Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə31/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   52
Mühərrikin ümumi diaqnostikası

İstismar prosesində mühərrikin gücünün aşağı düşməsi yanacaq sərfinin artması, yağın təzyiqinin dəyişməsini, səslərin, döyüntülərin yaranma və ümumiyyətlə onun qeyri müntəzəm işləmə səbəblərini aydınlaşdırmaq üçün mühərrikin diaqnostika işlərininin aparılması mühüm əhəmiyyət kəsb edir.

Mühərrikin diaqnostika işləri onun “bioqrafiyası” ilə tanış olmaqdan, işə düşmə və işləmə qabiliyyətini yoxlamaqdan, gücünün və yanacaq sərfinin təyinindən, çarxqolu-sürgüqolu və qazpaylama mexanizmlərinin, soyutma və qida sisteminin texniki vəziyyətini təyin edilməsindən ibarətdir. Yerinə yetirilən diaqnostika nəticəsində mühərrikdə nizamlama, bərkitmə və yaxud təmir işləri görülür.

Mühərrikin “bioqrafiyası” ilə tanışlıq üçün aşağıdakıları öyrənmək lazımdır: mühərrikin və avtomobilin istismara başladığı andan olan yürüşləri onun istismarı dövründə məruz qaldığı təmirlər, yanacaq sərfiyyatı, sürücünün verdiyi məlumatlar və s.



Şəkil 11. Mühərrikdə diaqnostika prosesinin texnoloji sxemi

Mühərrikin gücü adətən xüsusi diaqnostik stendlərdə(avtomobilin dartıcı keyfiyyətini təyin edən) aparan təkərlərdə alınan gücə görə hesablanır. Bunun üçün təkərlərdəki güc(Nt) ölçülür, avtomobilin transmissiyasında və stendəki mexaniki itgilər nəzərə alınmaqla mühərrikin gücü aşağıdakı ifadə ilə hesablanır.

=

Burada N- mühərrikin ümumi gücü;



- transmissiyadakı mexaniki itgiləri nəzərə alan əmsal;

- stendəki itgiləri nəzərə alan əmsal;

-təkərlərdəki güc.

Mühərrikin gücünü diaqnostik stendlərdən istifadə etmədəndə təyin etmək mümkündür. Buna tormozsuz üsul deyilir. Tormozsuz üsulun mahiyyəti odur ki, növbə ilə mühərrikin silindlərinin işdən ayırmaqla dirsəkli valın yük altında fırlanma sürəti ölçülür. Bunun üçün mühərrikin normal temperatura qədər qızdırılırmalıdır.

Mühərrikin gücünü yuxarıda göstərilən üsullardan başqa sorma kollektorunda seyrəkliyin qiymətinə görə də təyin etmək olur. Mühərrikin gücünün dəyişməsinə (aşağı düşməsinə) bir çox amillər təsir edir: silindr-porşen qrupu detallarının yeyilməsi, alışdırmanın qabaqlama bucağının normadan kənar olması, jiklyorların buraxma qabiliyyətinin aşağı düşməsi və s. Bu baxımdan güc aşağı düşdükdə mühərrikin mexanizm və sistemləri elementlər üzrə diaqnostikaya uğradılır (şəkil 11).


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin