Əsas bölmələrə aid edilməyən xərclər
|
539 679,6
|
508 841,6
|
30 838,0
|
|
o cümlədən:
|
|
|
|
12.1
|
Əsas bölmələrə aid edilməyən sair xərclər
|
368 547,5
|
355 709,5
|
27 838,0
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər)
|
100,0
|
100,0
|
|
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
21 137,7
|
21 137,7
|
|
|
ondan:
|
|
|
|
|
viza blanklarının qeydiyyata alınması üçün avadanlığın alınması, aksiz markalarının, birdəfəlik rüsum qəbzlərinin, viza blanklarının və büdcə təşkilatları üçün smeta və digər blankların çap edilməsi ilə bağlı xərclər
|
17 787,3
|
17 787,3
|
|
|
valyuta konvertasiyası üzrə xərclər
|
3 000,0
|
3 000,0
|
|
|
Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər
|
350,4
|
350,4
|
|
|
Şimali Atlantika Birliyinin «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər
|
1 388,7
|
1 388,7
|
|
|
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri
|
350 000,0
|
323 083,1
|
26 916,9
|
|
ondan:
|
|
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri
|
4 428,4
|
|
4 428,4
|
|
Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər
|
10 000,0
|
10 000,0
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
220,9
|
|
220,9
|
|
Digər şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
700,2
|
|
700,2
|
12.2
|
Ehtiyat fondunun xərcləri
|
146 132,2
|
143 132,2
|
3 000,0
|
|
ondan:
|
|
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsinin ehtiyat fondu
|
3 000,0
|
|
3 000,0
|
12.3
|
Yerli büdcələrə verilən dotasiya
|
10 000,0
|
10 000,0
|
|
13.
|
Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
|
139 986,1
|
139 986,1
|
|
|
o cümlədən:
|
|
|
|
13.1
|
Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi
|
49 112,1
|
49 112,1
|
|
|
ondan:
|
|
|
|
|
dövlət daxili uduşlu istiqraz vərəqələri üzrə
|
3 503,5
|
3 503,5
|
|
|
Birləşmiş Universal Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış istiqraz vərəqələri üzrə
|
14 082,3
|
14 082,3
|
|
|
mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılan istiqraz vərəqələri üzrə
|
912,9
|
912,9
|
|
|
qısamüddətli dövlət istiqrazlar vərəqələri üzrə
|
30 030,0
|
30 030,0
|
|
|
1992-1996-cı illərdə dövlət büdcəsinin kəsirinin örtülməsi üçün Milli Bankdan istifadə edilmiş 345,2 mlrd manat məbləğində mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq məqsədilə buraxılan istiqraz vərəqələri üzrə
|
518,3
|
518,3
|
|
|
1992-1996-cı illərdə dövlət büdcəsinin kəsirinin örtülməsi üçün Milli Bankdan istifadə edilmiş 345,2 mlrd manat məbləğində mərkəzləşdirilmiş kredit resursunun qalığı üzrə ödəmələr
|
65,1
|
65,1
|
|
13.2
|
Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi
|
90 874,0
|
90 874,0
|
|
4. Qanunla müəyyən edilmiş 315 milyard manat məbləğində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına təmin edilsin:
(milyard manatla)
Daxili mənbələr
|
215,5
|
o cümlədən:
|
|
özəlləşdirmədən daxilolmalar
|
160,0
|
ondan:
|
|
Azərbaycan Respublikasının Beynəlxalq Bankının özəlləşdirilməsindən daxilolmalar
|
60,0
|
qısamüddətli dövlət istiqraz vərəqələrinin satışından daxilolmalar
|
50,5
|
dövlət daxili uduşlu istiqraz vərəqələrinin satışından daxilolmalar
|
5,0
|
Xarici mənbələr
|
99,5
|
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-
«Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
-
bu fərmanın 3-cü bəndinin 1.6-cı yarımbəndində «Beynəlxalq təşkilatlara üzvlük haqqı», 12.1-ci yarımbəndində «Şimali Atlantika Birliyinin «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər», 12.2-ci yarımbəndində «Ehtiyat fondunun xərcləri», 12.3-cü yarımbəndində «Yerli büdcələrə verilən dotasiya» və 13.2-ci yarımbəndində «Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi» üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü həyata keçirsin;
-
bu fərmanın 3-cü bəndinin 12.1-ci yarımbəndində «Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər» üzrə nəzərdə tutulmuş vəsaitin qanunvericiliyə uyğun istifadə olunmasını təmin etsin;
-
bu fərmanın 3-cü bəndinin 12.1-ci yarımbəndində nəzərdə tutulmuş «Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri»nin istiqamətlər və təşkilatlar üzrə bölgüsünü 1 ay müddətində təsdiq etsin;
-
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu fərmanın 3-cü bəndinin 9.2-ci yarımbəndində «Dövlət investisiya xərcləri» üzrə nəzərdə tutulan vəsaitin konkret obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini 1 ay ərzində müəyyənləşdirib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
«Dövlət İnvestisiya Proqramı»nın tərtib olunma qaydalarını 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və 2004-cü ildən başlayaraq həmin qaydalara uyğun tərtib olunmuş proqramı dövlət büdcəsi layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər siyahısına daxil etsin;
-
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, «Azərenerji» Səhmdar Cəmiyyətinin, «Azərsu» Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Dəmir Yolunun, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, «Azəriqaz» Səhmdar Cəmiyyətinin, «Azərikimya» Dövlət Şirkətinin, «Azərbaycan Hava Yolları» Dövlət Konserninin, Bakı Metropoliteninin gəlir və xərclər smetalarını 1 ay müddətində təsdiq etsin;
-
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli sərəncamı ilə enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsinə dair təsdiq olunmuş proqramların icrası ilə bağlı 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;
-
dövlət müəssisələrində maliyyə intizamının gücləndirilməsi, müəssisələr arasında ödəməmələr probleminin həll edilməsi və kommunal xidmətləri haqqının yığılması vəziyyətinin köklü surətdə yaxşılaşdırılması məqsədilə müvafiq dövlət orqanları və təsərrüfat subyektləri ilə birlikdə kompleks radikal tədbirlər hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə birlikdə ölkənin yanacaq-enerji kompleksinin perspektiv inkişafına dair proqram hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
ölkədə sığorta işinin canlandırılmasını və könüllü sığorta növlərinin tətbiqinin genişləndirilməsini təmin edən tədbirlər, o cümlədən sığorta sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
əlillərin, iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq 1 ay müddətində təsdiq etsin;
-
2004-2005-ci tədris ilində iqtisadiyyatın ali və orta ixtisaslı mütəxəssislərə olan tələbatını müəyyən etməklə müvafiq ixtisaslar üzrə dövlət hesabına tələbə qəbulunun həddini may ayının 1-dək müəyyən etsin;
-
kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasını həvəsləndirmək məqsədilə müvafiq təkliflər hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
internat tipli təlim-tərbiyə müəssisələrinin maddi təminatının yaxşılaşdırılması və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi ilə bağlı təxirəsalınmaz tədbirlər hazırlayıb 2 ay müddətində həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-
dövlət ali məktəblərində təhsil alan tələblərə verilən təqaüdlərin stimullaşdırıcı rolunun artırılması barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
-
dövlət büdcəsinə səmərəli nəzarət sistemini yaratmaq və müxtəlif büdcələr üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədilə 1 ay müddətində vahid büdcə təsnifatının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə onunla bağlı zəruri normativ hüquqi aktların layihələrini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
bu fərmandan irəli gələn digər məsələləri həll etsin və dövlət büdcəsinin icrasını təmin edən müvafiq tədbirləri həyata keçirsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
-
2004-cü ilin dövlət büdcəsinə daxilolmaların aylıq və rüblük bölgüsünü Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla təsdiq etsin;
-
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə bu fərmanın 3-cü bəndinin 1.2-ci yarımbəndində «Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri» üzrə nəzərdə tululmuş vəsaitin bölgüsünü həyata keçirsin;
-
«Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci, 14-17-ci və 21-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini, bu fərmanın 3-cü bəndinin 13.1-ci yarımbəndində «Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi» üzrə nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin;
-
bu fərmanın 3-cü bəndinin 1.2-ci və 1.3-cü yarımbəndlərində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı xərclər»in bölgüsünü təmin elsin;
-
dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilən layihələrin maliyyə monitorinqini həyata keçirsin, həmin layihələrlə bağlı cəlb olunmuş kredit və büdcə vəsaitinin təyinatı üzrə istifadəsinin vəziyyətini araşdırıb nəticəsi barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-
müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarını 1 ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
-
dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən zərərlə işləyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarına ayrılan vəsaitin səmərəliliyini artırmaq məqsədilə həmin müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini araşdırsın və onların maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə 3 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim etsin;
-
dövlətin xarici borcunun vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin və vaxtı çatmış borcların qaytarılmasında yaranmış problemlərin həllinə dair təkliflər versin;
-
2004-cü ilin birinci rübündən başlayaraq 2005-ci ilin dövlət büdcəsi layihəsi üzərində qanunvericiliyə uyğun müvafiq işlərin aparılmasına başlasın və ayrı-ayrı bölmələr üzrə layihələr hazır olduqca ilkin variantda baxılmaq (müzakirələr) üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
-
bu fərmanın 3-cü bəndinin 11.3-cü yarımbəndində nəzərdə tutulmuş dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaların qanunvericiliklə müəyyən edilmiş istifadə istiqamətləri üzrə bölgüsünü 1 ay müddətində həyata keçirsin;
-
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, «Azərenerji» və «Azneftkimyamaş» səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» SC-nin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, «Azərikimya» Dövlət Şirkətinin tabeliyində olan müəssisələrin özəlləşdirilməsi barədə təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
-
sahibkarlığa dövlət maliyyə yardımı mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
-
ölkənin sığorta bazarında antiinhisar fəaliyyəti və haqsız rəqabət haqqında qanunvericiliyin tələblərinə riayət edilməsini araşdırsın və ondan irəli gələn qanunvericiliyə uyğun tədbirlər görsün. Bu barədə 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-
antiinhisar fəaliyyətinin hüquqi-normativ bazasının təkmilləşdirilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxil olacaq vəsaitin tam həcmdə yığılmasını təmin etsin və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş hallarda əhalinin pulsuz dərman ləvazimatı ilə təmin olunması qaydalarını 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tarix və mədəniyyət abidələrinin elmi tədqiqi, bərpası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatların iştirakını təmin edən təklifləri 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması, o cümlədən uşaq müavinətləri üzrə dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi məqsədilə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun layihəsini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
11. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi dövlət büdcəsindən turizm fəaliyyəti ilə bağlı ayrılmış vəsaitin istifadəsində səmərəliliyi və şəffaflığı təmin etmək məqsədilə 1 ay müddətində müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
12. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası elmi-tədqiqat müəssisələrinin müasir tələblərə uyğun olaraq işinin təşkili və büdcə vəsaitindən istifadənin səmərəliliyinin artırılması barədə təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
13. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, büdcədənkənar vəsaitlər üzrə xərc smetalarını hazırlayıb Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və onun yerli orqanlarına təqdim etsinlər, bu vəsaitləri yalnız dövlət xəzinədarlığının müəyyən etdiyi müvəkkil banklar vasitəsilə nağdsız qaydada xəzinə hesablarına köçürülməsini təmin etsinlər.
14. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, vergilərin tam yığılmasına nəzarəti güçləndirsin, vergidən yayınmanın qarşısını almaq məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirsin və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
15. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi idxal zamanı vergidən və gömrük rüsumundan yayınma hallarına və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirsin, bu sahədə görülmüş tədbirlər və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
16. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən büdcə vəsaitinin təyinatı üzrə xərclənməsini, yığılan dövlət rüsumunun və ilin sonuna istifadəsiz qalan büdcə vəsaiti qalığının büdcəyə qaytarılmasını təmin etsin.
17. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərində konsulluq xidməti haqlarının və dövlət rüsumunun toplandığı xüsusi valyuta hesabındakı vəsait tam həcmdə dövlət büdcəsinə köçürülsün. Bu məqsədlə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2 ay müddətində zəruri tədbirlər həyata keçirsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
18. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, dövlət qiymətli kağızlarının yerləşdirilməsindən dövlət büdcəsinə daha səmərəli şərtlərlə vəsait cəlb etmək məqsədilə bu işin sağlam rəqabət şəraitində aparılması və investor şəbəkəsinin genişləndirilməsi istiqamətində 2 ay müddətində zəruri tədbirlər həyata keçirsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
19. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, dövlət müəssisə və təşkilatlarında dövlət zəmanəti ilə alınmış borcların və belə zəmanəti olmayan borcların idarə olunmasının təkmilləşdirilməsi və uçotunun aparılması ilə bağlı təkliflərini 3 ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
20. «Azərbaycan Hava Yolları» Dövlət Konserninə, «Azərikimya» Dövlət Şirkətinə, «Azərenerji» Səhmdar Cəmiyyətinə, «Azəriqaz» Səhmdar Cəmiyyətinə və «Azərsu» Səhmdar Cəmiyyətinə tapşırılsın ki, ilk növbədə dövlət zəmanəti ilə alınmış kreditlərin qrafik üzrə qaytarılmasını təmin etsinlər və öz maliyyə-təsərrüfat fəaliyyətlərində ciddi qənaət rejiminə keçsinlər.
21. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etməklə bu vəsaitin tabeliklərində olan təşkilatlar üzrə bölgüsünü 1 ay müddətində başa çatdırsınlar.
22. Şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, mənzil-kommunal təsərrüfatı sahələri üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin səmərəli və təyinatı üzrə istifadəsini, o cümlədən bu xərclərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilmiş normalara uyğun olaraq həyata keçirilməsini təmin etsinlər;
23. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərhəd rayonları əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq və onların ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə transsərhəd suları üzərində ekoloji monitorinq sistemini gücləndirsin və içməli suya olan tələbatın yeraltı sularla ödənilməsi imkanları haqqında təkliflərini müvafiq təşkilatlarla birlikdə 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
24. Dövlət büdcəsindən maliyyələşən bütün nazirlik, komitə və digər təşkilatların rəhbərlərinə tapşırılsın ki, malların alınması və xidmət haqqının ödənilməsi, əsaslı vəsait qoyuluşu maddələri üzrə xərclərə qənaət edilməsi məqsədilə müvafiq tədbirlər görsünlər.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 27 dekabr 2003-cü il
№ 9
«Azərbaycan» qəzetində dərc edilmişdir (28 dekabr 2003-cü il, № 300) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 720) («VES Consultancy» LLC).
5 iyul 2004-cü il tarixli, 86 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).
© VES Consultancy LLC
Dostları ilə paylaş: |