AR Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.2
Dəyişikliyə qədərki qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri müqavilə bağlandığı andan yaranırdı. Lakin yeni dəyişikliklərdə bu münasibətlər yalnız işəgötürən tərəfindən bildirişlərin qeydiyyata alınmasından sonra yarandığı göstərilmişdir. Fikrimizcə,
yalnış yanaşma olmaqla bərabər bilavasitə müqavilə hüququ normalarına ziddir. ARMM-nin Müqavilənin bağlanması dedikdə bir vəya bir neçə tərəfin şəxsi iradəsi ilə bağlanan razılaşmadır.
Belə ki, əmək münasibətləri dedikdə işəgötürən və işçi arasında mövcud olan hüquq münasibətləri başa düşülür. Hansı ki, bildirişin qeydiyyata alınması işəgötürənin vəzifəsidir. İşəgötürən bu vəzifəsindən sui istifadə edilməsinə şərait yaranır. Kağız vasitəsilə müqavilə bağlandığını qeyd edir, lakin qeydiyyatdan keçirmir. Nəticədə hər hansı bir fərdi əmək mübahisəsi mövcud olduqda işəgötürən və işçi arasında olan fərdi əmək münasibətləri hüquq münasibətləri kimi tanınmayacaq.
Qeydiyyatdan keçirilməsi müxtəlif xarici ölkələrin qanunvericiliklərində mövcuddur.Lakin bu işəgötürənin vəzifəsi olmaqla bərabər, qeydiyyatdan keçirilmə prosesi, yəni bildirişin qeydə alınması müqavilənin hüquqi qüvvəyə minməsini həll etməməlidir.
İşəgötürənin bu vəzifənin yerinə yetirilməməsinə görə işçinin əmək müqaviləsindən irəli gələn digər hüquq və azadlıqlardan məhrum olmaqla hər hansı maddi və mənəvi ziyana düşməsi fərdi əmək mübahisələrinin yaranmasına gətirib çıxaracaq.
Tövsiyə edirik ki,
Əmək Məcəlləsində dəyişiklik edilmiş 7-ci maddəsinin yeni redaksiyası ləğv edilməklə, əvvəlki redaksiyaya bərabər səviyyədə maddə ilə əvəz olunsun.