxtəlif kommersiya və qeyri-kommersiya təşkilatlarında marketinq və satış xidməti bölmələrinə rəhbərlik etməyi.

- fövqəladə hallarda əhalinin, ərazinin mühafizəsini, kollektiv və fərdi mühafizə vasitələrini;
yiyələnməlidir:

  • ixtisasa uyğun informasiya və intellektual sistemlərin yaradılmasına;

  • marketinq fəaliyyətinin nəzəri əsaslarına, digər iqtisad elmləri ilə qarşılıqlı əlaqəsinin müəyyənetmə texnologiyasına;

  • marketinq fəaliyyətinin praktiki təşkilinin forma və metodlarına;

  • kommersiya və qeyri-kommersiya təşkilatlarında marketinqlə bağlı məsələlərin həllində müasir metodlardan istifadə etmək qabiliyyətinə;

  • çağdaş dünyada marketinq fəaliyyətinin spesifik xüsusiyyətlərinə və onun ölkəmizin reallıqlarına uyğunlaşdırılması bacarığına;

  • marketinq informasiya sistemini formalaşdırmaq məqsədi ilə uçot və hesabat məlumatlarının toplanılması, işlənilməsi və sistemləşdirilməsini həyata keçirmək, onların həlli vasitələrini müəyyən etmək vərdişlərinə;

  • marketinq fəaliyyəti sahəsində beynəlxalq və milli standartlara uyğun olaraq tətbiqi zəruri sayılan müvafiq normativ və hüquqi sənədlərlə işləmək bacarığına;

fövqəladə hallarda əhalinin mühafizəsinin əsas üsullarına və prinsiplərinə.

180

İPF-B01

İqtisadiyyata giriş



İPF-B02

Mikroiqtisadiyyat



İPF-B03

Makroiqtisadiyyat



İPF-B04

Xətti cəbr və riyazi analiz



İPF-B05

Ehtimal nəzəriyyəsi və riyazi statistika



İPF-B06

Ekonometrika


İPF-B07

Dünya iqtisadiyyatı



İPF-B08

Azərbaycan iqtisadiyyatı



İPF-B09

Mühasibat uçotu



İPF-B10

Audit


İPF-B11

Statistika



İPF-B12

Maliyyə


İPF-B13

Bank işi


İPF-B14

Vergilər və vergitutma



İPF-B15

Menecment



İPF-B16

İnsan resurslarının idarə edilməsi



İPF-B17

İqtisadi informatika



İPF-B18

İnformasiya kommunikasiya texnologiyaları



İPF-B19

Ətraf mühitin iqtisadiyyatı



İPF-B20

İşgüzar yazışmalar



İPF-B21

İqtisadiyyatın tənzimlənməsi



İPF-B22

Logistika



İPF-B23

Marketinq



İPF-B24

Marketinq tədqiqatları



İPF-B25

Marketinqin kommunikasiya sistemi



İPF-B26 Marketinqin idarəedilməsi

İPF-B27

Beynəlxalq marketinq



İPF-B28

İstehsal sahələrinin marketinqi



İPF-B29

Mülki müdafiə



İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)


3
7
6


7

5


7

5

5



5
5
5
5
5
5

5
4


5

5


5

3

5



5
5
6

5


5

5

5


3


34


ÜK-1

ÜK-2

ÜK-5

ÜK-6

ÜK-8

ÜK-9

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

PK-9

PK-10

PK-11

PK-12

PK-13

PK-14

PK-15

PK-16

PK-17

PK-18

PK-19

PK-20


TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan bilməlidir:



  • qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisələrdə tətbiqinin mütərəqqi üsul və metodlarını

bacarmalıdır:

  • konkret ixtisas sahəsinin təşkili və idarə olunması metodlarını, qaydalarını, prinsiplərini və onların praktiki aprobasiyasını

yiyələnməlidir:

- nəzəri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdirməyi və sistemləşdirməyi.



30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası



21

9


ÜK-1

ÜK-2

ÜK-6

ÜK-9

ÜK-12

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.



    1. 050408 – Marketinq” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6




  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050408 – Marketinq” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər cəlb oluna bilər.


  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050408 – Marketinq” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.



  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə



    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.



Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin

müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

İqtisadiyyat və idarəetmə ixtisasları Azərbaycan Respublikası Təhsil

qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «İqtisadiyyat» bölməsinin sədri



__________________ Damət Bağırov ________________ Əvəz Bayramov
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Yüklə 107,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin