Azərbaycan şifahi xalq ədəbiyyatına


Uşaq oyunlarına qoyulan yasaqlar



Yüklə 1,18 Mb.
səhifə21/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   17   18   19   20   21   22   23   24   ...   128
Uşaq oyunlarına qoyulan yasaqlar

Hər nə qədər əski çağlardan başlayaraq oyun baxımından uşaqlar böyüklərə nəzərən daha sərbəst, daha müstəqil kimi görünsələr də onların da oyunlarında bəzi yasaqlar vardır. Təbii ki, uşaq oyunlarına yasaqları qoyanlar böyüklərdir. İlk öncə bu yasaqları

a) inanc qaynaqlı yasaqlar

b) uşaqlara həm mənəvi, həm fiziki zərər verəcək oyun yasaqları adı altında qruplaşdırmaq mümkündür.
f.1. İnanc qaynaqlı yasaqlar

Uşaq oyunları, bir ümumiləşdirmə aparmaq lazımdırsa başdan sona qədər öyrənmədən ibarətdir: uşaq ilk öncə özünü, ailəsini, ətrafını, yaşadığı ölkəni, mənsub olduğu cəmiyyəti və milləti və ən sonda da dünyanı öyrənir. Bir araş­dır­mada da deyildiyi kimi “Uşağın ilk öyrənməsi öz bədəninə aiddir, bioloji tə­məl­ləri olan fəaliyyətləri ehtiva edən duyma-motor təcrübələrə əsaslanır. Zamanla uşa­ğın qabiliyyətlərinin inkişafı, onun ətrafa olan marağını artırır. Bu maraq uşa­ğın fərqli bilgi və təcrübələrə ehtiyac duyduğuna işarədir. Uşağın sevmə, se­vil­mə, yoldaşlıq etmə, əlaqə qurma və b. təməl sosial ehtiyaclarını qarşılama is­təyi onu başqa uşaqlarla bir yerdə olmağa təşviq edir” (Metin N., Şahin S., Şanlı E. (1999). “Okul öncesi düzeyde ve dört-dokuz yaş grubundaki zihinsel engelli çocukların tercih ettikleri oyun köşeleri ve oynadıkları oyun tiplerinin in­celen­mesi”, Özel Eğitim Dergisi, Cilt 2 (3), 14) Bir yerdə oynamağın isə özünə­məx­sus qaydaları vardır. Bir yerdə ki, qaydalar var, demək orada yasaqlar da vardır.

Yasaqların funksional baxımdan milli, psixoloji, coğrafi, mədəni şərtlərdən asılı olaraq fərqlilik göstərdiyini də demək lazımdır. Belə ki, bir çox inanc qay­naqlı yasaqlar toplumdan topluma, ölkədən ölkəyə, hətta bir ölkə daxilində böl­gədən bölgəyə dəyişə bilir. Məsələn, oğlan uşaqları ilə qızların bərabər oy­na­ma­sı bir çox müsəlman ölkələrində yasaqlandığı halda belə bir yasağa Avropada ya rast gəlmək mümkün deyildir, ya da çox az rast gəlinir.

Batil inanclarla bağlı yasaqlar bəzi oyunların oynanmasını günah hesab edir. Daha çox İslamiyyətin qoyduğu bu yasaqlar bəzi ucqar kənd yerlərində hələ də tətbiq edilir. Məsələn, müəyyən bir yaş dönəmindən sonra qızlarla oğ­lanların bir­lik­də oynaması və ya qızların top, çilingağac, çiləmə, eşşəkbeli, uzun eşşək, dirə­döymə kimi bir az sərt, bir az da insanlar tərəfindən uyğun gö­rün­mə­yən oyunları oynaması yasaqlanır. Oyunların bəzilərinin, xüsusən də bədənin in­kişafına kömək edən oyunların oğlanlara aid edilməsi, qızların bu oyunları oy­na­masının doğru ol­madığı və bunun əksinə qızlara aid edilən evcik, gəlincik, ev bəzəmə kimi oyun­ların da oğlanların oynaması baxımından qəbul edilməz ol­ma­sı da tətbiq edilən yasaqlardandır. Bundan başqa bəzi oyunlar, məsələn, ağac çi­ləmək, dəmir sopa ilə oynamaq, daş atmaq, bıçaq atmaq kimi oyunlar da uşağa fiziki zərər verə biləcəyi məntiqi ilə yasaqlanmışdır. Ancaq bütün bu yasaqlara baxmayaraq, uşaqlar yasaqları pozaraq bu cür oyunları da oynayırlar və ya oy­namağa cəhd edirlər.

Bir yasaq da uşaqların oyunda qorxunc maska taxması ilə bağlıdır, çünki inanca görə maska hiylənin, aldatmanın, bir sözlə şeytani gücün simvoludur. Əs­lində maskanın xalq teatrında rolu daha fərqlidir, ancaq uşaq oyunlarında çox er­kən yaşlardan başqa bir kimliyə bürünmə, həm də zalım, qaniçən obrazına girmə doğru sayılmır.

Bütün bunlarla bərabər bir də hər bir oyunun özünün xüsusi yasaqları var­dır. Hər bir oyunda qayda, qaydadan kənara çıxmağı yasaqlayır. Bu, uşaqlarda disiplin, qaydaya əməl etmə, oyundan kənara çıxmama vərdişi aşılamış olur. Ya­saq pozulduqda, oyun pozulur. Oyunpozan uşaq deyimi də qaydanın kənarına çıxmaqla, oyunun yasaqlarını pozmaq mənasına gəlir. O baxımdan daha təsirli oyun vasitələri və oyuncaqlar oyunun icazəsi daxilindədirsə, demək digərləri üçün bu bir yasaqdır.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin