Azərbaycan tarixi


Səlcuqların Azərbaycana gəlişi



Yüklə 0,62 Mb.
səhifə70/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   66   67   68   69   70   71   72   73   ...   269
Azərbaycan tarixi mühazirə

Səlcuqların Azərbaycana gəlişi. Alp Arslan sələflərinin işini davam etdirərək Bizansa qarşı yürüşə hazırlaşırdı. Bunun üçün Cənubi Qafqazda mövqeləri daha da gücləndirmək, türk ölkəsi olan Azərbay­canda daha da möhkəmlənmək lazım idi. Buna nail olmaq üçün Alp Arslan əvvəlcə sərkərdəsi Qaratəkini Cənubi Qafqaza göndərdi. 1066-cı ildə səlcuqlar sərkərdə Qara­təkinin başçılığı ilə Şirvana daxil oldular. Onlara ciddi müqavimət göstərilsə də, heç bir nəticə olmadı: Şirvanşah I Fəriburz səlcuqlara tabe oldu, “Şirvanşah” titulundan məhrum edildi, lakin daxili müstəqilliyini saxladı. Beləliklə, Şirvanın tutulması ilə Azərbaycanın Səlcuq imperiyasının təkibinə qatılması başa çatdı. Azərbaycanın yerli türk əhalisi səlcuqların soydaşları idilər və onların gəlişini rəğbətlə qarşıladılar. Cənubi Qafqazın təkcə türk deyil, həmçinin başqa müsəlman xalqları səlcuqları Bizans-gürcü-erməni təcavüzünə qarşı mübarizədə özlərinin müttəfiqi hesab edirdilər.
1067-ci ildə Alp Arslan özü qoşunları ilə Mərənddən keçərək Naxçıvana yaxınlaşdı. Alp Arslan Azərbaycanda mövcud olan dövlətləri ləğv etmək niyyətində idi. 1069-cu ildə o, Gəncəyə gəldi. Şəddadi hökmdarı Fəzl ala qapı­ların və xəzinənin açarlarını Alp Arslana təqdim etdi. Şirvanşah I Fəriburz da Gəncəyə gəlib Alp Arslana öz itaətini bildirdi. 1070-ci ildə Alp Arslan Şəkiyə getdi və oradan Gürcüstana hücum etdi. Gürcüstanı ələ keçirib Bizans sərhədlərinə çıxdı.
Azərbaycan dövlətlərini ləğv etməyi planlaşdıran Alp Arslan bura­ gəldikdə fikrindən daşındı. Çünki, Azərbaycanda da səlcuqların qan qardaşlarının yaşadığını, ən əsası isə onların Bizans-erməni-gürcü xristi­an qüvvələrinə qarşı mübarizə apar­dığını gör­dükdə onlarla ittifaqa girdi, həm Şəddadilərin, həm də Şirvanşahların daxili idarəetmə siste­minə toxunmadı. Azərbay­canı ata yurdu kimi qəbul edən səlcuqlar burada ordularını möhkəmlətdilər, yerli əhalidən minlərlə döyüşçü səlcuq ordusuna qoşuldu. 1071-ci ildə Dərbəndi ələ keçirən səlcuqlar onun idarəçiliyini Şirvanşahlara həvalə etdilər.
Bizans imperatoru Roman Diogen Alp Arslanın Cənubi Qafqazda fəaliyyəti barədə kəşfiyyat məlumatları almışdı və ona qarşı Avropa muzdlu cəngavərlərdən, qıpçaq, biçə­nək türk tayfalarından və s. ibarət çoxsaylı ordu yaratmışdı. 1071-ci ilin sentyabrında Malaz­­gird yaxın­lığında səlcuqlarla Bizans qoşunları arasında həlledici döyüş oldu. Döyüş Bizans qoşunlarının məğlubiyyəti ilə başa çatdı və Roman Diogen əsir götürüldü. Kiçik Asiyanın xeyli hissəsi səlcuqların əlinə keçdi.
Alp Arslanın başının müharibələrə qarışmasından istifadə edən Şəddadi hökmdarı III Fəzlun nəinki xərac ödəməyi dayandırdı, hətta səlcuqlara düşmən qüvvələrlə gizli əlaqələr yaratdı. Gənc Alp Arslan Bizans-erməni – gürcü xristian qüvvələri üçün keçilməz səddə çevril­mişdi. Döyüş meydanında ona qalib gələ bilməyən düşmənlər, ona sui – qəsd hazırladılar və Alp Ars­lan 1072-ci ildə muzdlu qatil tərəfindən öldürüldü.
Alp-Arslandan sonra hakimiyyətə onun oğlu Məlikşah gəldi. Məlikşahın hakimiyyət illəri (1072-1092) Səlcuq imperiya­sının çiçək­lənmə dövrü olmuşdur. Məlikşah hakimiy­yətdə möhkəmləndikdən sonra sərkərdəsi Buğanı qoşunlarla Azərbay­cana – Şəddadilərə qarşı göndərdi. 1087-ci ildə Buğa Gəncəni ələ keçirdi, hökmdar III Fəzlun həbs edildi. Məlikşahın oğlu Məhəmməd Gəncəyə hakim təyin olundu. Beləliklə, Şəddadilər dövləti ləğv edildi. Gəncəyə çağırılan Şirvanşah I Fəriburz bir daha səlcuqlara öz sədaqətini nümayiş etdirdi, birdəfəlik 70 min dinar bac və hər il 40 min dinar xərac verməyi öhdəsinə götürdü.
Beləliklə, Məlikşahın dövründə Səlcuq imperiyası Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edirdi.
XI əsrin sonlarında bütün Azərbaycan torpaqları Səlcuq imperiya­sına qatıldı. Azərbaycanda mövcud olan dövlətlərin müstə­qilliyini itirməsi, Səlcuq imperiyasına qatılması tarixi Azərbaycan torpaqlarının bir-birilə yaxınlaşmasına müsbət təsir göstərdi. Belə ki, Rəvvadilərə, Şəddadilərə, Şirvan­şahlara aid ərazilər Səlcuq imperiya­sının tərkibində vahid Azərbaycan vilayəti adında birləşdirildi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin