Azərbaycan Sosial İşçilərinin toplantısından PROTOKOL
1 noyabr 2009-cu ildə Azərbaycan sosial işçilərinin BDU-də sosial iş fakultəsi açılandan sonra ilk toplantısı baş tutdu. Toplantının məqsədi sosial işçilərin problemlərinin həlli üçün ilk addımın atılması idi.
Toplantıda iştirak edirdilər:
Əsgərova Sevinc (World Vision-Layihə rəhbəri)
Əhmədov Dilqəm (BDU-tələbə)
Şahmalıyev Cavid (Sos-Ailələrə Dəstək Layihəsi)
Əliyeva Samirə (BDU-tələbə)
Ağayeva Sara (MHİ-layihə köməkçisi)
Əliyeva Bəhicə (BMT Əhali Fondu-Milli Layihə Əlaqələndiricisi)
Əliyeva Turanə (Azərbaycan Universiteti – sosial iş proqram rəhbəri)
3. Sertifikatlı sosial işçilərin professionallıq səviyyəsi və statusları
14.05-də toplantını açıq elan edən Sənubər Heydərli sosial işin Azərbaycandakı qısa tarixi və indiki vəziyyəti haqda məlumat verdi. Daha sonra məsələlər müzakirə olunmağa başladı.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Sosial İşçilərinin Assosasiyası 1996-cı ildə artıq yaradılıb. Lakin bir müddətdən sonra Assosasiyanın tesisçisi Mehriban xanım Assosasiyanın istifadə hüquqlarını götürüb Kanadaya gedib. Digər həmtəsisçilər isə işçi qrup yaradıb fəaliyyətlərinə davam ediblər. Keçən ildən işçi qrupu rəsmi təşkilata çevirmək vaxtının yetişdiyini hesab edən Aytekin xanim qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib. Yalnız yaxın günlərdə qurumun qeydiyyatdan keçməsi haqda müsbət cavab alıb, lakin rəsmi sənədləşdirmə davam edir. Sosial işçiləri birləşdirən ikinci təşkilatın adı “Sosial İşçilərin İnkişaf və Təhsil Mərkəzi”dir. Bütün bunlar haqqında xəbər verən Aytəkin Hüseynli yeni təşkilatı Assosasiyaya alternativ gördüyünü bildirdi. Bu təkliflə az sayda sosial işçi razılaşdı və hazır təşkilat üzərində işləməyin daha faydalı olacağını bildirdi. Digər iştirakçılardan bir hissəsi assosasiya yaratmaq üçün tez olduğunu, hələlik isə işçi qrup kimi fəaliyyət göstərmək lazım olduğunu bildirdilər. Onların fikrincə biz – sosial işçilər hələ assosasiya kimi fəaliyyət göstərə biləcəyimizdən əmin olmalıyıq. SİİTM-nə qalınca, əksəriyyət onu Assosasiyaya alternativ kimi görmədiyini bildirdi.
İşçi qrupa kimlərin üzv seçiləcəyini və koordinatorun kim olmasını müzakirə etmək istədikdə isə əksəriyyət bunun üçün də tez olduğunu, müzakirə edəcək daha ciddi problemlərin olduğunu bildirdi.
Hal-hazırda müxtəlif təşkilatlar tərəfindən sosial iş üzrə treninqlərə cəlb olunan və Sosial işçi sertifikatı verilən “mütəxxəsislərin” gün-gündən çoxalması və əsl sosial işçilərin yerlərini tutmaları, əvəzində isə heç bir professionallıq nümayiş etdirə bilməməsi ciddi problemdir. Gündəliyin 3-cü məsələsi də məhz buna həsr olunmuşdu. Bu problemi qaldıran Senuber sosial iş üzrə treninqlərin keçirilməsinə və sertifikatların verilməsinə professional sosial işçilər tərəfindən nəzarətin olmasının vacibliyini önə çəkdi. Söz alan professional işçilər bu məsələni problem kimi görmədiklərini, ixtisas dəyişərək sosial işçi kimi işləməyə başlayan tərbiyəçilərin, pedaqoqların, yerli sosial müdafiə şöbələrinin əməkdaşlarının bir çox hallarda uzunmüddətli təcrübələrinin olduğunu, onların işlərini ititrmək təhlükəsi olduğunu qeyd edərək sertifikatlı sosial işçilərə tolerantlıqla yanaşmanın vacib olduğunu bildirdilər.
Toplantı iştirakçılarının ümumi rəyinə əsasən müzakirə olunmalı ən vacib və ilkin sənəd Azərbaycan Sosial İşçilərinin Etik Kodeksidir. 1996-cı ildən Azərbaycanda sosial işçilərin fəaliyyət göstərməsinə baxmayaraq hələ də yerli etik kodeks qəbul olunmayıb. Aytəkin Hüseynli artıq Beynəlxalq Kodeksi Azərbaycan dilinə tərcümə etdiyini bildirdi. Bununla yanaşı biz Azərbaycan mentalitetinə ən yaxın ölkə olan Türkiyədə kolleqalarımızın qəbul etdiyi etik kodeksdən faydalana bilərik. Qərara alındı ki, hamı hər iki kodekslə tanış olub qeydlərini aparsın. Beləliklə, Etik Kodeksin qəbul olunması üçün gələn toplantı günü 15 noyabr 2009-cu ilə təyin olundu. Toplantı saat 14-də Azərbaycan Universitetində keçiriləcək.