Azərbaycan tarixi


Qədim Atropatena və Albaniyanın mədəniyyəti



Yüklə 0,62 Mb.
səhifə35/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   31   32   33   34   35   36   37   38   ...   269
Azərbaycan tarixi mühazirə

3.5.Qədim Atropatena və Albaniyanın mədəniyyəti


Atropatenanın mədəniyyəti. Atropatenada əkinçilk, maldarlıq, sənətkarlıq inkişaf etmişdir. Neft “Midiya yağı” adlanır və hərbi işdə və məişətdə istifadə olunurdu. Mərkəzi Asiya, Çin, Hindistan malları Atropatena vasitəsilə qərbə aparı­lırdı. E.ə. II əsrdə fəaliyyətə başlayan “Böyük ipək yolu”nun bir qolu buradan keçirdi. Atropatena ərazisində tapılmış ən qədim pullar Makedoniyalı İskəndərin adına kəsilmişdir.
Atropatena mədəniyyəti qədim yaşayış yerləri, qəbir abidələri və antik müəllflərin əsərləri əsasında öyrənilir. Ölkənin paytaxtı Qazaka şəhəri arxeoloji cəhətdən yaxşı tədqiq olunmuşdur.
Atropatenada şəhərlər ticarət yolları üzərində, böyük məbədlərin ətrafında salınırdı. Şəhərlər, qala divarları ilə əhatə olunmuşdu. Yaşayış və ictimai binalar daş, çiy və bişmiş kərpic­dən və ağacdan tikilirdi. Bəzi ictimai binaların üstü kirəmitlə örtülürdü.
Makedoniyalı İskəndərin yürüşü ilə bağlı şərqə çoxlu yunan döyüşçüləri ilə yanaşı, tacirlər, sənətkarlar və başqaları gəlirdilər. On­ların gətirdiyi yunan mədəniyyəti ilə yerli mədə­niyyət bir-birinə qarşılıqlı təsir göstərir, yeni bir mədəniyyət- ellin mədəniyyəti yaranırdı. Yunan mədəniyyəti Atropatena mədəniy­yətinə də təsir göstərmişdi. Kerifto deyilən yerdə aşkar edilən memarlıq abidəsi Atropatena əhalisinin həyatına yunan yazı və əsatirlərinin təsirini sübut edir. Məbədin girişində yunan dilində həkk olunmuş yazı onun yunan əsatirinin qəhrəmanı Heraklın şərəfinə tikildiyini göstərir.
Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi.Bu dinin banisi Zərdüştün e.ə. VII əsrin ikinci yarısı-VI əsrin əvvəllə­rində yaşadığı güman olunur. Atəşpərəstlər od,su və torpağı müqəddəs sayırdılar. On­lar meydi xüsusi yerə qoyur, quş və vəhşi heyvanlar onun ətini yeyən­­­dən sonra sümüyünü basdı­rıdılar. Zərdüştliyə görə dünyada Xeyir və Şər qüvvələr arasında mübarizə gedir. Xeyiri Hörmüz, şəri Əhriman təmsil edirdi. Bu dinin əsas ehkamları “Avesta” kitabında toplanmışdır. Rəvayətə görə, “Avesta” kitabının ilk mətn­ləri Makedoniyalı İskəndərin yürüşləri zamanı Persepolda şah sarayında yandırıl­mışdır. Bizə gəlib çatan hissələr Sasanilər döründə (III-VII) əsrlərdə toplanıb bərpa edilmişdir. Avropalılar bu kitabla ilk dəfə Fransa alimi Anketil Düperronun tərcüməsində (1771 – ci ildə) tanış olmuşlar. Ölkənin ən böyük məbədi şahların və döyüşçülərin hima­yəçisi olan Azərgəşəsp odunun qorunub saxlandığı Qazaka şəhərindəki məşhur Azərgəşəsp məbədi idi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin