Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti “PSİxofiZİologiYA” kursu üzrə proqram



Yüklə 50,54 Kb.
tarix21.10.2017
ölçüsü50,54 Kb.
#7546
növüMühazirə

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

XƏZƏR UNİVERSİTETİ

PSİXOFİZİOLOGİYA”



KURSU üzrə

PROQRAM

(Bakalavr kursu üçün)

Tərtib Etdi: R.İ.Əhmədova

Bakı – 2013

Giriş

“Psixofiziologiya” kursunun proqramı standart kursa daxil olan bütün mövzuları əhatə etmişdir. Fənnə aid olan problemlərə metodoloji yanaşma və metodlara xüsusi diqqət yetirilib.

Hazırkı proqram müasir psixofiziologiya elminin bütün aspektlərini özündə əks etdirir.

“Psixofiziologiya” kursunun proqramı psixologiya fakültəsinin tələbələrinin tədrisində, həmçinin psixofizioloji problemlərlə maraqlanan digər ixtisas sahiblərinə də yararlı ola bilər.





Mövzunun adı

Cəmi

Mühazirə

Məşğələ

1.

İnsan beyni

4

2

2

2.

Psixofizioloji tədqiqat metodları.

4

2

2

3.

Sensor siqnqlların ötürülməsi və emalı

4

2

2

4.

Sensor sistemlər

4

2

2

5.

Görmə duyğusu

4

2

2

6.

Eşitmə duyğusu

4

2

2

7.

Müvazinət aparatı.

4

2

2

8.

Taktil duyğular sistemi.


4

2

2

9.

İybilmə və dadbilmə duyğusu.

4

2

2

10.

Hərəkətlərin idarəolunması.

4

2

2

11.

Hafizənin psixofiziologiyası.

4

2

2

12.

Emosiyaların psixofiziologiyası.

4

2

2

13.

Diqqətin psixofiziologiyası.

4

2

2

14.

Yuxu və yuxugörmə

4

2

2

15.

Öyrənmənin psixofiziologiyası.

4

2

2




Cəmi

60

30

30

Mövzu 1. İnsan beyni

Sinir sistemi. Somatik sinir sistemi. Vegetativ sinir sistemi. Mərkəzi sinir sistemi. Baş beyin. Onurğa beyin. Neyronlar. Periferik sinir sistemi. Sinir hüceyrələri, sinir lifləri. Orqanların sinir innervasiyası. Sinapslar. Aksonlar və dentritlər. Beyin yarımkürələri. Orta beyin və arxa beyin. Beyinin boz maddəsi. Beyin qırışları. Talamus, hipotalamus və hipofiz.



Mövzu 2. Psixofizioloji tədqiqat metodları.

Elektrofizioloji metodlar. Sinir hüceyrələrinin impulsiv aktivliyi. Mikroelektrod. Elektroensefoloqrafiya. Maqnitosnsofoloqrafiya. Pozitron-emission tomoqrafiya. Okulografiya. Elektromioqrafiya. Dərinin elektrik aktivliyi.



Mövzu 3. Sensor siqnqlların ötürülməsi və emalı
Sensor resepsiya. Reseptorların təsnifatı. Reseptiv qıciqlanmanin əsas mexanizmləri. Sensor hədd. Sensor sistemin tam həssaslığı. Differensial sensor həssaslıq. Siqnalların ötürülməsi və emalı. İnformasiyanın kodlaşdırılması. Sensor sistemin adaptasiyası. Sensor sistemlərin qarşılıqlı fəaliyyəti.

Mövzu 4 Sensor sistemlər

Sensor sistemlərin ümumi xüsusiyyətləri. Sensor sistemlərin təşkilinin ümumi prinsipləri. Sensor sistemlərin üfiqi differensasiyası. Sensor sistemlərin şaquli differensasiyası. Çoxkanallılıq prinsipi. Şoxlaylılıq prinsipi.


Mövzu 5. Görmə duyğusu
Gözün optik aparatının quruluşu və funksiyaları. Akkomodasiya. Göz refraksiyasının anomaliyaları. Bəbək və onun refleksi. Torlu qişanın quruluşu və funksiyası. Fotoreseptorlar. Göz piqmentləri. Görmə sisteminin sinir yolları və əlaqələri. İşıq həssaslığı. Görmənin adaptasiyası. Parlaqlıq və kontrast. Rəng duyğusu. Məkan qavrayışı.

Mövzu 6. Eşitmə duyğusu
Xarici və orta qulağın quruluşu və funksiyası. Daxili qulağın strukturu və funksiyası. Eşitmə resepsiyasının mexanizmləri. Səs tezliyi. Səsin tonu. Səs həssaslığı. Adaptasiya. Səs həssaslığı.


Mövzu 7. Müvazinət aparatı.

Resptor müvazinət aparatının quruluşu və funksiyası. Müvazinət aparatının elektrik aktivliyi. Müvazinət siqnallarının əsas sinir yolları. Müvazinət sisteminin funksiyaları.


Mövzu 8. Taktil duyğular sistemi.

Somotosensor sistemlər. Dəri resepsiyası. Dəri həssaslığı nəzəriyyələri. Dəri reseptorlarının qıcıqlanma mexanizmləri. Dəri reseptorlarının adaptasiyası. Taktil qavrayışın xüsusiyyətləri. Temperatur və ağrı resepsiyası. Əzələ və oynaq respsiyası.



Mövzu 9. İybilmə və dadbilmə duyğusu.
İybilmə epitelisi. İybilmə resptorlarının həssaslığı. İybilmə duyğusunun Mərkəzi Sinir Sistemində proyeksiyası. Dabilmə duyğusunun elektrik potensialı. Dad mərkəzi ilə əlaqəni təmin edən sinir yolları. Dad duyğusu və qavrayış. Dad adaptasiyası.


Mövzu 10. Hərəkətlərin idarə olunması.

Sinir-əzələ sistemi haqqında ümumi məlumat. Skelet əzələləri. Proprioresepsiya. Hərəkətləri idarə edən mərkəzi aparat. Hərəkətlərin koordinasiyası. Hərəkətlərin növləri. Hərəki vərdişlərin formalaşdırılması.



Mövzü 11. Hafizənin psixofiziologiyası.

Yaddaşın xaman mahiyyəti. Qısamüddətli və uzunmüddətli hafizə. Yaddaşın spontan bərpası. Yaddaşın tanıma və yadasalma metodları vasitəsi ilə bərpası. Prosedural və deklarativ yaddaş. Yaddaşın molekulyar mexanixmləri. Hafizənin həcmi və surəti.



Mövzu 12. Emosiyaların psixofiziologiyası.

Emosiya aktual tələbatın əks olunması və onun ödənməsi ehtimalına münasibət kimi. Emosiyaların kommunikativ, kompensator, möhkəmləndirici və relizasiya funksiyalarının həyata keçməsini təmin edən beyin strukturları. Emosiyaların fəaliyyətə və insanın emosional hallarına nəzarətinə təsiri.



Mövzu 13. Diqqətin psixofiziologiyası.

Diqqət nədir? Filtr haqqında nəzəriyyələr. Ənənvi psixofiziologiyada diqqət problemi. Sistemli psixofiziologiyada diqqət problemi.




Mövzu 14. Yuxu və yuxugörmə

Aktiv yuxu və oyanıqlığın sönməsi. Yuxu – ontogenezdə və filogenezdə. Yuxu tələbatı. Yuxunun deprivasiyası. Yuxugörmə. Yuxunun funksional mahiyyəti.



Mövzu 15. Öyrənmənin psixofiziologiyası.

Öyrənmənin bioloji və psixoloji nəzəriyyələri. Öyrənməyə bir proses kimi yanaşma. Öyrənmənin neyrofizioloji mexanizmləri. Öyrənmə mərhələlərinin təcrübə elementləri kimi fiksasiyası. Öyrənmənin beyin aktivliyinə təsiri.


QİYMƏTLƏNDİRMƏ
Davamiyyət – 10 %

Dərsdə iştirak (müzakirələrdə aktivlik,

sualların verilməsi, tapşırıqların yerinə yetirilməsi və s.) - 20%

Esse– 20%

Aralıq imtahanı - 20%

Final imtahanı - 30%

Cəmi: 100%



İMTAHAN
İmtahan tələbələrin psixofizioloji nəzəriyyələr, mexanizmlər barədə biliklərin konkret situasiyalarda tətbiq edə bilmə bacarıqlarının qiymətləndirilməsi üçün aparılır. Kursun tədrisi prosesində bir aralıq (midterm) və yekun imtahan (final) keçiriləcəkdir. İmtahan mühazirə və ədəbiyyatda olan materialı əhatə edəcək.

İmtahan yazılı aşıq suallar formatında aparılacaq. Yekun (final) imtahan bütün kursu əhatə edəcək.


Dərsdə iştirak

Hər dərsdə mühazirədə təqdim olunan müəyyən bir problemin, ideyayaların tələbələrin aktiv iştirakı ilə müzakirəsi keçiriləcək, ayrı-ayrı mövzulara uyğun olaraq tapşırıqlar veriləcəkdir. Tələbələrin dərsdə, həmin diskussiyalarda iştirak etməsi onların başqalarının həmin problemlə bağlı fikirləri ilə tanış olmasına, suallarını verməsinə və ümumilikdə mövzunu daha yaxşı mənimsəməsinə imkan verir.

Odur ki, sizin dərsdə iştirakınız, hər dərsdə öz fikir və mövqeyinizi bildirməniz bizim hər birimizin təcrübəsini zənginləşdirdiyi, sizin mövzunu dərk edib, mənimsəmənizə xidmət etdiyi üçün və ümumən dərsin gedişini maraqlı etdiyinə görə çox vacibdir.

ESSELƏR

Esselər tələbələrin analitik bacarıqlarını inkişaf etdirmək və nəzəri biliklərini möhkəmləndirmək məqsədilə hazırlanır. Yazılı tapşırıqlar yazılı elmi-tədqiqat işlərinə qoyulan tələblərə uyğun olmalı, peşəkar tərzdə yazılmalıdır.



TƏLƏBƏLƏRİN ESSELƏRİ ÜÇÜN TƏQRİBİ MÖVZULAR


  1. Sinapslar və neyronların elektrik keçiriciliyi.

  2. Elektroensefalaqrafik qurğuların iş prinsipi.

  3. Sensor hədd anlayışı.

  4. Sensor sistemlərin adaptasiyası.

  5. Sensor sistemlərin təşkilinin ümumi prinsipi.

  6. Gözün torlu qişasının neyronları.

  7. Məkan qavrayışı.

  8. Səs tezliyinin təhlili.

  9. Vestibulyar aparatın iş prinsipi.

  10. Proprioreseptiv duyğuların fiziologiyası.

  11. Hərəkətlərin koordinasiyası.

  12. Yaddaşda saxlamanın mərhələləri.

  13. Yaddaş haqqında nəzəriyyələr.

  14. Şüurun psixofiziologiyası.

  15. Şüur haqqında əsas nəzəriyyələr.



ƏDƏBİYYAT VƏ MATERİALLAR:

  1. Марютина Т.М., Ермолаев О.Ю. Введение в психофизиологию. М. 2004

  2. Данилова Н.Н. Психофизиология. М.- 2004.

  3. Александров Ю.И. Основы психофизиологии. М.- 1997.

Yüklə 50,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin