2. Radioelektron dövrəsinin aktiv elementləri. Radioelektron dövrələrində siqnalların intensivliyini artırmağa və enerji çevrilməsini həyata keçrməyə imkan verən elementlər a k t i v elementlər adlanır. Bunlara misal olaraq cərəyan və gərginlik generatorlarını, elektron lampaları və yarımkeçirici cihazlarını və s. göstərmək olar.
Gərginlik və cərəyan mənbələri uyğun olaraq gərginlik və cərəyan generatorları da adlanır. Sxemlərdə bu generatorların şərti işarələri şəkil 2.2- dəki kimidir.
Gərginlik generatoru ideal halda daxili müqaviməti Ri=0 olan sabit və ya dəyişən gərginlik mənbəyidir. Bu mənbəyin əsas xassəsi ondan ibarətdir ki, istənilən yük müqavimətində mənbəyin sıxaclarında gərginlik sabit qalır.
Qeyd edək ki, gərginlik generatorların sıxaclarına sonsuz kiçik yük müqaviməti qoşduqda generatordan sonsuz böyük cərəyan keçəcəkdir ki, bu da onun sıradan çıxmasına səbəb ola bilər.
Cərəyan generatoru isə sonsuz böyük daxili müqavimətə malik olan (Ri = ) sabit və ya dəyişən cərəyan mənbəyidir. Belə cərəyan mənbəyinin əsas xassəsi yük müqavimətinin ixtiyari qiymətində mənbəyin çıxışında cərəyanın sabit qalmasıdır.
Real gərginlik və ya cərəyan mənbəyinin daxili müqaviməti Ri sonlu qiymətə malik olur. Sxemlərdə real gərginlik və ya cərəyan mənbələri şəkil 2.2, c, ç-də göstərildiyi kimi işarə edilir. Əgər generatorların daxili müqavimətləri eyni olarsa, bu iki sxem ekvivalentdir: belə ki, eyni yük müqavimətlərindən keçən cərəyanlar da eyni olacaqdır.
Şəkil. 2.2. İdeal və real generatorların şərti işarələri:
a, b – ideal, c, ç – real gərginlik və cərəyan generatorları
Qeyd edək ki, generatordan yükə maksimal güc onun Ri daxili Ry yük müqavimətinə bərabər olanda verilə bilər. Bu hal yük müqavimətinin generatorun daxili müqaviməti ilə uzlaşması şərti adlanır.
Dostları ilə paylaş: |