Cədvəl 1. Respublikanın ÜDM dinamikası.
İllər
|
Cəmi mln. manat
|
Аdam başına, manat
|
2000
|
4718,1
|
583,85
|
2003
|
7146,5
|
864,59
|
2004
|
8530,2
|
1021,91
|
2005
|
12522,5
|
1484,34
|
2006
|
18746,2
|
2196,98
|
2007
|
28360,5
|
3286,30
|
2008
|
38005,7
|
4353,30
|
Mövzu 8. MHS-də maliyyə və kapital göstəriciləri
Müəssisənin maliyyə göstəricilərinin əsasını təşkil edən mad-di istehsal xərcləri - istehsal prosesində tam istifadə edilən əmək əşyalarından və aşındıqca dəyəri məhsulun dəyərinə keçən əmək vasitələrindən ibarət olan maddi nemətlərin dəyərini ifadə edir. Maddi istehsal xərclərinə aşağıdakılar aid edilir:
xammal və materiallar, toxum, yem, gübrə və zəhərli kim-yəvi maddələr, yanacaq və enerji məsrəfi;
material xidmətlərinin (kənar müəssisə və təşkilatlar tərə-findən yerinə yetirilən istehsal xarakterli işlərin, rabitə xid-mətlərinin və s.) ödənilməsi;
daşınma və ticarət, maddi-texniki təchizat, tədarük müəs-sisələrində saxlanma zamanı əmtəə itkiləri;
xüsusi geyimə, müalicə-profilaktika yeməyinə və s. sərf olunan xərclər də daxil edilməklə, istehsala çəkilən sair maddi xərclər.
Bölmələrdə olan hər bir maddə müəssisənin maliyyə göstəri-cilərinə bu və ya digər formada təsir göstərir. Lakin təsərrüfat subyektlərinin maliyyə-yəsərrüfat fəaliyyətinin (iqtisadi, o cüm-lədən statistik baxımdan) xarakterizə edilməsində maddi (məs-rəf) göstəricilərilə yanaşı bir sıra digər göstəricilər də istifadə olunur ki, bunlarında fərdi qaydada araşdırılması məqsədəuy-ğundur. Bu göstəricilərdən birinciləri ümumi və xalis əlavə dəyərlərdir. Ümumi əlavə dəyər - istehsal olunan əmtəə və xid-mətlərin dəyəri ilə (buraxılışla) istehsal prosesində tam istehlak edilən məhsul və xidmətlərin dəyəri (aralıq istehlak) arasındakı fərqlə müəyyənləşdirilir. Xalis əlavə dəyər - əsas kapitalın isteh-lakı çıxılmaqla, əlavə dəyəri əks etdirir. Əvvəlki illə müqayi-sədə hesabat dövründə sahələr üzrə əlavə dəyərin fiziki həcm indeksi keçən dövrdəki qiymətlə hesabat dövründəki əlavə də-yərin həcmini keçən dövrdəki əlavə dəyərin həcminə bölməklə hesablanır.
Əmək haqqı (növbəti maliyyə göstəricisi kimi) - işlə təmin edənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzdlu işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. O, he-sablanmış məbləğ əsasında, yəni vergilər və tutulan digər məb-ləğlər çıxılmadan hesablanır. Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq, pul və ya natura şəklində hesab-lanmış bütün qazanc növlərini (habelə müxtəlif mükafatları, əla-vələri və sosial güzəştləri) əhatə edir. O, aşağıdakı mükafat növ-lərini özündə birləşdirir:
görülmüş işə (işlənmiş vaxta) görə günəmuzd qiymətlər, tarif məvacibi, vəzifə maaşı və ya gəlirdən faizlər, mənfə-ətdən hesablanmış əmək haqqı;
həvəsləndirici ödəmələr (mükafatlar, tarif məvaciblərinə və maaşlarına əlavələr).
Dostları ilə paylaş: |