Azərbaycan şifahi xalq ədəbiyyatına


Qız uşaqlarının ana bətnində öldürülməsi ilə bağlı vücudnamələr



Yüklə 1,12 Mb.
səhifə52/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   48   49   50   51   52   53   54   55   ...   105
Qız uşaqlarının ana bətnində öldürülməsi ilə bağlı vücudnamələr

Müasir dövrdə hələ ana bətnində olan körpənin cinsinin müəyyən edilə bi­lin­məsi bir çox hallarda oğlan övladı istəyən ailənin öz qızlarının qatillərinə çev­ril­məsinə səbəb olur. Hələ dünyaya göz açmamış körpələrin bu şəkildə qətlinin küt­ləviləşməsi müxtəlif tibbi, psixoloji, demoqrafik problemlərə səbəb olduğu kimi, cəmiyyət tərəfindən də bu hadisə birmənalı qarşılanmır. Adətən, insan öv­la­dının ana bətnindən qəbir evinə kimi formalaşmasını və yaşayışını mərhələlər üzrə təsvir edən vücudnamələrin də artıq bu baxımdan mövzusu dəyişməkdədir. Uşağın ana bətnindən alınmasına qarşı etiraz kimi səslənən həmin mətnlərdə na­kam qalmış qız ömürlərindən bəhs edilir, onların analarına şikayətləri dilə gə­ti­ri­lir. Bu mövzuda həm nəzmlə, həm də nəsrlə qələmə alınmış bir neçə mətn əli­miz­də olsa da, bunlardan sadəcə biri ana bətnindəki körpənin yarandığı gündən öl­dürüldüyü ana qədər duyğu və düşüncələrini əks etdirir. “Ana bətnindəki kör­pə­nin gündəliyi” başlığını daşıyan bu nümunədə körpənin yaranma tarixinə dair belə bir qeyd verilir: “5 oktyabr: Bu gün var edildim. Buradayam. Varım. Mü­dhiş bir duyğu bu. Var olduğumu hələ anam və atam bilmir. Bir alma çə­yi­r­də­yin­dən belə kiçiyəm. Amma nə də olsa, mən mənəm. Varam ya! Bu mənə bəs­di. Hələ bədənim tam formalaşmayıb, üzüm yox amma, varlığımı və mə­n­li­yi­mi hiss edə bilirəm. Bir qız olacağam və baharda çiçəkləri sevəcəyəm”. Bahar ilin fəsillərinin başlanğıcı olduğu kimi, klassik və müasir poeziyada, həmçinin vü­cud­namələrdə də insan ömrünün ilkin mərhələsini simvolizə edən bir mər­hə­lə­dir7. Yeni formalaşan qız körpəsinin daha anasının bətnində tumurcuq kimi for­ma­laşması və sevinci nümunənin əvvəlində bahar təravətini yada salır.

Mətnin daha sonrakı bölümlərində həmin qızın eyni duyğularla sevgi dolu mo­noloqu ilə qarşılaşırıq: “23 oktyabr: Heç görə bilmədiyim bir əl ağızımı for­ma­laşdırmağa başladı. Dodaqlarımda onun toxunuşunu hiss edirəm. Bu "əl"in toxunduğu yerlər dodağım damağım olur. Düşünün, bir il sonra bu əlin to­xun­du­ğu yerdə təbəssümlər açacaq, güləcəyəm. Dodağımdan və dilimdən sözlər tö­kü­ləcək. Hər halda əvvəl "Ana!" deyəcəyəm. Ana, eşidirsənmi məni? Səninlə da­nı­şacağam. Sənə güləcəyəm. Kimlərəsə görə hələ daha var deyiləmmiş. Necə olar? Varam və təbəssüm edəcək dodaqlarım da olmaq üzrədi axı. Həm bir çö­rək qırıntısı nə qədər kiçik olursa olsun, yenə çörəkdir. Elə deyilmi, ana? Ah bir da­nışa bilsəm!” Qeyd edək ki, klassik vücudnamələr arasında da rüşeymin ana bət­nindəki inkişafından bəhs edən nümunələrə rast gəlirik. Bu baxımdan, aşa­ğı­da­kı qoşma-vücudnamələri örnək olaraq göstərə bilərik.

Aşıq Mədəd:

Əsli bəni-adəmin vəsmin söyləyim,

Ata vücudundan gəldim anaya.

Ana bətnində qan oldum durdum,

Anam həmlə oldu, qaldım vədaya.
Üç ayda bir mələk oldu müqərrar,

Düzdülər əzamı eylədi təyyar,

Ətdən, qandan, sudan mən tapdım qərar,

Sanasan qəvvasam, düşdüm dəryaya8.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin