Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili hansı sahələrdə işlədilə bilər?
yalnız elmi-ictimai sahələrdə
yalnız ölkənin ictimai sahələrində
ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bəzi sahələrində
ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində
Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət hansı qanunvericilik aktına uyğun olaraq həyata keçirilir?
“Dövlət dili haqqında” qanuna
Konstitusiyaya
beynəlxalq müqavilələrə uyğun olaraq
həmin orqanların normativ hüquqi aktlarına uyğun olaraq
Hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət hansı qanunvericilik aktına uyğun olaraq həyata keçirilir?
Konstitusiyaya uyğun olaraq
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
həmin təşkilatların öz nizamnaməsinə uyğun olaraq
“Dövlət dili haqqında” qanuna
Siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət hansı qanunvericilik aktına uyğun olaraq həyata keçirilir?
“Dövlət dili haqqında” qanuna
həmin təşkilatların öz nizamnaməsinə uyğun olaraq
Konstitusiyaya uyğun olaraq
Həmin təşkilatların qanunvericilik aktlarına uyğun olaraq