Azərbaycan respublikasitəHSİlnaziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti Təsdiq edirəm: Kafedra müdiri



Yüklə 72,68 Kb.
tarix27.05.2018
ölçüsü72,68 Kb.
#51874

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri: prof. Nağıyev N.H.

( )

“ 23 ” yanvar 2015 il
Fənn proqramı (sillabusu)

Kafedra; Memarlığın əsaları

Fənnin adı: Memarlıq tarixi

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2014-2015 semestr II__

Fakültə: Memarlıq

Qrup: 113a3, 113a4

Tədris yükü: mühazirə 45 saat, seminar (məşğələ) 0 saat,



Laboratoriya 0 saat. Cəmi 45 saat.

Kredit: ___

Auditoriya: № _310___

Saat: 1415-1550____



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Abbasova Şəhla Abdul Əhəd qızı



memarlıq üzrə fəlsəfə doktoru, dosent

Kafedranın ünvanı:Bakı ş. Aynasultanova 5, korpus 3, mər.3

Məsləhət saatları: _______________________________

E-mail ünvanı: _________________________________

İş telefonu:439-38-88

3. Tələb olunan dərslik və dərs vəsaitləri:


  1. İlqar Hüseynov, Nigar Əfəndiyeva “Qədim dünya mədəniyyəti” Dərslik. BAKI 2009.

  2. Т.Л.Кильпе «Основа архитектуры» . Москва Высшая школа 1989.

  3. Д.Майдар, В.Н.Ткачев «Краткая архитектурная хроника» . Учеб. Пособие. Улан-Батор 1980.

  4. А.С.Куликов «История архитектуры, гродостроительства и дизайна». Учеб. Пособие. Тамбов Издательство ТГТУ – 2003.

  5. Вильфрид Кох «Энциклопедия архитектурных стилей». Москва-2005.

  6. Колобова К.М. «Древний город Афины и его памятники». Л., 1961.

  7. Бирюкова Н.В. «История архитектуры». Учеб. пособие, М., 2005;

  8. Бунин А.В., Саваренская Т.Ф. «История градостроительного искусства» в 2-х томах. – М. 1979;

  9. Всеобщая история архитектуры (под ред. Михайлова) т. 1-2, М., 1963,

  10. Всеобщая история архитектуры. т. 3-4, М., 1966;

  11. Всеобщая история архитектуры М., 1973;

  12. Всеобщая история искусств. т. 2, кн. 2, М. 1961;

  13. История искусства зарубежных стран. Средние века, Возрождение. М., 1982;

  14. Михайлов Б.П. Архитектура гражд. и пром. зданий. т. 1. История архитектуры. М., 1967;

  15. Ткачев В.Н. История архитектуры. М., 1987.

4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)



Ümumdünya memarlıq tarixi”-nin tələbə tərəfindən öyrənilməsi dünya memarlığında müəyyən tarixi mərhələdə memarlığın inkişaf prosesində yaranan formalar əsasında tikilən binaların, qurğuların tiplərinin qanuna uyğunluqların bilməyə imkan yaradır.

Tədris olunan materiallar Ümum dünya tarixi ilə üzvi surətdə bağlı olan ümumi memarlıq tarixinin əsas inkişaf mərhələlərinin özündə cəmləşdirmişdir. Dünya memarlığının qədim dövürlərdən başlayaraq müasir dövrü əhatə edərək tələbələr tərəfindən öyrənilməsi “Memarlıq tarixi” fəninin əsas vəzifələrindən biridir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1.Giriş. Memarliğin əmələ gəlməsi

  1. İbtidai icma quruluşu dövrünün memarlığın yaranması.
  2. Meqalitik qurğuların tipləri.


2

28.01.15.

2

Mövzu№2. Qədim dünya memarlığı. Misir memarlığı.

  1. Misirin Sülaləyə qədər və Qədim şah dövrlərinin memarlığı

  2. Misirin Orta şah və Yeni şah dövrünün memarlığı

  3. Misirin Son dövr memarlığı

2

29.01.15.

3

Mövzu№3. Qədim dünya memarlığı. Mesapatamiya memarlığı.

  1. Babilistan-Asuriya memarlığı

  2. Şumer-Akkad memarlığı

2

05.02.15.

4

Mövzu№4. Qədim dünya memarlığı. Farsistan (Persiya) memarlığı.

  1. Farsistan (Persiya) memarlığın formalaşma prosesi

  2. Persopol səhərinin memarlığı

  3. Fars memarlıq orderləri

2

11.02.15.

5

Mövzu№5. Qədim dünya memarlığı. İranın və Egey memarlığı.

  1. İranın memarlığının inkişaf mərhələləri

  2. Egey memarlığı çiçəklənmə dövrü

2

12.02.15.

6

Mövzu№6. Antik dövrün memarlığı. Yunanıctan memarlığının inkişaf dövürləri.

  1. Homer Yunanıstanı (b.e.əvvəl XI-VIII əsrlər);

  2. Arxaika Yunanıstanı (b.e.əvvəl VII-VI əsrlər);

  3. Klassika Yunanıstanı (b.e.əvvəl V-IV əsrlər);

  4. Ellinizm Yunanıstanı (b.e.əvvəl IV-I əsrlərin sonu).

2

19.02.15.

7

Mövzu№7 Antik dövrün memarlığı. Qədim Roma memarlığının inkişaf dövrələri.

  1. Respublikan dövrü (b.e.əvvəl VI əsrin sonu – I əsrin sonu)

  2. Imperator dövrü (b.e.əvvəl I əsrin sonu – b.e. 476 ili).

2

25.02.15.

1

2

3




8

Mövzu№8. Orta əsr memarlığı. Bizans memarlığının yaranması və inkişaf dövürləri.

  1. Erkənbizans (V-VIII əsrlər) memarlıq dövrü.

  2. Ortabizans (VIII-XIII əsrlər) memarlıq dövrü.

  3. Sonbizans (XIII-XV əsrlər) memarlıq dövrü.

2

26.02.15.

9

Mövzu№9 Şərqi və Cənubi Asiya ölkələrinin memarlığı. Qədim Hindistan memarlığı.

  1. Şərqi və Cənubi Asiya ölkələrinin memarlığı.

  2. Qədim Hindistan memarlığı.

2

5.03.15.

10

Mövzu№10. Şərqi və Cənubi Asiya ölkələrinin memarlığı. Marakeş, Çin və Yaponiya memarlığı

  1. Marakeş memarlığı.

  2. Çin memarlığı.

  3. Yaponiya memarlığı.

2

11.03.15.

11

Mövzu№11. Avropada orta əsr memarlığı. Roman memarlığının yaranma və inkişaf prosesi

  1. Roman memarlığının yaranması və əsas xüsusiyyətləri

  2. Roman memarlığında aid qəsr və manastırlar

  3. Fransiya, Almaniya və s. ölkələrin Roman üslubunun memarlığı

2

12.03.15.


12.

Mövzu№12. Orta əsr memarlığında Qotika memarlıq üslubunun yaranması və inkişaf mərhələləri

  1. Qotika üslubunun yaranmasi və inkisaf dövürləri

  2. Qotika üslubunun əsas xüsusiyyətləri

  3. Avropa ölkələrində Qotika üslubunun memarlığı

2

19.03.15.

13

Mövzu№13. İntibah (Renesans) dövrünün memarliığı

  1. Erkən İntibah dövrünün (XV əsr) memarlığı

  2. Yüksək İntibah dövrünün (XV əsrin sonu XVI əsrin birinci yarısı) memarlığı

  3. Son İntibah dövrünün (XVI əsrin ikinci yarısı) memarlığı

2

25.03.15.

14

Mövzu№14. Dünya memarlığında XVI-XVII əsrlərdə Barokko və rokoko üslubuları.

  1. Barokko üslubunun yaranması və inkişaf prosesi.

  2. Barokko üslubunun dünya memarlığına təsiri.

  3. Rokoko üslubunun memarlığı.

2

26.03.15.

15

Mövzu№15. Dünya memarlığında Klasizim üslubu.

  1. Klasizim üslubunun yaranması.

  2. Klasizim üslubunun inkişaf mərhələləri.

  3. Klasizim üslubunun abidələri

2

2.04.15.

16

Mövzu№16. Klassizmə əsaslanan ampir üslubunun Dünya memarlığında yeri

  1. Ampir klassisizm memarlığının sonrakı inkişafı kimi .

  2. Ampir üslubun özülü

2

8.04.15.

17

Mövzu№17. XIX-XX əsrlərin hüdudlarında yeni memarlıq formalarının yaranması

  1. XIX-XX əsrlərin hüdudlarında yeni inşaat texnikasının və materialların tətbiqi nəticəsində memarlıqda yeni formalarının yaranması.

  2. XIX əsrin sonu XX əsrin əvvəllərinin memarlığında metal konstruksiyalar.

2

9.04.15.

18

Mövzu№18. Eklektika dövrünun memarlığı

  1. Eklelktika cərəyanının yaranmasına təsir edən amillər.

  2. Binaların kompozisiya və bədii tərtibatında istifadə edilən eklektika cərəyanı

2


16.04.15.







19

Mövzu№19. XIX əsrin axırı XX əsrin əvvəllərində memarlıqda yayılmiş Moderin cərəyanı.

  1. Modern cərəyanının yaranmasına təsir edən amillər.

  2. Binaların bədii tərtibatında istifadə edilən modern cərəyanı

  3. Memar A. Qaudinin yaradıcılığı

2

22.04.15.

20

Mövzu№20. XIX əsrin sonu və XX əsrin əvvəlləri xarici ölkələrin memarlığının inkişafı.

  1. XX əsr memarlığında ictimai binaların memarlığı.

  2. XX əsr memarlığında yaşayış binaların memarlığı.

2

23.04.15.

21

Mövzu№21. XX əsr memarlığının inkişafına təsir edən Funksionalizim cərəyanı

  1. Funksionalizim cərəyanının yaranma və inkişaf prosesi

  2. XX əsrdə Funksionalizim əsasında yaradıcılıq fəaliyyəti göstərən memarlar.

2

30.04.15.

22

Mövzu№22. XX əsr memarlığında konstruktivizim memarlıq üslubu.

  1. Konstruktivizim üslububnun yaranma və inkişaf prosesi

  2. Konstruktivizim əsasında yaradıcılıq fəaliyyəti göstərən memarlar.

2

6.05.15.

23


Mövzu№23. XX əsr memarlığında şəhərsalma prinsipləri

  1. Le Karbuzenin səhərsalma prinsipləri

  2. K. Tangenin səhərsalma prinsipləri

  3. Oskar Nimeyerin səhərsalma prinsipləri

1

7.05.15.




5.5. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra №-si

Mövzunun adı

1

Menqirlər, dolmenlər və kromlexlərin karandaşla təsviri

2

Qədim dünya memarlığına aid abidələrinin karandaşla təsviri

3

Antik dövrün memarlığına aid abidələrinin karandaşla təsviri

4

Orta əsr memarlığına aid abidələrinin karandaşla təsviri

5

Avropa ölkələrinin orta əsr memarlığına aid abidələrinin karandaşla təsviri

6

Intibah (renesans) dövrünün memarlığına aid abidələrinin karandaşla təsviri

7

Barokko, rokoko, klassisizm və ampir üslublarına aid memarlıq abidələrinin karandaşla təsviri

8

Eklektika və modern memarlığına aid abidələrinin karandaşla təsviri

9

XIX əsrin sonu XX əsrin əvvəllərinin memarlığına aid abidələrinin karandaşla təsviri

10

Kapitalist ölkələrinin müasir memarlığına aid tikililərinin karandaşla təsviri



6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

I. fevral - maert ayları

Qədim dövürlərdən Orta əsr memarlıq tarixinə aid olan mövzularda referatlar.

  1. Memarlığın əmələ gəlməsi; 2. Qədim dünya memarlığı; 3. Misir memarlığı; 4. Mesapatamiya memarlığı; 5. Farsistan (persiya) memarlığı; 6. İran memarlığı; 7. Egey memarlığı; 8. Antik dövrün memarlığı; 9. Yunanstan memarlığının inkişaf dövürləri; 10. Qədim roma memarlığının inkişaf dövürələri; 11. Orta əsr memarlığı. Bizans memarlığının yaranması və inkişaf dövürləri; 12. Şərqi və cənubi Asiya ölkələrinin memarlığı; 13. Hindistan memarlığı; 14. Marakeş memarlığı; 15. Çin memarlığı; 16. Yaponiya memarlığı.

II. Aprel ayı

Orta əsr memarlığı roma üslubundan klasik üsluba qədər dövrü əhatə edən memarlıq tarixinə aid olan mövzularda referatlar.

1. Avropada orta əsr memarlığı; 2. Roman memarlığının yaranma və inkişaf prosesi; 3. Qərbi avropada orta əsr memarlığında Qotika memarlıq üslubunun yaranması və inkişaf mərhələləri; 4. İntibah (Renesans) dövrünün memarlığı; 5. Dünya memarlığında XVI-XVII əsrlər Barokko və rokoko üslubuları; 6. Dünya memarlığında klassizim üslubu.; 7. Klassizmə əsaslanan ampir üslubunun dünya memarlığında yeri.



III.May ayı

XIX-XX əsrlər əhatəsində memarlıq tarixinə aid olan mövzularda referatlar.

1. XIX-XX əsrlərin hüdudlarında yeni memarlıq formalarının yaranması; 2. Eklektika dövrünün memarlığı; 3.XIX əsrin axırı XX əsrin əvvəllərində memarlıqda yayılmış moderin cərəyanı; 4. XIX əsrin sonu və XX əsrin əvvəlləri xarici ölkələrin memarlığının inkişafı; 5. XX əsr memarlığının inkişafına təsir edən funksionalizim cərəyanı; 6. Müasir dövrün memarlarının həyat və yaradıcılıqları; 7. XX əsr memarlığında şəhərsalma prinsipləri.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________



Müəllim: Abbasova Ş.A. ( )
_20__” yanvar 2015 il.


Yüklə 72,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin