AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 78,81 Kb.
tarix14.01.2017
ölçüsü78,81 Kb.
#288



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050203 – Tərcümə (dillər üzrə)

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050203 – Tərcümə (dillər üzrə)” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050203 – Tərcümə (dillər üzrə)” ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050203 – Tərcümə (dillər üzrə)

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • kollektivdə işləmək (ÜК-1);

  • digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (ÜК-2);

  • beynəlxalq arenada işləmək (ÜК-3);

  • hüquqi biliklərə və etik normalara yiyələnmək (ÜК-4);

  • sağlam həyat tərzini qoruyub saxlamaq (ÜК-5);

  • yeni ideyalar irəli sürmək və əsaslandırmaq (ÜК-6);

  • mədəniyyətlərarası dialoqa hazır olmaq (ÜК-7);

  • tənqid və özünütənqidə dözümlülük göstərmək (ÜК-8);

  • problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək (ÜК-9);

  • xarici dildə sadə mətnləri oxuyub tərcümə etmək və fikrini ifadə etmək (ÜК-10);

  • İKT-dən istifadə etməyi bacarmaq (ÜК-11);

  • öz inkişafına, peşəkarlığının artırılmasına daim çalışmaq (ÜK-12);

  • fikrini düzgün və yığcam ifadə etmək (ÜK-13).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • fəaliyyət sahəsinə aid olan fənlərin əsas problemlərini, onların konkret tətbiq sahələrini bilmək (PK-1);

  • peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-2);

  • ixtisasla bağlı anlayış və terminlərin mənasını bilmək və tətbiq etmək (PK-3);

  • qarşıya müəyyən vəzifələri qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmaq (PK-4);

  • tərcümə prosesində istifadə etmək üçün sözlükləri və digər yardımçı materialları hazırlamağı bacarmaq (PK-5);

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq, istehsalat sahələrində kompleks məsələlərin həllində iştirak etməyə hazır olmaq (PK-6);

  • tərcümə sahəsindəki bilikləri təqdim etmək və onları iş sahəsində adaptasiya etmək (PK-7);

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq (PK-8).



  1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050203 – Tərcümə (dillər üzrə)” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • istehsalat-pedaqoji;

  • təşkilati-inzibatçılıq və s.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər


İstehsalat fəaliyyəti üzrə:

  • ixtisas üzrə biliklərdən istifadə etmək;

  • informasiyaların toplanması və emalında müasir üsullardan istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri qurmaq;

  • tədris prosesində kompüter texnologiyasından istifadə etmək.


Təşkilati-inzibatçılıq fəaliyyəti üzrə:

  • elmi-praktik seminarlar, dərnəklər, disputlar təşkil etmək;

  • fəaliyyət nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq, təhsil sahələrində kompleks məsələlərin həllində iştirak etməyə hazır olmaq;

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları




Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF – B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokratiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;

  • ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;

  • dövlət dili olan Azərbaycan ədəbi dilinin normalarını;

  • cəmiyyətin ümumi qanunauyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri.

bacarmalıdır:

  • ixtisasa aid xarici dildə olan ədəbiyyatı lüğətlə tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və.s yazmağı;

  • cəmiyyətdə baş verən prosesləri təhlil etməyi.

yiyələnməlidir:

  • Azərbaycan tarixindən vətən-pərvərlik tərbiyəsində istifadəyə;

  • ixtisasa uyğun xarici dildə olan materiallardan istifadəyə.

17

HF–B01

Azərbaycan tarixi



HF–B02

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B03

Seçmə fənlər*


6

5



6



ÜK-3

ÜK-4

ÜK-7

ÜK-10

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- xarici dildə sərbəst danışmağı, ünsiyyət yaratmağı, eşitdiyini anlamağı, nitqi zamanı sözləri düzgün tələffüz etməyi, eyni zamanda söz, cümlə vurğusuna, intonasiyaya ciddi fikir verməyi;

- xarici dildə müxtəlif sahalərə aid olan mətnləri oxuyub anlamaq üçün zəngin söz ehtiyatına malik olmağı, düzgün yazmağı;

- müxtəlif növ yazışmaların tərtibat qaydalarını öyrənmək, ticarət və işgüzar yazışmaların, xahiş məktubları,CV-lər, hesabatlar kimi yazılı sənədlərin spesifik xüsusiyyətlərini müəyyənləşdirməyi ;

- tərcümə prosesində şifahi nitqi anlayıb, onu adekvat, rəvan şəkildə ifadə etməyi.



bacarmalıdır

- Peşəkar tərcümənin mahiyyətini, tərcüməçinin cəmiyyətdəki rolunu və mövqeyini, tərcümə prosesində ünsiyyət iştirakçılarının konfiqurasiyasını, bu zaman ekstralinqvistik faktorların rolunu;

- müxtəlif tipli yazılı mətnlərin mənasını anlayıb onu şifahi şəkildə tərcümə etməyi;

- “TRADUS”, “MEMO Q” və s. kimi kompüter tərcümə proqramlarından istifadə etməyi

- Tərcümə prosesinin elmi-nəzəri əsaslarını

- müxtəlif tipli mətnləri lüğətlərin köməyi , eləcə də lüğətsiz ana dilinə və ya xarici dilə yazılı və şifahi şəkildə tərcümə etməyi

- tərcümə prosesondə terminlərdən düzgün istifadə etməyi, terminlər bankı yaratmağı və onları sənədləşdirməyi;

- eşitdiyi mətni və ya müxtəlif səviyyələrdə aparılan danışıqları ardıcıl tərcümə etməyi və bu zaman qeydgötürmə texnikasından düzgün istifadə etməyi.



yiyələnməlidir

- ixtisas dilindən əlavə, ikinci bir xarici dili bilməyə, çox da mürəkkəb olmayan mətnləri həmin dildən ana dilinə və ya əksinə tərcümə etməyi;

- İKT-nin tərcümə prosesinə tətbiqi imkanlarını.



193


İPF – B01

Eşidib anlama və nitq



İPF – B02

Oxuyub anlama və yazı



İPF – B03

Yazılı anlama və yazılı ifadə



İPF – B04

Şifahi anlama və şifahi ifadə



İPF – B05

Peşəkar tərcümənin əsasları



İPF – B06

Yazılı mətnin şifahi tərcüməsi



İPF – B07

Kompüter tərcümə proqramları



İPF – B08

Tərcümə nəzəriyyəsi



İPF – B09

Yazılı tərcümə



İPF – B10

Sənədləşmə və terminologiya



İPF – B11

Ardıcıl tərcümə və qeydgötürmə texnikası



İPF – B12

Şifahi tərcümə



İPF – B13

Xarici dil



İPF – B14

İnformatika



İPF-B15

Ölkəşunaslıq və mədəniyyətlərarası ünsiyyət



İPF-B16

Mülki müdafiə



İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)

30

30



12

5

6


6

3


3

8


3

8


6
29
3
4

3
34



ÜK-1

ÜK-2

ÜK-5

ÜK-6

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

PK-1

PK-2

PK-3

PK-5

PK-6

PK-7

PK-8



TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan bilməlidir:



  • müxtəlif üslubda, janrda və məzmunda olan mətnlərin linqvistik quruluşunu

bacarmalıdır:

  • həmin mətnlərin şifahi və yazılı formada peşəkar tərcümə etməyi

yiyələnməlidir:

  • lazımı bacarıq və bu sahədə vərdişlərə

30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

ÜK-1

ÜK-2

PK-4

PK-5

PK-7

PK-8


Kreditlərin ümumi cəmi:

240









*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir




    1. 050203 – Tərcümə (dillər üzrə)” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6





  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050203 – Tərcümə (dillər üzrə)” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.


  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050203 – Tərcümə (dillər üzrə)” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.



  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.


Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin

müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

Humanitar və sosial ixtisaslar qrupu Azərbaycan Respublikası Təhsil

üzrə Dövlət Təhsil Standartlarını Nazirliyi Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «Avropa dilləri və ədəbiyyat» bölməsinin sədri



__________________ Sani Hacıyev ______________ Dünyamin Yunusov

“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Yüklə 78,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin