Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə7/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   2   3   4   5   6   7   8   9   10   ...   128
Айтадж Аббасова. Верования, относящиеся

к Кельбаджарскому району 83



Алтай Мамедов. Обмен стишками Ашуг Наджафа Гойчали 95

Саадат Мустафаева. Легенды и предания Зенгиланского

региона 102

Севиндж Алиева. От аллегории к символу: жанр басня 107

Гюльсумханум Гасилова. Тексты баяты в художественной

прозе Азизы Джафарзаде 115



Нурана Керимова. Мифологические аспекты мотива

путешествия: из космоса к хаосу


Профессиональное сказительское исполнение

Образцы Таузского фольклора 127


Образцы из общетюркского фольклора

Маадай-Кара 146



Folklorşünaslıq məsələləri
Xaliq KOROĞLU
DƏDƏ QORQUD KİTABI” NƏ ZAMAN VƏ KİM TƏRƏFİNDƏN YAZIYA ALINMIŞDIR?

(“Filologiya elmləri” jurnalı. M., 1987, № 5, 35-37)
“Dədə Qorqud kitabı” (“Kitabi-Dədə Qorqud”) orta əsrlər ədəbi-folklor abi­dəsidir. Onda azərbaycanlıların, türkmənlərin və türklərin etnogenezində iş­ti­rak etmiş türkdilli oğuz tayfalarının epik söyləmələri öz əksini tapmışdır. Öz əhə­miyyəti və bədii zənginliyi baxımından “Dədə Qorqud kitabı”nı haqlı olaraq “Nibelunqlar haqqında mahnı”, “Roland haqqında mahnı”, “İqor polku haqqında das­tan” və ya dünya klassikasının başqa əsərləri ilə bir sıraya qoyurlar.

“Dədə Qorqud kitabı”nın nəşri, tərcüməsi və tədqiqi ilə bir çox ölkələrin alim­­ləri məşğul olmuşlar. Ən fundamental nəşrlərdən biri də bizim ölkədə “Ədə­bi abidələr” seriyası altında çıxmışdır. “Dədə Qorqud kitabı” SSRİ-də və xarici öl­­­kələrdə əsaslı şəkildə tədqiq edilmişdir. Ancaq onun əlyazmasının ya­zıl­ma ta­ri­­xi və mətnin müəllifinin və ya tərtibçisinin kimliyi məsələsi bu günə qə­dər ay­dın­­­laşdırılmayıb. Tarixin müəyyənləşdirilməsindəki fərq üç-dörd yüzilliyə ça­tır­dı.

“Dədə Qorqud kitabı”nın rus dilinə ilk tərcüməçisi olmuş V.V.Bartold abi­də­nin məzmunundan çıxış edərək, onun yaranma tarixini XV əsrin birinci yarı­sı­na aid etmişdir. Tarixçi-şərqşünas A.Y.Yakubovski bu tarixi əsaslandırır. Hər iki müəllif tarixi müəyyənləşdirərkən Qorqudun abidənin müqəddiməsində ve­rilmiş öncəgörməsinə əsaslanırlar: “Axırda xanlıq geriyə – Qayıya dönər, heç kim əllə­rindən almaz. Axır zaman olub qiyamət qopunca bu dediyi Osman nəs­lidir. İşdə həyata keçərək, belə də davam edəcək. V.V.Bartold bundan belə nə­ti­cə çıxarır ki, “poema Kiçik Asiyada Osman dövlətinin tam oturuşmasından”, yə­ni І Sultan Bəyazidin hakimiyyəti dövründən (1389-1402) əvvəl yarana bil­məz­­di. Əgər nəzərə alsaq ki, oğuzlar haqqında oxşar “öncəgörmə” eyni sözlərlə “Dədə Qor­qud kitabı”ndan əvvəl və sonra yazılmış mətnlərdə, məsələn, ya­zıçı oğ­­lunun II Sultan Murada (1421-1451) həsr etdiyi “Səlcuqnamə”sində, XVI əsr Os­man ta­rixçisi Ruhi Edernelinin əsərində, Münəccimbaşının “Tarix” (1676) ki­tabında və s. mənbələrdə də təkrar olunur, onda yalnız bir “öncəgörmə” əsa­sında söylənilən belə fikirləri sübut hesab etmək olmaz.

V.V.Bartoldun “öncəgörməyə” əsaslanan fərziyyəsinə V.M.Jirmunski əsas­­lı faktlarla etiraz edirdi. O göstərirdi ki, oğuzların epik söyləmələri öz məz­mu­nu etibarilə “Dədə Qorqud kitabı”ndakı ədəbi dəyişikliklərə uğramış vari­an­tın­dan daha qədimdir”. V.M.Jirmunski söyləmələrin təhlili əsasında onların “Dədə Qorqud kitabı”ndakı ədəbi işləməsinin zamanını təqribən XV əsrin ikinci ya­rı­sı­na aid edirdi.

Türk alimi Fuad Köprülü də abidənin məzmununun təhlilinə əsaslanaraq onun yazıya alınma tarixini XIV-XV əsrlərə şamil etmişdir. Türk tarixçisi Faruq Sü­mer isə özünün ilkin əsərlərində “Dədə Qorqud kitabı”nın yazılmasını XV əs­rin ikinci yarısına, daha sonrakı əsərlərində isə XVI əsrin ikinci yarısına aid edir­di. Sonuncu tarixin qəbul edilməsi ən azı ona görə qəbuledilməzdir ki, XVI əsr Səfəvilərin (1502-1736) hökmranlığı dövrüdür və bu məsələ dastanda öz ək­sini tapmır. “Dədə Qorqud kitabı”nın tarixi fonu Səlcuqların və oğuz-türkmən sülalələri olmuş Qaraqoyunlu və Ağqoyunluların hökmranlığına əsaslanır.

Türk folklorşünası Pərtav Naili Boratav “Dədə Qorqud kitabı”nın yazılma tarixini Ağqoyunlular sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsənin ha­ki­miyyəti illərinə (1453-1478) aid edir. İtaliya türkoloqu Ettore Rossi də bu tarixi əsas götürür.

Azərbaycan ədəbiyyatşünası və folklorşünası H.Araslı “Dədə Qorqud ki­ta­bı”nın yazılma tarixi barədə konkret tarix müəyyənləşdirməyə cəhd gös­tər­mə­yə­rək, yalnız abidədə əks olunmuş tarixi hadisələrin izahı ilə kifayətlənib. H.Araslı belə bir ehtimal irəli sürür ki, abidə XI-XII əsrlərdə yazıya alınmış, ancaq həmin nüsxə guya itirilmiş, ancaq sonradan müəllif və ya tərtibçi tərəfindən yenidən bərpa edilmişdir. H.Araslı öz mülahizəsini heç nə ilə əsaslandırmamışdır. H.Araslı ilə razılaşmaq çətindir, çünki eposun mətnində elə tarixi hadisələr var­dır ki, onlar XV əsrədək olan əsrlərdə baş vermişlər. Məsələn, burada türk­lə­rin 1461-ci ildə fəth etdikləri vassal Trapezunt şəhərindən gedir. Başqa bir boy­da söhbət Qan Turalının Trapezunt tə­kürünün qızı ilə nişanlanmasından və onunla evlənməsindən gedir. Tarixi mənbə­lərdən isə məlumdur ki, oğuz Əmiri Turalı 1348-ci ildə Trapezunta hücum etmişdir, üç il sonra isə onun oğlu Kutluq bəy imperator Aleksey III Komnenin qızı ilə ev­lən­miş­dir. Ancaq H.Araslının fərziyyəsi başqa Azərbaycan alimləri – M.H.Təh­ma­sib və Ş.Cəmşidov tə­rə­fin­dən də müdafiə edilmişdir.

Ancaq tədqiqatçılardan heç biri “Dədə Qorqud kitabı”nın dəqiq yazılma ta­rixini onun titul vərəqinə əsasən müəyyənləşdirməyə cəhd göstərməmişdir. Hal­buki məsələnin həlli məhz burada gizlənmişdir.

Məlumdur ki, Yaxın Şərq əlyazma ənənəsində çox vaxt ərəb əlifbasındakı əb­cəd sisteminin rəqəm rəmzlərindən istifadə edərək kitabın yazılma tarixini onun başlığında (adında) və ya ayrı-ayrı ifadələrdə şifrələşdirirdilər. Başqa mü­səl­man xalqları tərəfindən də qəbul edilmiş ərəb əlifba sistemində qısa saitlər ayrıca hərflə göstərilmir və buna görə də rəqəm simvolikasına malik deyillər. Bu səbəbdən də şifrələmə prosesində onlar nəzərə alınmırlar. Nümunə kimi Əbu Bəkr Tehraninin oğuzlar haqqında yazdığı “Kitabi-Diyarbəkriyyə” əsərini gös­tərmək olar. Bu kitabın yazılma tarixi əbcəd hesabı ilə onun adında şif­rə­ləş­di­ril­mişdir və hicri tarixi ilə 875-ci (1471-ci) il tarixini verir. Bu tarixi türk alimləri müəyyənləşdirmişlər. Başqa nümunələr də gətirmək olar.

Mən oğuz eposunun üç sözdən ibarət olan adının birinci (əsas) hissəsini əbcəd sistemi baxımından nəzərdən keçirdim. Bu adın birinci hissəsi KİTAB sö­zündən ibarətdir. Bu sözdə qısa “i” saiti yazıda hərf kimi qeyd olunmur (Ərəb yazı sistemində qısa saitlər hərəkələrlə ifadə edilir. Ərəb yazılı mətnlərindən fərqli olaraq fars və türk dillərindəki yazılarda isə heç hərəkələr də öz yerlərinə qoyulmur, onlar sadəcə nəzərdə tutulur və əbcəd hesablanması zamanı nəzərə alınmır – tərcüməçi). Yazıda əks olunmuş “KTAB” hərflərini onların ifadə et­dikləri rəmzi rəqəmlərlə əvəz edək: K = 20; T = 400 ; A (Əlif) = 1; B = 2. “KİTAB” sözündəki hərflərin rəqəm mənalarının cəmi 423-ə bərabərdir. “Kitabi-Dədəm Qorqud” adındakı ikinci söz üç samitdən ibarətdir: Dədəm (“ə” qısa saiti yazıda əks olunmur və deməli, rəqəm mənasına malik deyildir). Be­lə­liklə, D = 4; D = 4; M = 40 rəqəmləri alınır. Cəmdə 48 rəqəmi alınır. Nəhayət, üçüncü komponent KURKUD (onu “KURKUD” kimi də oxumaq olar). Burada bütün hərflərin rəmzi rəqəm mənası vardır: K = 100; U (vav) = 6; R = 200; K = 100;U = 6; D = 4. Cəmi-416.

Bütün rəqəmləri toplasaq, axtarılan rəqəmi alarıq: hicri tarixi ilə 887-ci il. Bu rəqəm isə Yulian təqvimi ilə 1482-ci ilə uyğundur.

Bu tarix “Dədə Qorqud kitabı” nın yazılma vaxtını XV əsrin ikinci ya­rı­sı­na aid edən V.M.Jirmunskinin və onun davamçılarının fərziyyəsini təsdiq edir.

Qeyd etmək lazımdır ki, V.V.Bartolddan və A.Y.Yakubovskidən başqa bütün tədqiqatçılar oğuz ağsaqqalının adını “Korkut” kimi çəkirlər, ona görə ki, eposun mətnində bu ad belə formada işlənmiş və yalnız abidənin titul vərəqində müəllif və ya tərtibçi Korkut adının sonundakı “t” səsini “d” kimi yazmışdır. İndi bu dəyişikliyin müəllif tərəfindən nə məqsədlə edilməsinin səbəbi aydın olur: Lazım olan tarixi şifrələmək üçün ona 4 rəqəmini bildirən “d” hərfi lazım olmuşdur. Əgər o, Korkut adını titul vərəqində də əsərin mətnindəki kimi versə idi, o, öz məqsədini yerinə yetirə bilməzdi, çünki “T” hərfi başqa - 400 rəmzi rə­qəm mənasına malikdir.

Bundan əlavə, eposun mətnində, demək olar ki, həmişə “Dədə Qorqud” adlanan oğuz ağsaqqalının adının titul vərəqində “Dədəm Qorqud” formasında yazılması da təsadüfi deyildir, burada da müəllif həmin məqsədi güdür: “M” rə­qəmi tarixi şifrələmək üçün ona lazım olan “40” rəmzi rəqəm mənası verir. Bü­tün bunlar isə eposun yazıya alınma tarixinin onun titul vərəqindəki adında giz­lənməsi mülahizəsini təsdiq edir.

Uzun müddətdir ki, tədqiqatçılar bu məsələ üzərində mübahisə aparırlar ki, “Dədə Qorqud kitabı” müəllif təxəyyülünün məhsuludur və ya onun on iki söyləməsi oğuzlar arasında folklor əsəri kimi yayılmışdır. Belə görünürdü ki, əsərin məzmunu sonuncu versiyanı təsdiq edir. Hər bir söyləmənin final hissəsi də bunu deməyə əsas verir: söyləmələrin sonunda deyilir ki, Qorqud ozan (söyləyici) gəlib bu söyləməni düzəltdi və onu hansısa qəhrəmana həsr etdi. Belə final stereotipi xalq yaradıcılığı, xüsusilə də qəhrəmanın igidliyinə və ya faciəli taleyinə həsr olunmuş dastan eposu üçün səciyyəvidir.

“Dədə Qorqud kitabı” eposuna daxil olan boylar çoxəsrlik söyləmələrin məhsuludur. Ancaq əsərin əsasının folklorla bağlı olduğunu qeyd etməklə ya­na­şı, tədqiqatçılar bunu da qeyd edirlər ki, o, hansısa naməlum bir şəxs tərəfindən də ədəbi baxımdan işlənmişdir. Düzdür, hələ 1976-ci ildə mənim tərəfimdən qeyd edilmişdi ki, “Dədə Qorqud kitabı” əsərinin əlyazmasının titul vərəqində çətin oxunan bir monoqram vardır və orada deyilir: “sahib əs-səlam Abdullah bin-Fərəc Kətxuda”. Axtarılan ad məhz burada verilmişdir. Buradakı birinci söz birləşməsi “sahib əs-səlam” “salam sahibi” deməkdir və epistolyar etiket ün­sü­rüdür. O, adətən məktubun və ya risalənin sonunda verilir. Monoqramın tam mənası isə “Sizi salamlayan Abdullah bin-Fərəc Kətxüdadır” deməkdir. Tə­xəl­lüs (ləqəb və ya məşğulliyyət növü) bildirən sonuncu söz də diqqəti cəlb edir. “Kətxuda” sözü indi də İranda “kənd rəhbəri” (bəzən isə emalatxana və ya qrup rəhbəri) mənasında işlənir. “Dədə Qorqud kitabı”ndakı monoqramda verilən bu söz onu göstərir ki, Abdullah bin-Fərəc ya ozanlar (söyləyicilər) qrupunun, ya da yaşadığı kəndin rəhbəri olmuşdur.

Beləliklə, aydın olur ki, “Dədə Qorqud kitabı” 1482-ci ildə Abdullah bin-Fərəc Kətxuda adlı bir şəxs tərəfindən yazılmışdır. Əsərin yazıya alınma ta­ri­xi­ni də o, əbcəd sistemi ilə eposun adında şifrələmişdir.

Ancaq Abdullah bin-Fərəc Kətxudanın əsərə ədəbi müdaxiləsinin hansı sə­viy­­yədə olması isə məlum deyildir. Oğuzların qədim abidəsinin bundan son­ra­kı təd­­qiqi yeni məlumatların nəzərə alınması əsasında aparılmalıdır. Tədqiqatlar həm tarixilik problemini, həm də abidənin poetik və üslubi cəhətlərini əhatə et­mə­lidir. Məhz belə tədqiqatlar əsərə ədəbi müdaxilədən sonra onun folklor əsas­la­­rının hansı səviyyədə saxlanılması sualına aydınlıq gətirə bilər.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin