III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ: FƏNNİN TƏSVİRİ: Psixologiya kursu əsas psixologiya elminin mövzusu və vəzifələri, insan şəxsiyyəti, idrak prosesləri və onlarin tənzimi, insanin fərdi xüsusiyyətləri, insan insanlar arasinda bölmələrini əhatə edir, tələbələrə vacib anlayışları öyrətmək və baza biliyi üçün nəzərdə tutulur. Kurs nəzəri və seminar dərslərindən ibarətdir. Burada hər bir psixoloji anlayışların təsviri, psixikanin qanunauyğunluqlarların, mexanizmlərinin izahı və onların tətbiqi, klassik və müasir psixologiyanin bütün bölmələri əks olunur.
FƏNNİN MƏQSƏDİ: İnsan psixologiyasi haqqinda elmi, yəni obyektiv və düzgün biliklər olmadan cəmiyyət inkişaf edə bilməz. İctimai praktikanın müxtəlif sahələrində insan haqqinda biliklərə olan elmi-praktik tələbat elmi psixologiyanın tədrisini labüd edir.
FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ): Psixologiyanın tədris olunması tələbələrdə öz potensial imkanlarından səmərəli istifadə etməyə, idrak fəallıgını artırılmasına, intellektual potensialının üzə çıxarılmasına və yaradıcı şəxsiyyət kimi formalaşmasına imkan yaradır.
ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ: 1. Psixologiya elminin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsini izah edir.
2. Psixi hadisələri fərqləndirir, mövzuya uyğun problemləri müəyyənləşdirir və ifadə edir.
3. Psixi inkişafın vasitələrini şərh və izah edir.
4. Psixologiya elminin prinsiplərini, təlim vəzifələrini şərh və izah edir.
5. Psixologiya elminin məqsəd və vəzifələrini şərh edir.
6. Psixologiya kursunun məzmun xətlərini fərqləndirir, qurulması xüsusiyyətlərini izah edir, hər bir bölmə üzrə formalaşdırılmalı standartları sadalayır.
DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI): mühazirə
mövzunun müzakirəsi və diskussiya
seminar və kollokviumlar
YOXLAMA FORMASI:
İmtahandan əvvəl məsləhət saatları təşkil olunur.
İmtahanlar və aralıq yoxlamalar (kollekviumlar) yazılı formada aparılır.
Tələbələrin imtahana və aralıq yoxlamara buraxılması ilə bağlı məsələlər fakültə dekanı tərəfindən həll edilir. İmtahan və aralıq yoxlamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura səviyyələrində kredit sistemi ilə təlimin təşkili Qaydaları”na əsasən aparılır.
Semestr ərzində hər bir tələbə 10 müstəqil iş yerinə yetirməlidir. Müstəqil işlərin mövzuları keçilən mövzuları əhatə edir. Hər bir müstəqil iş 1 balla sistemlə qiymətləndirilir və nəticə kimi bütün müstəqil işlərin balları toplanılır.