Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə39/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   35   36   37   38   39   40   41   42   ...   128
Ключевые слова: Ашыг Шемшир, язык, фразеологическое выраже­ние, стих, описание, метафора, обращение.
XX əsrin ustad sənətkarlarından biri, Göyçə-Kəlbəcər aşıq mühitinin nü­ma­­­yəndəsi olan Aşıq Şəmşirin poetik irsinin araşdırılması Azərbaycan folk­lor­şü­­­naslığı qarşısında dayanan problemlərdəndir. Aşıq şeiri ənənələrini yaradı­cı­lı­ğın­­da yaşadan, inkişaf etdirən ustad aşığın özünəməxsus dil və üslub xü­su­siy­yət­lə­­ri vardır. Bu xüsusiyyətlər Aşıq Şəmşir dilinin leksik-semantik aspektdən təd­qi­­qata cəlb olunmasına əsas verir.

Z.Məmmədov klassik aşıq poeziyası dilinin araşdırılmasının zəruriliyinin sə­bəblərini göstərərkən yazır: “Aşıq poeziyasının dil-üslub xüsusiyyətlərinin öy­rə­nilməsi bütövlükdə aşıq sənətinin tədqiqi işinin tərkib hissəsi kimi mühüm bir funk­siya yerinə yetirir. Yəni bu tədqiqatlar ilk növbədə aşıq sənətinin daha dol­ğun öyrənilməsi üçün lazımdır”(6, 3).

Aşıq Qurbaninin poetik irsinin araşdırıcısı Q.Kazımov doğru olaraq qeyd edir: “Milli ədəbi dilimizin inkişaf yolunun tədqiqi prosesində biz daim başqa bir yanlış yolu rəhbər tutmuşuq – el sənətini, el ədəbiyyatını, xalqın öz dilində danışan, ədəbi dilin əsl səviyyəsini, təbii mənzərəsini əks etdirən ədəbiyyatı dördüncü, beşinci plana keçirmiş, savadlı təbəqə üçün, bəlkə də, qəsdən ağır və zəhmli dildə, arxaik formaları qoruya-qoruya yazan klassik sənət ustalarının dilini ədəbi dilin inkişafı üçün əsas meyar kimi götürmüşük”(5, 125). Bu fikirlər mövzunun daha həssaslıqla elmi təhlilə cəlb edilməsini tələb edir. Aşıq Şəmşirin leksikası göstərir ki, bir sıra sözlər yeni semantika ilə təqdim edilir.

Aşıq Şəmşirin şeirlərində Azərbaycan dilinin leksik imkanları öz əksini tapmışdır. “Bilməz” şeirindəki misralara nəzər salaq:

İstəkli olana şirinzəbanam,

Şəmşirin dilinə dil çata bilməz (1, 76).

Bu nümunədə metonimiya aydın nəzərə çarpır. Şəmşirin dili Azərbaycan dilidir. Bu dilin qüdrətinə, əzəmətinə dil çata bilməz. Sözə dəyər verən, sözü yüksək qiymətləndirən, sözdən istifadə edərkən xüsusi məharət göstərən aşıq sözü qızıla bənzədir:

Söz qızıldı qədirbilən insana,

Xilaf desən yaxşı dosta, yaraşmaz.

Və yaxud:

Hədər söz insanı doğrayar, kəsər,

Hər nə söhbətin var, elə müxtəsər (1, 173).

Və yaxud:

Ayrı salmaq bu fələkdən peşədir,

İnan, söz qanana söz əndişədir (1, 189).

Ana dilimizin leksik imkanlarından məharətlə istifadə edən sənətkarın şeir­lərindən qruplaşdıraraq qeydə aldığımız dil faktlarını bölgü üzrə təqdim edirik:




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin