Azərbaycan respublikasiNİn təHSİl naziRLİYİ azərbaycanda sosial sahəLƏRİn təNZİMLƏNMƏSİ İLƏ bağli döVLƏt siyasəTİNİN Əsas iSTİqaməTLƏRİ



Yüklə 2,39 Mb.
səhifə3/14
tarix01.01.2022
ölçüsü2,39 Mb.
#104472
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   14





GİRİŞ


Mövzunun aktuallığı. Sosial sahələrin idarə edilməsi anlayışı müasir dövrdə sadəcə bu işlə məşğul olan insanların deyil, cəmiyyətin bütün vətəndaşlarının, sosial qrupların həyatına daxil olmuşdur. Əvəllər Sovet dönəmində siyasətlərin bölgüsü zamanı sosial siyasət ayrı bir kateqoriya kimi nəzərə alınmamış, iqtisadi siyasətin tərkib hissəsi kimi nəzərdən keçirilmişdir. Lakin sonralar sosial siyasətin bu cür qiymətləndirilməsinin bir çox problemlərə səbəb olduğu və siyasət bölgüsünün yanlış olduğu anlaşıldı.

XIX əsrin ikinci yarısında Almaniyada meydana çıxan sosial siyasət anlayışı ilk növbədə müxtəlif sosial qruplar, o cümlədən, kapitalist və fəhlə qrupu arasındakı mənfəət qarşıdurmalarının önlənməsi və azaldılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirləri nəzərdə tuturdu. Lakin daha sonra cəmiyyətin inkişafı ilə bağlı olaraq bu anlayış daha geniş tədbiq edilmiş və bütün sosial qruplar arasındakı münasibətlərin təznimlənməsi üçün dövlət tərəfindən görülən tədbirlərin məcmusu olmuşdur. Müasir dövrdə sosial siyasət dedikdə , bütün sosial sinif və qrupların sosial problemlərini həll etməyə yönələn, müxtəlif sosial qruplar arasındakı qarşıdurmaların və gərginliyin azaldılmasına yönəlib bu problemlərin sosial ədalətlilik prinsipi ilə həll edilməsini təmin edən tədbirlər başa düşülür. Həmçinin, cəmiyyətin sosial rifahının təmin edilməsi də sosial siyasətlə əldə olunur. Yuxarıda qeyd olunan cəmiyyətdəki sosial qrupların problemləri təhsil, sosial müdafiə, səhiyyə, sosial sığorta, işsizlik və digər səbəblərlə bağlıdır. Bu səbəblər sosial sahələrin dövlət tərəfindən tənzimlənməsini zəruri edən amillərdəndir.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin