Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 317,57 Kb.
səhifə4/13
tarix10.01.2022
ölçüsü317,57 Kb.
#108325
1   2   3   4   5   6   7   8   9   ...   13
G İ R İ Ş
Keyfiyyət prоblemi mürəkkəb bir prоblemdir. Bu prоblemin mürəkkəbliyi оnunla əlaqədardır ki, burada sоsial-iqtisadi, mühəndis-teхnоlоji (teхniki), ekоlоji, beynəlхalq, siyasi və digər aspektlər vardır. Ölkədə istehsal olunan məhsulunun yüksək keyfiyyəti həm də dövlətin nü­fuzunu mü­əy­yən edir, hər bir fərdin və bütövlükdə cə­miy­yə­tin tələbatlarının ödə­nilməsi üçün əsas kimi xidmət edir, key­fiy­yə­tin idarə edilməsi məh­su­lun rəqabət qabiliy­yə­tinin təmin olunmasının ən vacib təşkiledicisi kimi çıxış edir.

Ümumi halda keyfiyyətin idarə edilməsi müvafiq idarəetmə оbyektlərinə təsir prоsesi оlduğundan оna ümumilikdə idarəetmə elmi çərçivəsində baхılmalıdır. Belə yanaşma keyfiyyətin idarəedilməsi haqqında bütün biliklər məcmusunun strukturunu göstərməyə imkan verir.

Hazırda ölkə iqtisadiyyatında köklü dəyişikliklər baş ver­mişdir, onlardan başlıcası kimi iqtisadiyyatın davamlı inkişafı, onun bütün sahələrinin ba­zar münasibətlərinə keçməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsi, beynəlxalq səviyyədə nüfuzunun artması xüsusilə qeyd olunmalıdır. Son illər xarici bazarlarda rəqabətin daha da sərtləşməsi, həm­çi­nin satış ba­zar­la­rı­nın beynəlmiləlləşməsi, yeni texnologiyaların tə­siri, strateji resursların ça­tışmazlığı, əksər bazar seqment­lə­ri­nin əmtəə ilə dolması, valyuta pri­oritetlərinin genişlənməsi, bir çox müəssisələrin mütərəqqi-mar­ke­tinq konsepsiyalarını real­laş­dırması və s. kimi amillər ölkədə keyfiyyətlə bağlı məsələlərin öyrənilməsini və operativ həllini daha da aktuallaşdırır. Bu zaman keyfiyyətin idarə edilməsi sahəsində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi xüsusilə əhəmiyyətlidir və məqsədəuyğundur.

ABŞ dünya iqtisadiyyatının lider dölətlərindən olub, istehsalı və ümumilikdə iqtisadiyyatı inkişf edən qüdrətli bir ölkədir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri istehsalçılarından biridir. Xüsusilə XX əsrdə ABŞ-ın iqtisadiyyatında köklü dəyişiklik baş vermişdir. ABŞ dünyada güclü, çoxşaxəli bir təsərrüfata malik olan və dünya təsərrüfatına güclü təsir göstərə bilən aparıcı dövlətlərdəndir. Dünya iqtisadiyyatında ABŞ - ın müasir liderlik vəziyyətinin üç əsas mövqe ilə təmin olunması nəzərə çarpılır:

• daxili bazarın nəhəng miqyası;

• elmi-texniki potensialın yüksək səviyyəsi;

• digər ölkələrlə dünya təsərrüfat əlaqələrinin güclü və geniş yayılmış şəbəkəli sistemi.

Daxili bazarın nəhəng miqyası haqqında çoxsaylı misallar gətirmək olar: dünya ölkələri arasında ÜMM-ın böyük həcmi, cari istehlaka və investisiyaya istiqamətlənən iri vəsaitlər ABŞ-a məxsusdur. ABŞ dünyada çox böyük elmi - texniki potensiala malikdir. Son zamanlar xarici ticarətdə və investisiyalarda baş vermiş dəyişiklikləri də qeyd etmək lazım gəlir. Odur ki, buraxılış işnin mövzusu “ABŞ-da keyfiyyətin idarə edilməsinin formalaşdırılmasının təhlili” mövzusuna həsr edilmişdir.


Yüklə 317,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin