3 dekabr 2019-cu il tarixli 1720-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1906) ilə 140.1-ci maddədə “tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.
116 9 mart 2021-ci il tarixli 280-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 aprel 2021-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 308) ilə 142.1-ci maddədə “uşağı” sözü “uşağın” sözü ilə, “vermə müqaviləsi” sözləri “verilməsinə dair müqavilə” sözləri ilə əvəz edilmişdir.
30 may 2023-cü il tarixli 879-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 880) ilə 142-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 142. Himayədar ailənin yaranması 142.1. Himayədar ailə uşağın tərbiyə olunmaq üçün verilməsinə dair müqavilə əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. 142.2. Himayədar ailə haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.