Azərbaycan Respublikasının 1993-cü il respublika büdcəsinin inflyasiya səviyyəsinə uyğunlaşdırılmasının zəruriliyi ilə əlaqədar dəyişikliklərin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Çörəyin və çörək məmulatlarının, enerji daşıyıcılarının və yanacağın satış qiymətlərinin artırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlərlə əlaqədar, Azərbaycan Respublikasının respublika büdcəsində aparılmış dəyişiklikləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Müəyyən edilsin ki, 1993-cü ildə respublika büdcəsinin mədaxili aşağıdakı mənbələr hesabına formalaşır:
— müəssisə, birlik və təsərrüfat təşkilatlarının mənfəət ver-kisi məbləğindən — şəhərlər üzrə: Bakı — 78,6 faiz, Əli Bayramlı — 79 faiz, Mingəçevir — 81 faiz, Sumqayıt — 67 faiz;
— əlavə dəyər vergisi məbləğindən — şəhərlər üzrə: Bakı — 87 faiz, Əli Bayramlı — 90 faiz, Yevlax — 53 faiz, Gəncə — 97 faiz, Mingəçevir — 82 faiz, Naftalan — 4 faiz, Sumqayıt — 80 faiz;
rayonlar üzrə: Salyan — 6 faiz, Siyəzən — 61 faiz.
Yuxarıda qeyd olunan şəhər və rayonlar üzrə müəssisə, birlik və təsərrüfat təşkilatlarının mənfəət vergisi və əlavə dəyər vergisinin digər hissəsi yerli büdcələrin mədaxilinə köçürülür;
— bankların və sığorta təşkilatlarının mənfəət vergisi məbləğindən — 50 faiz. Bu verginin digər 50 faizi yerli büdcələrin mədaxilinə köçürülür;
— aksizlər — 100 faiz;
— royalti — 100 faiz;
— gömrük vergisi — 100 faiz;
— valyuta əməliyyatlarından daxil olan vəsait — 100 faiz;
— torpaq vergisi — 100 faiz;
— əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait — 100 faiz;
— respublika orqanlarının tabeliyində olan müəssisə, birlik və təşkilatların fəaliyyətindən daxil olan digər qeyri-vergi ödənişləri — 100 faiz.
2. Nəzərə alınsın ki, bu qərarın 1-ci bəndində adları qeyd olun mayan Naxçıvan Muxtar Respublikasının, respublika tabeli şəhər və rayonların müəssisə və təşkilatlarının mənfəət vergisi, əlavə dəyər vergisi, həmçinin mülkiyyət formalarından asılı olmayaraq kooperativ və ictimai təşkilatların mənfəət vergisi, fiziki şəxslərdən tutulan gəlir vergisi, tikinti və nəqliyyat vasitələrinin sahiblərindən tutulan vergilər, meşədən istifadəyə görə haqq, dövlət rüsumu və digər rüsumlar, müxtəlif qeyri-vergi ödənişləri yerli büdcələrə köçürülür.
3. Dəyişiklikdən sonra respublika büdcəsinin mədaxili 1993-cü il sentyabrın 29-da təsdiq edilmiş səviyyəyə nisbətən 9.867.845 min manat artırılaraq 49.805.642 min manat, məxarici 11.334.469 min manat artırılaraq 61.571.100 min manat, büdcənin kəsiri isə 1.466.624 min manat artırılaraq 11.765.458 min manat məbləğində təsdiq edilsin.
4. 1993-cü il respublika və yerli büdcələrin 13.777.054 min manat məbləğində kəsirinin 200.000 min manatı dövlət daxili uduşlu istiqraz vərəqələrinin satışından əldə edilən gəlirlər hesabına, 13.577.054 min manatı isə Respublika Milli Bankından alınan kreditlər hesabına ödənilsin.
5. Xərclərini öz gəlirləri ilə təmin etməyən Naxçıvan Muxtar Respublikası və respublika tabeli şəhər və rayonların büdcələrinə 1993-cü ildə Azərbaycan Respublikasının respublika büdcəsindən aşağıdakı məbləğlərdə subsidiya verilsin:
(min manat)
Naxçıvan Muxtar Respublikası 745384
Şəhərlər:
Lənkəran 119391
Şəki 80981
Rayonlar:
Abşeron 35334
Ağdam 230646
Ağdaş 97580
Ağstafa 91575
Ağsu 32194
Ağcabədi 66876
Astara 113395
Balakən 23823
Bərdə 28843
Biləsuvar 35384
Qazax 145447
Qax 28397
Qəbələ 109313
Qobustan 53161
Quba 179060
Qubadlı 96452
Qusar 155970
Daşkəsən 88093
Dəvəçi 58168
Zaqatala 6839
Zəngilan 97661
Zərdab 68144
İmişli 60774
İsmayıllı 128862
Yardımlı 116729
Kəlbəcər 176879
Kürdəmir 62132
Gədəbəy 210893
Goranboy 191616
Göyçay 129910
Laçın 158898
Lerik 149484
Masallı 200154
Neftçala 39514
Oğuz 40455
Saatlı 4265
Sabirabad 47647
Samux 19491
Tərtər 106128
Tovuz 223099
Ucar 45873
Füzuli 202931
Xanlar 42684
Xaçmaz 189530
Xocavənd 80639
Xocalı 55211
Xızı 27662
Hacıqabul 54479
Cəbrayıl 129984
Cəlilabad 225163
Şamaxı 135363
Şəmkir 228664
Şuşa 66403
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
Bakı şəhəri, 26 may 1994-cü il.
№ 807.
Dostları ilə paylaş: |