Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə1/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
  1   2   3   4   5   6   7   8   9   ...   97

HARMAGEDDON SAVAŞI VƏ “YENİ DÜNYA DÜZƏNİ” PLANI
GİRİŞ

الرَّحِيمِ الرَّحْمَٰنِ للَّهِ ابِسْمِ


2003-cü ilin 20 martında ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik Şurasının 687 и 1441№-li qərarlarını əldə əsas tutaraq,  İraq diktatoru Səddam Hüseyni hakimiyyətdən devirmək üçün İraqa hərbi müdaxiləyə başladı. 9 apreldə Bağdadın işğalı ilə sona çatan həmin savaşın rəsmi səbəbi kimi Səddam Hüseynin guya Əl-Qaidə təşkilatı ilə əlaqəri və İraqın guya kimyəvi silah istehsal etməsi kimi göstərilsə də, əsil səbəb başqa idi. Bir çoxları əsil səbəb kimi Amerikanın İraq neftini nəzarətə götümək istədiyini önə sürməkdə idilər. Fəqət səbəb bu da deyildi.

Bəs, nə idi?

Bu sualın cavabı ABŞ-ın 43-cü prezidenti Corc Uoker Buşun savaşın ən başlarında işlətdiyi bir cümlədə gizlənmişdir: “Harmageddon savaşı başladı”.

Əksər xristian məzhəb və cərəyanları tərəfindən Axırzamanda baş verəcəyinə inanılan Harmageddon savaşı barədə düşüncələrinin əsasını İncildə gələcəyə yönəlik verilmiş müjdələr və vəhylər təşkil edilr. Bu baxımdan “Vəhy” kitabının XVI fəslinin 14-16 – cı bəndlərində yazılanları misal çəkmək olar:



Bu vəhylər cin vəhyləridir və əlamətlər göstərirlər. Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə olacaq müharibəyə toplayırlar. 

«Budur, mən oğru kimi gəlirəm. Oyaq qalıb paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq gəzməyəcək və insanların qarşısında biabır olmayacaq».


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin