Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 391,24 Kb.
səhifə3/12
tarix31.12.2021
ölçüsü391,24 Kb.
#113278
1   2   3   4   5   6   7   8   9   ...   12
“Müəssisənin müflisləşməsi zamanı likvidasiya prosedurlarının maliyyə təminatı”

İşin məqsədi. İşin məqsədi müəssisələrin müflisləşməsinə gətirib çıxardan maliyyə risklərini nəzəri və metodoloji cəhətdən tədqiq edərək, bu şəraitdə müəssisə maliyyəsinin idarə olunmasını təkmilləşdirməkdir.

Bunun üçün qarşıya qoyulmuş məqsədlər aşağıdakılardan ibarətdir: 1)Müflisləşmənin mahiyyətini tədqiq etmək;

2)Müflisləşmənin proqnozlaşdırması modelləri və metodikasını öyrənmək;
Fəsil 1. Müasir dövrdə müəssisələrin müflisləşməsi və iflasinin mahiyyəti və səbəbləri.

    1. Müəssisənin müflisləşməsi və iflasının mahiyyəti və məzmunu.


Müasir bazar iqtisadiyyatı çox mürəkkəb bir mövzu olub əsrlərdir dərinləşən, inkişaf edən bir sistemdir və bu proseslər fasiləsiz olaraq günümüzdə də davam etməkdədir. Qədim dövrlərdən müxtəlif mədəniyyətlərə mənsub görkəmli şəxslər, iqtisadçılar bu iqtisadi prosesləri izləmiş, müşahidələr aparmış, iqtisadi teoriyalar formalaşdırmış və proqnozlar hazırlamışlar. Lakin illər keçdikçə bu teoriyaların böyük əksəriyyəti özünü doğrultmamışdır, səbəb isə iqtisadiyatın kifayət qədər böyük, mürəkkəb sfera olması və saysız-hesabsız amillərdən asılı olaraq gözlənilməz istiqamətlərdə formalaşmasıdır. Bütün bu qarışıq sistemin kiçik təkib hissələri olan müəssisə və şirkətlər bu dəyitsikliklərə əsasən iqtisadiyyatın tələblərinə uyğun olaraq fəaliyyət göstərmək məcburiyyətindədirlər. Daxili və ya xarici səbəblərədən asılı olaraq, qısa bir zaman içərisində bazara uyğunlaşa bilməyən müəssisə və şirkətlər iqtisadi uğursuzluğa düçar olur və kapitalizmin qanunlarına uyğun olaraq bazardan müflisləşərək, iflasa uğrayıb, məğlub kimi ayrılmalı olurlar.

Bazar iqtisadiyyatı vəziyyətində əsas mikroiqtisadi hadisələrdən biri, istehsal-təsərrüfat, kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, firmaların bu və ya digər səbəbdən biznes uğursuzluğuna düçar olmaları, müflisləşməsi və iflası prosesidir. Bu məsələ kifayət qədər aktualdır və gündəlik həyatımızda kütləvi informasiya vasitələrində, xüsusi ilə də ölkə daxilində baş verən və ya qlobal iqtisadiyyatda olan durğunluq, böhran kimi dövrlərdə, tanınmış müəssisə və şirkətlərin müflisləşməsi, iflas xəbərləri ilə tez-tez qarşılaşırıq.

Dünyanın nüfuzlu maliyyə agentliklərinin statistikasına əsasən biznes fəaliyyətinə başlayan hər on müəssisədən səkkizi fəaliyyətini il yarımdan artıq davam etdirə bilməyərək bağlanır, müflis olur və cəmi 11%-inin fəaliyyəti on il

müddəti aşa bilir. Faiz etibarı ilə çox ciddi rəqəmdir və heçdə yalnız dünya iqtisadiyyatının böhran, durğunluq içərisində olduğu zamanlar baş vermir.

Müflisləşmə konkret olaraq hüquqi və ya fiziki şəxsin həmin an üçün kreditor qarşısında öz öhdəliklərini yerinə yeritə bilməməsidir. Müflisləşmənin beynəlxalq təcrübədə 2 forması bir-birindən fəqrləndirilir:


  • Maliyyə müflisləşməsi (cash-flow insolvency);

  • Balans müflisləşməsi (balance-sheet insolvency).

Maliyyə müflisləşməsi, bu zaman şirkət və ya müəssisənin kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün kifayət qədər aktivləri vardır, lakin ödənişə müvafiq likvid vəsaiti yoxdur. Məsələn, şirkətin bazar dəyəri kifayət qədər yüksək olan əsas vəsaitləri, binası, avtomobilləri var, ancaq ödəniş üçün zərüri məqamda likvid vəsaiti olmur. Maliyyə müflisləşməsi adətən tərəf müqabillərinin danışıqları əsasında müvafiq razılaşma yolu ilə öz həllini tapır. Misal üçün, kreditor avtomobilin satılmasını gözləyə və bunun müqabilində borclu ödənişi cərimə faizləri ilə birlikdə ödəməyə razı ola bilər.

Balans müflisləşməsi, bu zaman şirkət və ya müəssisənin kreditorlar qarşısında öhdəliklərini bütövlükdə ödəmək üçün kifayət qədər aktivləri yoxdur. Şirkət bu zaman böhranlı müəssisə hesab olunur. Artıq şirkətin zərərlə işləməsi qəbul olunub, vaxtaşırı danışıqlar aparılarsa yaranmış vəziyyət iflassız həll oluna bilər.

Balans müflisləşməsinə eyni zamanda texniki müflisləşmə də deyilir, hansıki burada öhdəliklər şirkətin əsas və dövriyə vəsaitlərinin toplamından çoxdur. Şəkil 1.1-də müəssisənin balansı və balans müflisləşməsinin müəyyənləşdirilməsi düsturu göstərilib.



Yüklə 391,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin