Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə30/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   26   27   28   29   30   31   32   33   ...   92
Ключевые слова: Ахмед Ясеви, мистика, символ, вуджуднама, «Дивани-хикмет», «Факрнама»
Giriş: Vücudnamə məzmunca insanın ruhlar aləmindən axirət dünyasına qədər olan ömür yolundan bəhs edən, formaca müxtəliflik göstərən bir janrdır. Türk xalqlarının şifahi xalq ədəbiyyatında vücudnamə qəhrəmanın ömür yolunu təsvir edən bir janr semantikasına malikdirsə, Əhməd Yəsəvi yaradıcılığından başlayaraq, kamil insanın ömrünü səciyyələndirən mənzumə kimi diqqəti cəlb edir. Təbii ki, daha sonrakı mərhələdə də arxitektonika etibarilə folklor qəlibləri üzərində qələmə alınmış vücudnamələr mövcuddur. Lakin təsəvvüfi vücudna­mə­lər həm klassik şeirdə, həm də aşıq şerində məhz Əhməd Yəsəvinin hik­mətlərinin məzmun arxitektonikası üzərində qurulmuşdur. Əhməd Yəsəvi türk xalqları şerində təsəvvüfün qurucusu olduğu kimi, vücudnamə janrının da ilk örnəklərindən birinin yaradıcısıdır. “Ahmed Yesevî’nin tarih içerisinde oluşan ma­nevî portresinin Türklük için yerine getirdiği en büyük hizmet nedir?’ sorusunu sorarak cevabını ayrıntılı olarak irdelediğimizde, Türkler arasında ilk tasavvufî örgütlenmeyi sağlayarak nesiller boyu İslâm’ın özünü kavramış sûfîlerin ve bu sûfîlerin dizi dibinde aldıkları eğitim ile cihadın manevî yönlerini de kavrayan dervîş-gâzilerin, özel tanımı ile “alp-eren”lerin yetiştirilmeleri çı­ğırının başlatıcısı olması öne çıkar. Gerçekten de İslâm ile birkaç kuşaktır ta­nışmış olan Türk yurtlarında tasavvufî boyut kazanarak derinleşmiş bir İslâm algısının, sûfîce yaşanan bir müslümanlık olgusunun mimarı Ahmed Yesevî olmuştur”. (4, s. 15) Əhməd Yəsəvinin qurduğu ilk təriqət türklər arasında tə­səvvüfün yayılmasında böyük rol oynamış, ədəbi, mədəni, tarixi abidələrdə öz izlərini qoymuşdur. Əhməd Yəsəvinin türk xalqları ədəbiyyatına təsiri klassik şeirdə olduğu kimi, aşıq poeziyasında da özünü göstərmişdir. Bildiyimiz kimi, Əhməd Yəsəvinin təsəvvüfi görüşlərinin şeirlə ifadəsi hikmətlər adı altında toplanmış və “Divani-hikmət” adı altında nəşr edilmişdir. Bu şeirlərin Əhməd Yəsəviyə aid olması ilə bağlı müxtəlif tədqiqatçılar fikir bildirmişlər. Öcal Oğuz bu şeirlərdə Əhməd Yəsəvini özünün piri kimi qəbul edən müxtəlif türk xalqlarının da payları olduğunu qeyd edir. (7, s. 14)

Bu məqaləmizdə Əhməd Yəsəvinin Kemal Erarslan tərəfindən hazırlanmış ““Divani-Hikmət”dən seçmələr” (1991) və “Fəqrnamə” (2016) adlı kitablarında verilmiş vücudnamə mətnləri üzərində araşdırma aparmışıq.

“Divani-hikmət”dəki vücudnaməsində Əhməd Yəsəvi türk xalqları poe­ziyasında ilk dəfə təsəvvüfi kontekstdə ruhun seyrini yaşlar üzrə ifadə et­mişdir. Qeyd edək ki, “Divani-hikmət”də 6 ayrı hikmətdə 88 dördlük vasitəsilə vücud­namə yaradılmışdır. Əhməd Yəsəvinin vücudnaməsinin arxitektonikası aşağı­dakı sxem üzrə qurulmuşdur:


Qeyd edək ki, bu struktur sonradan bir çox vücudnamələr üçün arxetip məzmun qəlibi kimi çıxış etmiş, Merac və çiləxana hissələri istisna olmaqla, digər struktur-semantik parçalar həm klassik poeziyada, həm də aşıq şerində örnək mətn mövqeyində olmuşdur.

Əhməd Yəsəvinin “Divani-hikmət” əsəri ilə yanaşı, “Fəqrnamə” adlı əsə­rində də vücudnaməyə rast gəlirik. Ümumiyyətlə, ikinci əsər birincinin sanki qısa xülasəsidir: “Fakr-nâme’nin içindeki konular, Hoca Ahmed Yesevî’nin Dî­vân-ı Hikmet isimli Türkçe eseri ve Risâle der Makâmât-ı Erbaîn isimli Farsça eserindeki konular ile büyük benzerlik göstermektedir”. (6, s. 6) “Fəqrna­mə”dəki vücudnamənin semantik strukturu isə aşağıdakı şəkildədir:


Həm “Divani-hikmət”dəki, həm də “Fəqrnamə”dəki vücudnamələr təsəv­vüfi məzmuna malikdir və insan ömrünün merac, bəzmi-ələst, dəniz, dərya, dam­la, şam, pərvanə, torpaq, cüzz-küll kimi simvollarla ifadəsidir.




  1. Merac: Qeyd etdiyimiz kimi, Yəsəvi “Divani-hikmət”dəki vücud­na­məsinə Merac hadisəsi ilə başlayır:


Eya dostlar, kulak salıng ayduğumğa,

Ne sebebdin altmış üçde kirdim yirge.

Mirac üzre hak Mustafa ruhum kördi,

Ol sebebdin altmış üçde kirdim yirge (12, s. 58).
Daha sonra kamil insan probleminin də mərkəzində yer alan Merac ha­disəsi mütəsəvvüflərin ruhunun seyrində ən son mərhələdir. Qeyd edək ki, Əhməd Yəsəvinin “Hekayəti-Merac” başlıqlı digər bir hikməti də vücudna­mənin məzmun və forma tələblərinə uyğundur. Mehmet Temizkana görə, bu şeir türk xalqları poeziyasında ilk “Meracnamə”dir. (10, s. 17) Şeirdə Türküstan piri Məhəmməd peyğəmbərin Allahın dərgahına yüksəlməsi və ümməti üçün “yaş diləməsi” təsvir edilir. Bu hikmətin də vücudnamə olması bizdən öncə türkiyəli alim Namiq Açıkgözün diqqətini cəlb etmişdir: “Miraç`ta, Hz. Muhammed`in Allah ile konuşmasını tasvir ederken, 40 ile 90 yaş arasını anlatan bir yaşna­mesi daha vardır. Daha önceki çalışmalarda farkedilmeyen bu yaşnamede, Hz. Muhammed kendisine ilk vahyin geldiği yaş olan 40 yaşında, insanları doğru yola ulaştırmasını ister; Allah da kabul eder. Rahmet Allah`tan, şefkat ise Hz. Muhammed`dendir. Hz. Muhammed, kendisi ve ümmeti için, Allah`tan 50, 60, 70, 80 ve 90 yaş kadar yaş ister ve kulların bu yaşlardaki taat ve ibadetlerinin karşılığında, Allah da kullarını bağışlayacaktır”. (1, s. 22)



  1. Yüklə 1,03 Mb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin