Azərbaycan şİfahi xalq



Yüklə 107,28 Kb.
tarix01.01.2022
ölçüsü107,28 Kb.
#105975

131

Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBrYYATLNDA DtNl ETİQADLAR

Adil Abdullayev

(Bakı Dövlət Universiteti)

Azərbaycan şifahi xalq ədəbiyyatı azərbaycanlıların qədim inam və eti-qadlarmı öyrənmək üçün zəngin mənbədir. Folklorumuzda ibtidai icma din-lərindən totemizm, animizm, bəzi heyvanlara sitayiş və s. etiqadlara, inam və ovsunlara dair maraqlı faktlar vardır.

Bunların hər biri müstəqil tədqiqat mövzusudur. Təqdim olunan məqa-lədə biz yalnız bilavasitə ailə məişəti ilə bağlı bəzi etiqadlar haqqında bəhs etməklə kifayətlənəcəyik.

Şifahi xalq ədəbiyyatında özünü ən çox büruzə verən ibtidai etiqadlar-dan biri totemizm olmuşdur. Totemizm öz mənşəyini müəyyən bir heyvarı novü ilə - totemlə bağlayırdı. Totem həmin adamlar üçün dost, qardaş hesab edilirdi (1). Totemizmin bir xüsusiyyəti də bundan ibarət idi ki, guya insan hər vaxt totemə, totem isə insana çevrilə bilərdi (2).

Şifahi xalq ədəbiyyatmda at, qbyun, inək, öküz, qurd, ilan, pişik, xoruz və başqa heyvanlara ehtiram daha qabarıq nəzərə çarpır. Bunun müqabilində dastan və nağdlarımızda dovşan və tülkü pislənir. Onlarla adamlar arasında xoş ülfət yaranmır. «Cəlayi-V^tən» nağılmda açıq deyilir ki, dovşan tilsim-dir, tülkü isə sehirbazdır (3). Demək, onlarla adamların ünsiyyəti mümkün deyil.

Şifahi xalq ədəbiyyatı nümunələrindən göriindüyü kimi, azərbaycanhlarda bir vaxtlar qoç və ya qoyun da totem olmuşdur. «Məlikməmməd» nağılmda ağ qoç - işıqlı dünya, qara rəngli qoç isə qaranhq dünyanm simvoludur (4).

Azərbaycan folklorunda bayatı jannnın bir növü olan «sayaçı sözlər»də qoyun xüsusi yer tutor:

Qoyunlu evlər gördüm Qurulu yaya bənzər, Qoyunsuz evlər gördüm Qurumuş çaya bənzər
Qoyun var kərə gəzər

Qoyun var kürə gəzər

Gedər dağları gəzər

Gələr evləri bəzər (5). Qədim azərbaycanlılarm etiqadında ilan da totem sayılmışdır. Ilana etiqad midiyalılarda da mövcud idi (6). «Ovçu Pirim» nağdında ağ və qara rəngli ilan haqqında danışdır. Yuxarıda deyildiyi kimi totemizmdə səciyyəvi cəhət budur ki, insanlar 6z əjdadlarmı həmin totemlə əlaqələndirirdilər. Ona görə də totemlə insan həyata bağlıdır. Göstərilən nağılda ilanın ağzmın suyu

Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

xəstəliyə dərman hesab edilir: məhz ilanın tüpürcəyi Ovçu Pirimə qeyri-adi bacarıq verir, nəticədə о bütün heyvanlar və quşların dillərini bilir (7). «Daş üzük» nağılmda oğlan çörək pulu qazanmaq üçün anasınm verdiyi yumağı bazarda satıb bir yeşik alır və evdə onu açdıqda içindən ilan çıxır. Məlum olur ki, bu ilanlar padşahınm qızı imiş. Bu yaxşılığa görə ilan - qızın atası oğlana bir üzük və bir xurcım qızıl verir (8). Deməli, totem ilan insana kömək edir.

«Ovçu Pirim» nağılında ağ və qara ilandan bəhs olunur. Aydm olur ki, ağ ilan müqəddəsdir. Lakin qara rəngli ilan düşməndir. Ona görə də Ovçu Pirim oxla qara ilanı vurur. Ağ ilan isə onu bədbəxt hadisədən xilas edir (9).

Qeyd etmək lazımdır ki, keçmişdə qadın doğanda başının altına ilan dərisi qoyulurdu. Bu Azərbaycan mifologiyasında da öz əksini tapmışdır. Uşaqların keçmişdə bədnəzərə görə paltarma ilan qabığı tikmək adəti də mövcud olmuşdur. Demək inamlarda ilan qabığı qoruyucu qüvvəyə malik olmuşdur (10).

Qədim azərbaycanlılarda totem hesab edilən digər ev heyvanı inək olmuşdur. Bəlkə də inək həm də xeyirli ev heyvanı kimi də bu etiqadı güc-ləndirmişdir.

«Göyçək Fatma» nağdında Fatma inəklə sirdaşdır. Ogey anası həmin inəyi kəsir, lakin Fatma onun sümüklərini yığıb aparıb torpağa bastırır və bu sümüklər qızm toy günü ona bir dəst zərli paltar verir (11). Bu təsvir göstərir ki, inək qədim azərbaycanlılar arasında totem əhəmiyyəti kəsb edirmiş. Çün-ki, totemizmə görə, totem insanlara çətin anlarda kömək edir, onlara sevinc gətirir. Həmin nağılda bir səhnə də diqqəti cəlb edir. Fatmanm qardaşı bu-laqdan su içəndə qara inəyə, sonra da xoruza dönüb. Bu da məhz totemizmlə bağlı inamdır: insan totemlərə çevrilə bilər.

Nağıllarımızda və başqa şifahi xalq yaradıcılığı nümunələrində itə də xüsusi münasibət mövcuddur. Məlumdur ki, türk xalqlarının təsərrüfat həya-tmda it mühüm yer tutmuşdur. Qoyun sürülərinin mühafizəsində it insanların yaxm köməkçisi olmuşdur. «Ovçu Pirim» nağılmda çobanların 10-15 iti bir sürü canavarı qırrr (12). «Sehirli üzük» nağılında qarmın keçəl nəvəsi çörək almaq üçün bazara apardığı bir kələf ipi itə dəyişir (13).

Şifahi xalq ədəbiyyatında tez-tez təsadüf edilən digər totem göyərçindir. Məlum olduğu kimi göyərçin indi də azərbaycanlılarda toxunulmaz, müqəd-dəs quş hesab olunur. Bu səbəbdən də göyərçinin əti yeyilmir. Bu məhz totemizmə xas cəhətdir. Totem insanlara hamilik etdiyinə görə onun ətini ye-mək yolverilməz, günah sayılırdı. «Daş üzük» nağılmda anasının bazarda sat-maq üçün verdiyi yumağı göyərçinə dəyişir. Həmin göyərçin oğlanm sonrakı taleyində mühüm rol oynayır, çətin anlarda kömək edir (14).

Azərbaycanlılar arasmda qədim zamanlardan totem səciyyəsi daşıyan di-gər heyvan at olmuşdur. Nağıl və dastanlarda at mühüm yer tutur. At qəhrə-


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

manları çətin anlarda xətadan qurtarır. «Bəxtiyar» nağılında at məhz bir to­tem kimi təsvir edilir (15). «Qırxqönçə xanım» nağılmda at oğlana kömək edir. Ona bir tük bağışlayır və deyir ki, vaxt çətinliyə düşsən, bu tükü yan-dır kömək edərəm. Küpəgirən qarı oğlana paxıllıq edir, özünü gözəl qıza döndərir və oğlanı çətin səfərlərə yola salır, lakin oğlan həmin atın tükünü yandırdıqda at özünü yetirir və onu xilas edir (16).

Aşıq Qərib dastanında Şahsənəmi atasmın tələb etdiyi başlığı qazanmaq üçün Qərib 7 il Hələbdə aşıqlıq etdikdən və başlıq üçün nəzərdə tutulan pulu qazanandan sonra Tiflisə tələsir. Onu yalnız bir ağ at Hələbdən Tiflisə çatdı-rır (17).

Məlum olduğu kimi keçmişdə ailəyə xətər toxunmaması üçün evlərin görünən yerlərindən, adətən giriş qapılarmdan at nalı asırdılar. Ehtimal ki, at nalı məhz uzaq keçmişdə atın totem olmasma görə sonralar qoruyucu vasitə hesab edilirmiş.

Şifahi xalq ədəbiyyatmdakı at və itə inam öz kökləri ilə «Avesta»ya gedib çıxır. «Avesta»da bu heyvanlara yaxşı münasibət bəsləndiyi aydın göriinür. Məsələn, it gecələr Əhrimənin göndərdiyi pis ruhlardan adamları və onların heyvanlarını qoruyur (18). Təsadüfı deyil ki, indi də rayonlarda bağ, bostanlarda payalara at it kəlləsi keçirilir (19). Eynilə «at muraddır» xalq məsəli də ata inamla əlaqədar yaranmışdır.

Qədim etiqad və inamlardan danışarkən bəzi meyvə ağac və otlara eti-qadın qalıqları da nəzərə çarpır. Bu ibtidai dinlərdən biri animizmdir. Ani-mizm təbiətə onun obyektləri olan, qayalara, sulara biət etməkdən ibarətdir. Elə hesab edilir ki, onların da ruhu var, onlar da canlıdırlar. Bunlarm içəri-sində bəzi ağac növləri (dağdağan) və meyvə növləri (alma, nar) də var.

Animizm səciyyəsi daşıyan və folklorda sehirli qüdrətə malik olan belə meyvələrin içərisində alma xüsusi yer tutur. Nağıllarda bəzi hallarda «Qızıl (Qırmızı) alma» ifadəsi də işlənir. Alma insanlara sevinc gətirir, arzusuna çatdırır; almanı yeməklə qadın hamilə olur və doğduğu oğlan qəhrəman olur. Maraqlıdır ki, div və alma nağıllarda əks qütblərdə yerləşir. Ona görə də div almanı oğurlayır. «Məlikməmməd» nağılında padşahın bağından almanı oğurlayan da divdir və Məlikməmməd məhz almanı yediyi üçün divi öldürür (20). «Bəxtiyar» nağılmda deyilir ki, kim alma yesə, 15 yaşmda cavana dönər (21). Nə üçün alma belə fövqəltəbii xüsusiyyətə malikdir? Həmin nağılda bunun cavabı vardır: alma cənnət meyvəsidir. «Sehirli üzük» nağılında xəstə almanı yeyən kimi sağalıb durur (22).

«Axvax» nağılmda görürük ki, dərviş almanı cibindən çıxartdı, «əfsun oxudu, pilədi, alma oldu nazənin bir qız» (23).

Alma Azərbaycanm məişətindəki bütün mərasimlərdə əsas yer tutur. Təsadüfı deyil ki, bəzi rayonlarda keçmişdə gəlin ata minib ər evinə yola düşəndə bəy gəlinə bir alma atırdı. Bəy üçün bəzədilmiş xonçalarda mütləq


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

qırmızı alma qoyulurdu. Xəstə yanına gedən hər bir adam keçmişdə xəstə üçün alma apanlırdı. Bu adət indiyədək qalır.

Məhəbbət dastanlarmda alma övladsız ər-arvada əlacedici vasitə kimi verilir. «Tahir və Zöhrə» dastanmda Qaramanda yaşayan iki qardaşın - Ha-təm Sultan və Əhməd Vəzirin ikisinin də övladı olmurdu. Dərviş gəlib bir al­ma verdi, yarısını 6z arvadı ilə bir qardaş, digərini arvadı ilə о biri qardaş ye-dikdən sonra uşaqları olur.

Bir bayatıda oğlandan nişanlı qıza bir xonçadan məhəbbət rəmzi kimi 5 alma göndərilməsindən bəhs olunur:

Oturmuşdum səkidə

Ürəyim səksəkidə

Yardan beş alma gəldi

Bir qızıl nəlbəkidə. Azərbaycan xalq yaradıcüığının bir janrı olan haxıştalarda da alma haq-qmda xüsusi bayatı vardır:

Ağ alma, qızıl alma,

Yol boyu düzül alma.

Ya muradımı ver,

Ya məndən üzül alma. Buradan aydın görünür ki, alma «murada çatdıran», «murad verən» vasitə rolunu oynamışdır.

Azərbaycan nağıllarında div ən qorxunc varlıqdır. Divlərin yaşadığı yer haqqmda aydın təsəvvür yoxdur. «Məlikməmməd» nağılmda təsvir edildi-yinə görə div «quyunun dibindən başlanan yer altı saraylarda, yeddi qapısı olan evlərdə» yaşayır (25). Div nəhəngdir, qüvvətlidir, bir neçə başı var, о gələndə yer tərpənir və s. «Sehirli üzük» nağılmda divin xarici görünüşü belə təsvir edilmişdir: «qulaqları lavaş boyda, dişləri fıl dişi boyda, nəfəs alanda burunları dəmirçi körüyü kimi buynuzları qalxır enir, dırnaqları, quyruğu və buynuzları da var, yeddi və ya üç başı var» (26).

Div adam əti yeyir. Lakin insanlarla dostluq edən divlər də vardır. Div göydə uça da bilir. Altı aylıq yolu o, bir saata gedir (27).

Lakin xalq divə qalib gəlməyin yolunu da müəyyən etmişdir. Divin cam bir şüşədə olur. Həmin şüşəni sındırmaqıa folklor qəhrəmanları divə qalib gəlirlər. Həmin nağılda deyilir ki, divin cam şüşədə quş kimidir. Bu quşu boğmaqla divi məhv etmək olur. Divlər, adətən, zağalarda (mağaralarda) yaşayırlar. Divlərə qarşı mübarizədə insanlara kömək edən zümrüd quşudur. Bu quş xeyirxahdır. «Məlikməmməd» nağılmda Məlikməmməd zümrüd quşunun yumurtalarmı yeyən əjdahanı öldürdüyünə görə zümrüd quşu onu işıqlı dünyaya gətirir. Nağıl yaradıcdarmm təsəvvürünə görə bu quş nəhəng quşdur. Məlikməmməd hətta onun belinə minir. Bu quşun tüpürcəyi də şəfa verir (28). M.H.Təhmasib «Azərbaycan xalq ədəbiyyatında div surəti» adlı məqaləsində yazır ki, nağıllarda divlər həm mənfı, həm də müsbət surətlərdir. Divlər Zərdüşlükdən çox-çox əvvəl xeyirxah varlıqlar kimi təsvir olunmuşdur. Sanskrit dilində div «işıq allahı» deməkdir. Lakin «Avesta»da div Hörmüzdün və Günəşin düşməni elan edilmişdir (29).

Şifahi xalq ədəbiyyatından aydın olur ki, qədim azərbaycanlıların öləndən sonra insanın taleyi haqqında təsəwürləri çox bəsit olmuşdur. Onlar güman edirdilər ki, yerin altında «o dünya» deyilən başqa bir dünya da nıövcuddur. <> nağüında deyilir ki, yerin altında, 40 ağac dərinlikdə ölkə vardır: oranın da padşahı vardır (30). О vaxtki insanların fıkrincə, yeraltı dünyaya yol da quyudan, ya da bulaqdandrr. Əqidəyə görə, о dünyada da heyvanlar yaşayır və orada da dəniz var (31). Göründüyü kimi yerin altında eynilə bu görünən və müşahidə olunan dünyaya bənzər başqa bir dünya mövcuddur. Aydrndır ki, bu islamdan qabaqkı dini göraşlə bağlıdır.

Qədim azərbaycanlılarda təbiət hadisələri də canlı hesab edilirdi. «Göyçək Fatma» nağılında Günəş «Yel baba» adlandırılır və müqəddəs sayılır (32). Həmin nağılda Günəşə canlı varlıq kimi müraciət edilir:

Gün çıx, gün çıx,

Kəhər atı min çıx.

Keçəl qızı evdə qoy,

Saçlı qızı götür qaç. Şifahi xalq yaradıcılığmdan gətirilən bu nümunələr qədim azərbaycanlı-ların ailə məişətinə dair onun dünya görüşünün çpx mürəkkəb olduğunu gös-tərir.

Azərbaycan xalq inamlarında öküz mühüm yer tutur. Öküz totem olmaq-la yanaşı həm də məhsuldarlıq simvoludur. Çünki, öküzlə yer şumlanır, bar-bəhər hasil olunur. Azərbaycan şifahi xalq ədəbiyyatınm bir janrı olan hola-varlar buna yaxşı sübutdur. Holavarlarda öküz təriflənir (33).

Oküz, öküz, xan öküz!

Boynu qızıl qan öküz.

Çək çayır-çəməndən

Sənə can qurban, öküz. Azərbaycan folklorunda öküz üçün qoşulmuş 16 holavar məlumdur. Holavar əkin, biçin və səpində qoşqu qüvvəsi kimi işlənən öküzü işə həvəs-ləndirmək məqsədilə ifa edilmiş mahnıdır. Bəzi tədqiqatçılara görə, «hola-var» sözündəki «ho» sözü «heyvan» deməkdir. Oküzün əkinçi ilə deyiş-məsinə dair şerlər aydın göstərir ki, öküz həm də totemdir. Aşağıdakı şer-lərdən aydın olur ki, öküz yiyəsinə can-başla kömək edir (34). Əkinçi:

Sarı öküz, səndən budur diləyim, Bir günlüyü tamam gərək əkəsən. Istəmirəm axşamadək çəkəsən

El töhmətini üstümüzə tökəsən.
Öküz:

Sən havaxtda mənim gördün işimi. Qoymayırsan dinc saxlayım başımı. Qoyundan, keçidən ver yoldaşımı. Gör mən onlar ilə necə çəkərəm (35). Folklor nümunələrindən aydın olur ki, azərbaycanlıların qədim totemlə-rindən biri də canavar olmuşdur.

Cavad Heyət qədim türklərdə boz qurda inam haqqmda yazır ki, «türklər totemizm dövründə yaşadıqlan zaman boz qurd onların totemi olmuşdur. Dastanlarda boz qurd həyat və savaş gücünü təmsil edir. Əvvəllər bir tanrı kimi sitayiş edilən boz qurda xalqın cəddi kimi baxümış, qəhrəmanlan da ona bənzədilmişdir» (36).

«Dədə Qorqud» dastanında Qazan xan evinə basqın edildiyi vaxt ailə və ordusunu axtaranda yolda boz qurda rast gəlir və «qurd üzü mübarəkdir» deyərək ondan soruşur:

Ordumm xəbərin bilürmsm, degil bana, Qara başım qurban olsun, qurdım, sana - dedi (37). Bu parçadan gorünür ki, boz qurd qədim azərbaycanlılarda totem sayıl-mışdır. Inama görə boz qurd onu totem sayanların dediyinə qalmalıdır. Misal gətirilən parçada hətta ordunun vəziyyətindən də xəbərdar olmalıdır və bu yaxşüığa görə Qazan xan ona qaravaşmı, yeni qulluqçusunu qurban deyir.

Qurd totemi tək azərbaycanlılarda deyil, başqa türk xalqlarında da vardır. Lakin azərbaycanlılarda qurda inam qalığı ailə məişətində də qalmışdır. Məsələn, körpə uşağa göz dəyməyə qarşı keçmişdə onun yaxasına qurd tükü və qurd dişi tikilirdi. Südəmər uşağı olan qadının döşü şişəndə qurdun pən-cəsini üç dəfə döşə vurmaqla sağaldırddar (38). Keçmiş inama görə uşağı ol-mayan qadmı içinə ilan qabığı, qurd kəlləsi salınmış su ilə çimizdirəndə o, uşağa qalır (39).

Yuxarıda bəhs olunan faktik materiallar azərbaycanlıların qədim, ibtidai icma dinləri haqqında tam təsəvvür yaratmasa da, bu nümunələr ənənəvi ailə məişətinin bir sıra ümdə məsələlərinin, xüsusilə ailənin mənəvi həyatının araşdırılmasmda müstəsna əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT:

1.Соколова З.П. Культ животных в религиях. Москва, 1972, с. 19-20. 2.Токарев С.А. Религии в истории народов мира. Москва, 1964, с. 61. 3.«Cəlayi-Vətən» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı,1985,s.258. 4. Yenə orada, «Məlikməmməd» nağılı, s. 20. 5.Azərbaycan folkloru antologiyası, I cild, Bakı, 1968, s. 15-18.

6.Yenə orada, s. 16.

7.Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı, 1985. 8.Yenə orada, «Daş üzük» nağılı, s. 123. 9.Yenə orada, «Ovçu Pirim» nağılı, s. 27. iO.Azərbaycan mifoloji mətnləri, s. 174.

11 ,«Göyçək Fatma» nağılı, Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar.

12.Yenə orada, «Ovçu Pirim» nağılı, s. 36.

13.Yenə orada, «Sehirli üzük» nağılı, s. 44.

H.Yenə orada, «Daş üzük» nağdı, s. 123.

15.Yenə orada, «Bəxtiyar» nağılı, s. 145.

lö.Yenə orada, «Qırxqönçə» nağüı, s. 150.

17.«Aşıq Qərib» dastanı. Azərbaycanın məhəbbət dastanları. Bakı, 1980. 18.Маковельский A.O. Авеста. Баку, 1960, с. 144.

19.Абдуллаев Б. Азербайджанский обрядовый фольклор и его поэтика.

Москва, 1990, с. 19. 20.«Məlikməmməd» nağüı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 16. 21.Yenə orada, «Bəxtiyar» nağılı, s. 140. 22.Yenə orada, «Sehirli üzük» nağdı, s. 60. 23.Yenə orada, «Axvax» nağılı, s. 191. 24.Azərbaycan folkloru antologiyası. I cild, s. 135.

25.«Məlikməmməd» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 16.

26.Yenə orda, s. 45.

27.Yenə orada, «Hatəm» nağılı, s. 93.

28.«Məlikməmməd» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 16-19. 29.Təhmasib M.H. Azərbaycan xalq ədəbiyyatında div surəti. «Vətən uğrunda» jurnalı, № 1, 1946.

30.«Məlikməmməd» nağıh. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 61.

31.Yenə orada, «Оххау» nağılı, s. 65.

32.Yenə orada, «Göyçək Fatma» nağıh, s. 38, 43.

33.Azərbaycan folkloru antologiyası. I cild, s. 135.

34.Yenə orada, s. 9-11.

35.Yenəorada, s. 11.

36.Cavad Heyət. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1990, s. 45. 37.Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 45. 38.Azərbaycan mifoloji mətnləri. Bakı, 1988, s. 174. 39.Yenə orada, s. 174.
Yüklə 107,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin