Yeni DÜnya düZƏNİ


Rəsulullah (s) belə buyurdular: Məlahim vüquya gəldiyi zaman Allah məvalidən



Yüklə 3,78 Mb.
səhifə97/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   89   90   91   92   93   94   95   96   97
Rəsulullah (s) belə buyurdular: Məlahim vüquya gəldiyi zaman Allah məvalidən (ərəb olmayan müsəlmanlardan) elə bir ordu göndərəcək ki, atların cinsi baxımından ərəblərın ən qiymətlisi və silah baxımınada onların ən yaxşısı olacaq, Allah İslam dinini onlarla təyid edəcək, yəni qüvvətləndirəcəkdir” (İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı, 17, 559-560).

Bu hədisləri misal gətirməkdə məqsədimiz, “Kəllə və sümüklər”, “Bilderberq klubu” kimi şər qüvvələrin öz mənfur planlarını Bibliyadan əxz etdikləri kimi, müsəlmanların da bu planlara qarşı savaşarkən, ilham qaynağını Qurani-Kərimdən və müqəddəs hədislərdən aldığını gözlər önünə sərmək, İraq və Suriyada, yəni Orta Şərqdə iki fərqli dindən qaynaqlanan iki fərqli mədəniyyətin niyə kəllə-kəlləyə gəldiyini anlatmaqdır.

Xristianlar Bibliyaya (Əhdi-Ətiq və Əhdi-Cədidə) istinadən, Harmageddon savaşına inandıqları və hazırlaşdıqları kimi, bu savaşın gedişatında Beytül-Məqdisin, yəni III Süleyman məbədinin qurulmasını planlaşdırdıqları kimi, Harmageddon savaşından “Məlhəmə-i Kübra” adı altında bəhs edilən hədislərdə də bu savaş Beytül-Məqdislə əlaqələndirilir:

Muaz bin Cəbələ (r) istinadən söylənilən həmin hədisdə deyilir:

"Rəsul (ə): Beytül-Məqdisin yenidən qurulması Yəsribin (Mədinənin) xarabalığa çevrilməsidir. Yəsribin xarabəsi məlhəmənin (savaşın) çıxmasıdır. Məlhəmə Qənstəntiniyyənin fəthidir, Qənstəntiniyyənin fəthi Dəccalin çıxmasıdır! - buyurdu. Sonra əlini xitab etdiyi şəxsin (Muazın) dizinə vurdu və: Sənin burada oturmuş olman necə gerçəkdirsə, bu söylədiyim də eləcə gerçəktir, - buyurdu" (Müsnəd, 22023; Əbu Davud, 4294).

Beləliklə, iki sivilizasiyanın – yəhudi və xristian sivilizasiyası ilə İslam sivilizasiyasının qarşı-qarşıya gəldiyi bir dövrdə yaşayırıq. Hər iki sivilizasiyanın gələcəyə yönəlik öz fərqli planları var və bu planlar nəinki üst-üstə düşmür, əksinə ziddiyyət təşkil edir. Və hər iki tərəf də öz dini kitablarına istinad edərək, Axırzamanın gəldiyinin, Tanrının öncədən yazdığı qədərin (alın yazısının) qəzaya çevrilmək, yəni həyata keçmək üzrə olduğunun, bunun qaçılmaz olduğunun fərqindədirlər. Hər iki tərəf də 666 rəqəmi altında çıxış edən İblisi hansı tərəfin, Tanrını da hansı tərəfin təmsil etdiyini çox yaxşı bilir. Təbii ki, biz də bilirik.

“Mədəniyyətlər savaşı” dedikdə hər kəsin ağlına ilk gələn şey məşhur amerikalı sosioloq və politoloq, müqayisəli politologiya və avtoritarizmdən demokratiyaya keçid prblemləri üzrə tanınmış mütəxəssis Samuel Hantinqton  və onun 1996-cı ildə yayımladığı "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsəri olur. Bu əsərdə müəllif sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdür.

Samuel Hantinqton  həm də çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) və "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" adlı məşhur əsərlərin müəllifidir. O, eyni zamanda "Foreign Policy" jurnalının həmtəsisçisi və Harvard Universitetinin strateji araşdırmalar institutunun direktoru olub.

"Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əslində Bilderberq klubunun planladığı və dünyaya sırıdığı “Yeni dünya düzəni” layihəsinin mühüm tərkib hissəsidir. Onun dünyaya baxışını əks etdirir və Harmageddon savaşı üçün zəmin hazırlamağa xidmət edir.

Hantinqtonun fikirlərinə görə, müasir dünyanın simasını Qərb, konfutsiançılıq, yapon, islam, induizm, slavyan-pravoslav, Latın Amerikası sivilizasiyaları və bir də, ola bilsin ki, Afrika sivilizasiyası şərtləndirir. Yaşadığımız XXI əsrdə sivilizasiyaların toqquşması dünya siyasətinin aparıcı amili olacaqdır.

Bu nəzəriyyə dərhal həm ictimaiyyət, həm də nəzəriyyəçi və praktik siyasətçilərin marağına səbəb olmuşdur. Nəzəriyyə müxtəlif cür qiymətləndirilir. Bəziləri Hantinqtonun konsepsiyasını reallığa uyğun nəzəriyyə kimi qiymətləndirirsə, digərləri onun yararsız olduğunu vurğulayır.

Zbiqnev Bjezinski nəzəriyyənin müəllifi haqqında belə demişdir:

Samuel Hantinqtonun ilk dəfə SSRİ-nin dağılmasından sonra nəşr edilən “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” kitabı dünya xalqlarının mədəni təsir sferaları və yaxud “sivilizasiyalar” əsasında yenidən qruplaşacağını hələ xeyli əvvəlcədən uzaqgörənliklə xəbər verib. Qlobal siyasət çox kəskin və provokativ olan bu kitabda mükəmməl şəkildə analiz olunur. Əsər sivilizasiyaların geosiyasətin hərəkətverici qüvvəsi kimi ideologiyaları necə əvəzlədiyini ətraflı izah edir. Hazırda beynəlxalq münasibətlərə dair klassik əsərlərdən birinə çevrilmiş kitab ABŞ-ın xarici siyasətini başa düşmək üçün çap olunduğu ilk vaxtlarda olduğu kimi bu gün də əvəzedilməz və qiymətli mənbədir.

İntellektual güc göstəricisi: cəsur, zəngin təxəyyüllü və provokativ... Beynəlxalq münasibətlərə dair anlayışlarımızda inqilabi dəyişikliklərə səbəb olacaq çox vacib kitabdır...”.



Hantinqtonun tezislərinə əsasən, bəşəriyyətin gələcəyi bir-birindən tarixi keçmişi, mədəni ənənələri, xüsusən də konfessional mənsubluğu ilə fərqlənən "sivilizasiyaların toqquşması"ndan ibarət olacaqdır. Amerika aliminin fikirlərinə görə, demokratik Qərblə kommunist Şərqin siyasi qarşıdurması ilə səciyyələnən "soyuq müharibə"dən sonrakı dövrdə münaqişələrin və qarşıdurmaların əsas mənbəyini ideologiya və siyasi baxışlar deyil, din və mədəniyyətdəki fərqlər təşkil edəcəkdir. Özü də "gələcəkdə ən qanlı münaqişələr sivilizasiyaları bir-birindən ayıran sərhədlər boyunca baş verəcəkdir".

Milli dövlətlər gələcəkdə də beynəlxalq münasibətlərin ən mühüm aktorları olaraq qalsalar da, münaqişələr, əsasən, müxtəlif sivilizasiyaları, dinləri təmsil edən dövlətlər, millətlər və cəmiyyətlər arasında baş verəcəkdir.

Orta müddətli perspektivdə əsas mübarizə Qərb və İslam və ya konfutsiançılıq sivilizasiyalarına mənsub olan ölkələr arasında gedəcəkdir. Lakin Qərb və İslam sivilizasiyalarının toqquşma ehtimalı daha yüksəkdir.

Maykl Elliot bildirir ki, bu kitab ideyalar, mükəmməl xatırlatmalar, öyrənilməli dərslər, xüsusən də bildiklərimizi yeni və provokativ formada göstərmək bacarıqları ilə doludur.



"Sivilizasiyaların toqquşması"na münasibətini bildirən Riçard Bernşteynin fikrincə, sözügedən kitab “bizi həmişə düşündürən suallar haqda elmi mühakimələr yürütmək üçün nümunəvi kitabdır. Biz tarixdə harada dayanırıq? Taleyimizə hansı gözəgörünməz güclər nəzarət edir?... Bizim qlobal dövlətimiz haqda mülahizələr axtarışıdır...”

Hantinqton yazır ki, hansısa bir "düşmən"in olması "incə-mincə və passiv" Qərb cəmiyyətinin konsolidasiyası üçün çox əhəmiyyətli amildir. Özünün son əsərlərindən biri olan "Biz kimik?" (Who Are We?: The Challenges to America's National Identity. Simon & Schuster, 2004) əsərində o, qeyd edir ki, "düşmən" obrazı olmasa, Qərb cəmiyyətindəki birliyə son qoyula bilər. Birliyi və milli identikliyi itirməmək üçün neoatlantist Hantinqton ABŞ və onun müttəfiqlərinə totalitar "islam fundamentalizmi" ilə müharibələri ölkənin hüdudlarından kənarda aparmağı məsləhət görür.
Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin