Azərbaycan respublikasinin qoşulduğu beynəlxalq konvensiyalar



Yüklə 135,5 Kb.
səhifə15/18
tarix31.12.2021
ölçüsü135,5 Kb.
#113179
1   ...   10   11   12   13   14   15   16   17   18
4 Medeni ve tebii irs KONVENSu0130YA

Maddə 32

1. Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş konfransından bu Konvensiyaya qoşulmaq dəvəti alan Təşkilatın üzvü olmayan istənilən dövlət bu Konvensiyaya qoşula bilər.

2. Qoşulma bu haqda aktın Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna təhvil verilməsi ilə həyata keçirilir.

Maddə 33

Bu Konvensiya iyirminci ratifikasiya fərmanının və ya qəbuletmə, yaxud qoşulma haqqında aktın saxlanmağa təhvil verildiyi gündən, lakin ancaq ratifikasiya, qabuletmə, yaxud qoşulma haqqında aktlarını göstərilən gün, yaxud ondan əvvəl saxlanmağa təhvil vermiş dövlətlər barəsində – qüvvəyə minir. Hər hansı digər dövlət barəsində Konvensiya həmin dövlət özünün ratifikasiya, qabuletmə və ya qoşulma haqqında aktını saxlanmağa təhvil verəndən üç ay sonra qüvvəyə minir.



Maddə 34

Bu Konvensiyanın federal quruluşa malik tərəf-dövlətlərinə aşağıdakı müddəalar aiddir:

(a) bu Konvensiyanın yerinə yetirilməsi mərkəzi qanunvericilik fəaliyyətinin, yaxud federal qanunvericilik hakimiyyətinin mövzusu olan müddəalarına gəldikdə, federal, yaxud mərkəzi hökumətin öhdəlikləri federal dövlət olmayan iştirakçı-dövlətlərin öhdəliklərinin eyni olacaqdır;

(b) bu konvensiyanın yerinə yetirilməsi federasiya sisteminə müvafiq olaraq qanunvericilik tədbirləri görməli olmayan ştat, ölkə, əyalət və kantonlarının hər birini qanunvericilik fəaliyyətinin mövzusu olan müddəalarına gəldikdə, federal hökumət göstərilən müddəaları onların qəbul edilməsi məqsədilə ştat, ölkə, əyalət və kantonların səlahiyyətli hakimiyyət orqanlarının nəzərinə çatdırır

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────────────────

11

Maddə 35

1. Bu Konvensiyanın hər bir tərəf-dövləti onu denonsasiya edə bilər.

2. Denonsasiya Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna təhvil verilən yazılı aktla ratifikasiya edilir.

3. Denonsasiya bu haqda akt alınandan on iki ay sonra qüvvəyə minir. O, heç vəchlə, denonsasiya edən dövlətin denonsasiya qüvvəyə minənə qədər üzərinə götürdüyü maliyyə öhdəliklərini dəyişdirmir.

Maddə 36

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoru 31 və 32-ci maddələrdə xatırlanan ratifikasiya, qəbuletmə, yaxud qoşulma barədə bütün aktların saxlanmağa təhvil verilməsi, həmçinin 35-ci maddədə göstərilən denonsasiyalar haqqında Təşkilatın üzv-dövlətlərinə, təşkilatın 32-ci maddədə xatırlanan üzvü olmayan dövlətlərə, həmçinin, Birləşmiş Millətlər Təşkilatına məlumat verir.



Maddə 37

1.Bu Konvensiyaya Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş konfransında yenidən baxıla bilər. Lakin onun yenidən baxılmış mətni yalnız yenidən baxılmış Konvensiyanın tərəfləri olacaq dövlətlər üçün icbari olacaqdır.

2.Baş konfrans bu Konvensiyaya tam, yaxud qismən yenidən baxmaqla yeni Konvensiya qəbul edərsə və yeni Konvensiyada başqa göstərişlər olmazsa, bu Konvensiya təzə mətnə malik yeni Konvensiya qüvvəyə minən gündən ratifikasiya, qəbuletmə, yaxud qoşulma üçün bağlı olacaqdır.

Maddə 38

Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə əsasən Təhsil, elm və mədəniyyət məsələləri üzrə birləşmiş Millətlər Təşkilatı Baş direktorunun xahişi ilə Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyatdan keçiriləcəkdir.




Yüklə 135,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin