Mövzu 6. Makrosəviyyəli iqtisadi əməliyyatlar və MHS-in hesabları.
Маkrosəviyyədə iqtisadi əməliyyatların təhlili МHS-də müxtə-lif hesablar formasında göstərilir. Hesablarda hər bir əməliyyat iki dəfə – ehtiyatlar və istifadə formasında əks olunur və hər iki tərəfdəki əməliyyatların yekunları balanslaşdırılır.
МHS-də ayrı-ayrı qruplar üzrə hesablar aşağıdakı kimi təs-nifləşdirilir: a) iqtisadiyyatin sektorları üzrə; b) iqtisadiyyatın sahələri üzrə; c) ayrı-ayrı iqtisadi əməliyyatlar üzrə; d) bütöv-lükdə iqtisadiyyat üzrə.
İqtisadiyyat bölmələrində baş verən əməliyyatları təhlil etmə-yə imkan verən və qarşılıqlı əlaqədə olan hesablar sistemi nə-zərdə tutulmuşdur:
Məhsul və xidmətlər hesabı;
İstehsal hesabı;
Gəlirlərin yaranması hesabı;
İlkin gəlirlərin bölüşdürülməsi hesabı;
Gəlirlərin təkrar bölüşdürülməsi hesabı;
Gəlirlərin istifadəsi hesabı;
Əsas xərclər hesabı;
Xarici iqtisadi əlaqələr hesabı.
Bu təsnifat maddələrinin mahiyyətini aşağıdakı kimi şərh et-mək olar. İstehsal hesabı istehsalın nəticələrini əks etdirir. Ümu-mi məhsul buraxılışı - bu, istehsal olunmuş bütün əmtəə və xid-mətlərin dəyəridir. О, dəyərlərin təkrar hesablanmasını əks et-dirmir, yəni istehsal prosesində sərf olunmuş əmtəə və xidmət-lərin dəyəri kənar edilir. İstehsaldakı xərclər kimi çıxış edən di-gər əmtəə və xidmətlərdən də istifadə olunur ki, bu da aralıq is-tehlak adlanır. Əmtəə-xidmət buraxılışı və aralıq istehlak ara-sındakı fərq - əlavə dəyər adlanır.
Yuxarıdakı təsnifatda da məhsul və xidmətlərdən sonra, növ-bəti yer onların icra məkanına, yəni istehsal hesabına verilmişdir.
Аralıq istehlak – hesabat dövründə istehsal prosesində tam istehlak olunan əmtəə və xidmətlərin dəyəridir. Ümumi əlavə dəyər aralıq istehlak və əmtəə-xidmət buraxılışı arasındakı fərq kimi iqtisadiyyatın sahələri səviyyəsində hesablanır və bu gös-təriciyə istehsal prosesində sərf edilmiş əsas kapitalın dəyəri də daxil edilir.
МHS-in əsas göstəricisi ümumi daxili məhsuldur (ÜDM), bu ölkə iqtisadiyyatının bütün sahələrində istehsal olunmuş və son istehlak, yığım və ixrac üçün ayrılmış əmtəə-xidmətlərin dəyəri-ni хаrakterizə edir. Əvvəldə qeyd olunduğu kimi, ÜDM üç üsul-da müəyyən olunur.
Dostları ilə paylaş: |