Azərbaycan tarixinin qaynaqları


V əsrin II yarısında Favstas Buzand



Yüklə 28,55 Kb.
səhifə2/2
tarix28.06.2022
ölçüsü28,55 Kb.
#117297
növüYazı
1   2
Şəhanə

V əsrin II yarısında Favstas Buzand «Ermənistan tarixi»ni yazdı, onun bütünlüklə «Son tarix»ə aid olan III-VI kitabları bu günə qədər gəlib çatmışdır.
Lazar V əsrin sonu V əsrin əvvəllərində yazdığı və ənənəvi olaraq «Ermənistan tarixi» adlandırdığı əsərini Qafqaz xalqlarının istiqlaliyyəti uğrunda mübarizəsinə həsr etmişdir.
Moisey Xorenlinin «öz struktur və məzmununa görə erkən orta əsrlər dövrünün tarixşünaslığından seçilən «Ermənistan tarixi» əsəri belə yarandı.
VII əsr erməni mülləiflərinin maraq doğuran nümayəndələrindən biri də Ananiya Şiraklıdır. Onun «Coğrafiya» – «Alxarasuys» əsərində bütün dünya ölkələrinin təsviri Ananiya Şiraklı Klavdi Ptolomey və Isgəndəriyyəli Papanın və digər antik müəlliflərin məlumatlarından mənbə kimi istifadə etmişdir.
Gevondun 127 il ərzində (661-ci ildən – 788-ci ilədək) baş vermiş hadisələri əhatə edən «Xəlifələrin tarixi» əsərini VI-VII əsrin ən qiymətli mənbəsi hesab etmək olar.
Ən qədim zamanlardan XIX əsrə qədər gürcü tarixi ardıcıllıqla şərh edilmişdir.
XV-XVIII əsrlərə aid bir neçə variant var. 10 əsər bura daxil edilib.
I hissə – qədim Kartlis Sxobreba adlanır ta qədim dövrdən XIV əsrə qədər əhatə edir.
II hissə – yeni Kartlik Sxobreba adlanır. XV əsrdən VI Vaxtanqın dövründə xüsusi komissiya tərəfindən tərtib edilib. Buna «Vaxtanq siyahısı da deyilir». Cuvaxişvili burada Azərbaycana, Ermənistana aid olan hissələrini də nəşr etdirib.
Yerli qaynaqlar. Narrativ qaynaqların sayca az olsa da elmi-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən bir hissəsini yerli qaynaqlar təşkil edir. Erkən orta əsrlər Azərbaycan tarixinə aid ən mühüm mənbə Musa Kalankatlının “Alban tarixi” salnaməsidir. Salnamənin müəllifliyi, yazılma tarixi haqqında uzun sürən mübahisələr olsa da bu salnamə olmadan Alban tarixini öyrənmək qeyri-mümkündür.
Ərəb, fars və türk mənbələri. 1) Ən erkən və tam əsər Əl-Cahizinin (869-cu ildə vəfat edib) “Kitab əttəbassur bi-t-ticəra” (Ticarət haqqında düşüncələr) əsəridir. 2) Ibn-Xordadbeh “Kitab əl-məsalik və l-məmalik “Yollar və məmləkətlər” kitabı (rəsmi məlumatlar var). 3) Əl-Yəqubi – (892-ci ildə vəfat edib) rəsmi məlumat vermir. “Kitab əl-buldən (Ölkələr haqqında kitab), (ölkənin yolları inzibati bölgüsü, vergilər haqqında). 4) Ibn əl-Fəqih (X əsr) “Müxtəsar kitab əl-buldən (Ölkələrin müxtəsər kitabı) kompilyativ əsərdir. X əsr ərəb coğrafi ədəbiyyatının yüksəlişi dövrüdur. Bu dövrdə əl-məsalık və l-məmalik tipli əsərlər üstünlük təşkil etdiyi klassik ərəb coğrafi məktəbi yaranır. Ərəb kartoqrafiyası inkişaf edir, onun ən orijinal nümunəsi «Islam atlası» olur. X əsrdə bədii xarakterli, populyar səyahətnamələr meydana çıxır. 5) Əl-Məsudi (956) bir neçə əsərin müəllifidir. Onlardan ikisi 1) Muruc əz-zəhəb və məadin əl-cavhər «Qızıl təmizləmə yerləri və cavahirat mədənləri;
X əsr ərəb ədəbiyyatında böyük coğrafiya məktəbinin ümumi cəhəti aşağıdakılardan ibarətdir:
1) bu əsərlər əl-məsaik və l-məmalik tipində yazılmışdı. (yollar və məmləkətlər)
2) klassik coğrafiya məktəbi üçün «islam ölkəsi» müstəsna yer tutur. Islam arealına daxil olmayan vilayətlərə cox zəif yer ayrılır.
3) hər cür fantastik məlumatlar, ölkənin möcüzələrini təsvir etmək onlara yaddır.
4) xəritələr bu məktəbin ayrılmaz hissəsini təşkil edir. Bunun əsasında «Islam atlası» yaradılır. X əsr klassik coğrafi məktəbinin ilk nümayəndəsi Əl-Bəlxidir, lakin onun əsəri bizə bəlli deyildir. Əl-Istəxriyə istinadən müəlliflər məmləkətlər və yolların kitablarını yazmışlar.
Ümudünya tarixi o cümlədən, Qafqazın siyasi tarixinin təsvirinə Ibn əl-Əsirin (1160-1233) «Əl-Kamil-fit tarix» (Mükəmməl tarix) əsərində rast gəlinir).
IX-X əsr Əl-Kufi ( Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufi) «Kitab əl-Fütuh. Xilafət tarixinin ilk dövrü üçün qaynaqdır.
IX əsr digər ərəb tarixçi, şəcərəçisi Əhməd əlBəlazuridir. Onun Kitab Fütul əl-Buldən) «Ölkələrin fəthi kitabı», «Kitab ənsab əl-əşrəf» (Əsilzadələrin şəcərəsi) əsərində xilafət sistemindəki ölkələrin ərəblər tərəfinbən istila edilməsi dəqiq göstərilir.
Əl-Istəxri «Kitab Məsalik Əl-Məmalik – X əsrə dair – tarixi coğrafi əsərdir. (həyatı haqqında məluta yoxdur) Əl-Istəxrinin əsərinə Ibn Havqəl düzəliş və əlavələr edərək əsəri yazırmışdır.
Digər ərəb müəllifi Əbu Duləfdir. (X əsr) (I və II risaləsi var) Ikincidə Azərbaycan haqqında məlumat verir. Ət-Təbərinin əsəri (Azərbaycanın VII-IX əsr siyasi tarixi öyrənmək üçün mənbədir.
IX-XIII əsrlərdə yazıb-yaradan ərəb müəlliflərindən Ət-Təbəri, Əl-Istəxri, Əl-Bəlazuri, Ibn Əl-Əsir, Əl –Nəsəvi, Əl-Məsudi, Əl-Müqəddəsi, Əl-Qərnati, ibn Xordadbeh, ibn Əl-Fəqih və s. olmuşdur.
Azərbaycan haqqında məlumat verən ərəb müəlliflərindən biri də Ibn Xordadbeh olmuşdur. Onun (Əbül Qasım Ubeydullah ibn Abdullah ibn Xordadbeh 820/26- 912/13) bəzi məlumatlarda isə 885-ci ildə vəfat edilidiyi göstərilir.) O, erkən orta əsr mülliflərindəndir. Mənşəcə farsdır. Bağdadda təhsil alıb, müxtəlif inzibati vəzifələrdə çalışmışdır. Xəlifə Mütəsimin dövründə (833- 842) poçt rəisi, (sahib Əl-bərid və -l xəbər) olmuşdur.
Onun əsəri «Kitab əl-məsalik və -l məmalik» (Yollar və məmləkətlər) adlanır.
IX-X əsr ərəb müəlifləri – (Ibn Xordadbeh, ƏlIstəxri, Əl-Müqəddəsi) isə bu siyahını indi də mövcud olan, yaxud ərəb mənbəsində adı çəkilməsinə baxmayaraq, yerləri bilinməyən çoxlu şəhər və yaşayış məntəqəsinin adları ilə zənginləşdirmişlər.
İbn Xordadbeh Sasanilərin Qafqazda möhkəmləndikləri yerlər sırasında Bab Ənuşirəvanın qalasını xatırlayır.
Azərbaycan haqqında geniş məlumat verən ərəb coğrafiyaşünası, səyyahı və tarixçisi Əl-Yəqubi olmuşdur. Onun «Tarix» adlı da əsəri var. O, Azərbaycanda ərəb işğalı, Babəkin başçılığı altında gedən azadlıq müharibəsindən danışır. Xəzər dənizi, ona tökülən çayları, onun ətrafında yaşayan xalqlar haqqında ilk geniş məlumatı verən Əl-Məsudi olmuşdur. O, Xəzərin qəbul edilmiş ölçülərini təkrar edir. (800*600 mil). O, Volqa, Don çayları, Azov dənizi haqqında məlumat verir.
IX əsrin II yarısı - X əsrin əvvəlləri ərəb coğrafiyaşünaslarından biri də Ibn Rüstədir.
X əsr coğrafiyaşünası, səyyahı, alimi Əl-Istəxri olmuşdur. Əl-Istəxrinin əsəri kitab məsalik əl-məmalik («Məmləkətin və yolların kitabı») adlanır.
Bu ərəb istilasından sonra həmin ölkənin bir inzibati bölgü içərisində idarə olunmasından irəli gəlirdi.
Ərəblər əhalisi müsəlman olmayanların ölkəsinə – kafirlərin ölkəsi deyərdilər.
X əsr ərəb coğrafiyaşünas-səyyahlardan biri də ibn Havqəldir. «Kitab sürət əl-ard» (Yerin surəti kitabı) «Kitab əl-məsamik» və -l-məmalik adı ilə də məhşurdur.
İbn Haqvəl Bərdəni, «Arranın anası» (paytaxt) adlandırırdı. Xəzərdə məşhur liman şəhərinin – “Bab-əl Əvbabı göstərir.
XII əsr ərəb coğrafiyaşünaslarından biri də Yaqut əl Həməvi Əl Rumidir. Onun «Mücam əl-büldan» (Ölkələr haqqında məlumat) adlı əsərində 16 minə qədər məqalə var.
Səlcuq dövrünün mənbələrində Nizamülmülkün «Siyasətnamə» Ravəndinin «Rahət üs Südur və ayət üssurur, Səmərqbudinin «Dörd məpalə» əsərləri əhəmiyyətlidir.
Digər əsər Ravəndinin əsəridir. O, 1194-1202-ci illərə qədər tarixi sənədlər toplamış və 1202-1203-cü illərdə əsəri yazmışdır. Əsər 3 hissədən ibarətdir. Müqəddimə, Səlcuqilər tarixi və son hissə. O, Nişapurinin «Səlcuqnamə» əsərindən mənbə kimi istifadə edib.
Onların ən parlaq nümunəsi Rəşidəddinin «Cami ət təvarix» əsərində (ümumdünya tarix). Əsər Qazan xanın sifarişi ilə 1300-1301-ci illərdə yazılmış və 1307-ci ildə tamamlanmışdır.
Həmdallah Qəzvini fars tarixşünaslığını qızıl əsrinin müasiri olub. Onun «Tarix-e Qozide (Seçilmiş tarix», «Zeyl-e tarix-e Qazide) «Zəfərnamə», «Nüzhət əl qulub («Ürəklərin rahatlığı) əsərləri var. Əsərlərində 1344-cü il Təbriz üsyanı haqqında ətraflı məlumat verir.
Onun oğlu Zeynəddin Qəzvini «Zeyl-e tarix-e Qazide» adlı əsərindən atasının təsvirini davam etdirir. XIV əsr farsdilli mənbələrdən biri də Məhəmməd ibn Hinduşah Naxçıvanınin «Dəstur əl katib fit təyin əl-məratib» əsəridir. XV əsrin II yarısının mənbələri içərisində ən əhəmiyyətlisi Əbu Bəkr Tehraninin «Kitiabi Diyarbəkriyyə»ə əsəridir. Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin tarixinə həsr olunub.
Əsas mənbə 1. Həsən bəy Rumlu və onun «Əhsən ət Təvarix» əsəri, 2. Əhməd Quminin «Xülasət ət təvarix» əsəri, 3. Isgəndərbəy Münsinin – «Tarixi aləmarayi Abbasi» əsərləri əhəmiyyətlidir.
Farsdilli narrativ mənbələri nəzərdən keçirək:
Sədrəddin Soltan İbrahim əl-Əmininin «Fütuhatişahı» əsəri dövrün ilk narrativ mənbəsi hesab edilir. Bu əsər «Şahın qələbələri» adlanır və tam nüsxəsi Tacikistan Respublikası EA-nın Şərq Əlyazmaları fondunda saxlanılır.
İkinci əsər naməlum tarixçi tərəfindən yazılan «Tarix-i şah Ismayıl səfəvi» adlanır və salnamə xarakterindədir. Əsərdə şah Ismayılın şəcərəsi, gənclik illəri, oğlu Şah Təhmasibin taxta çıxmasına qədərki dövrü əhatə edir. Əsər tam nəşr olunmayıb. Yalnız I Ismayılın 1499-cu ilədək olan həyatı Denison Ros tərəfindən ingilis dilinə tərcümə edilərək dərc olunub.
Salnamənin II əlyazması məlumdur. Birincisi Britaniya muzeyində, ikincisi Kembric universitetinin kitabxanasında saxlanılır (Londonda).
London əlyazması 21 miniatürlə bəzədilmiş 307 vərəqdən ibarətdir. (nəstəliq xətti ilə yazılıb) Nüsxə XVI əsrə aiddir. Bu əsərin xeyli hissəsi Xondəmirin «Həbib əsSəyyar» əsərinin III cildinin 4-cü hissəsinə uyğun gəlir.
Deməli I Şah Ismayılın tarixinə dair 3 əsas mənbə var:
I - Fütuhat-i Şahi
II - Həbib əs-Səyyar
III - Naməlum «Tarixi Şah Ismayıl səfəvi» Salnamədə Şah Ismayılın şərti adı «Xaqan-i Süleymani şah-i Sahibgiran» (Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana layiq hökmdar).
Digər bir mənbə Əli Zeynalabdinin (Əbdibəy), «Təkmilat əl-əxbar» (Xəbərlərin təkmili) tarixi-xronikal səciyyəli əsərdir.
Hürşah Bürhan I Təhmasibin sarayında səfir olmuş və «Tarix-i elçi-i Nizamşah» əsərini yazmışdır. Əsər 7 fəsildən, hər biri öz növbəsində göftarlara bölünür (söhbət).
Başqa mühüm bir mənbə Budaq Qəzvininin «Cəvahir əl-əxbar» (Xəbərlərin inciləri) əsərindir.
«Cəvahir əl-əxbar» ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq, I Ismayıla qədərki dövrü əhatə edirdi. Əsər 4 bölmədən ibarətdir. Əsərdə I Ismayıl və I Təhmasibə həsr olunub.
Azərbaycan salnaməçisi Həsən bəy Rumlu çoxcildlilik «Əhsən ət təvarix əsərinin müəllifidir. Səfəvilər dövrünə aid mənbələr içərisində Qazi Əhməd Quminin «Xülasət ət-təvarix (Tarixlərin xülasəsi) əsəri əhəmiyyətlidir. Bu əsərin əlyazmaları nadirdir. Onun «Gülüstani-nükər» əsəri də mövcud idi.
Digər mənbə İsgəndər bəy Münsinin “tarixi Aləm arayi Abbasi” əsəridir.
Səfəvilər dövrünə aid mənbələrin içərisində Qızılbaş bayat tayfalarından da azərbaycanlı Oruc bəy Bayatın (iranlı Da Xuanın) əsəri əhəmiyyətlidir. 1604-cü ildə ispan dilində nəşr olunub. Əsər III kitabdan ibarətdir.
Osmanlı salnamələrindən Aşıq Paşaoğlunun “Tevarihi Ali Osman”, Mehmed Neşrinin “Kitabi Cihannüma”, İbn Kamalın “Tevarihi Ali Osman”, Tacəddin əs-Salmaninin “Tarixnamə”, Mehmed Solokzadənin “Tarix”, Peçevi İbrahim Əfəndinin “Peçevi tarixi” və digərlərinin əsərlərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin Osmanlı dövləti ilə qarşılıqlı münasibətləri öz əksini tapmışdır.
Azərbaycan tarixi üzrə yazılı qaynaqların ikinci qismini epistolyar xarakterli mənbələr təşkil edir. Nəsrani qaynaqlarda bu tip məlumatların az və yaxud ümumiyyətlə olmaması nəzərə alınarsa memuar ədəbiyyatının Azərbaycan tarixi üçün necə mühüm əhəmiyyət kəsb etdiyini dərk etmək heç də çətin deyildir. XIII-XVIII əsrlərə aid memuar ədəbiyyatı içərisində M.Polo, Gilyad de Rubruk, İ.Şiltberger, K.Zeno, A.Kontarini, İ.Barbaro, V.Alessandrini, Ryu Qonsales de Llavixo, Yan streys, Jan Şarden, J.B.Tavernye, A.Oleari, E.Kempfer, C.Kareri, F.Kotov, D.Q.de-Silva, Ö.Çələbi, A.Volınski və başqalarının gündəlikləri tariximiz üçün qiymətli qaynaqlar kimi xüsusi qeyd edilməlidir.
Azərbaycan tarixi üzrə yazılı qaynaqların üçüncü qrupunu sənədli materiallar təşkil edir. Qaynaqların bu hissəsinə hökmdar fərmanları və təliqələr, qanunnamələr, vergi dəftərləri, müqavilə mətnləri ilə yanaşı numizmatik materialları və epiqrafik abidələri də aid etmək olar. Qeyd etmək lazımdır ki, qaynaqların digər növləri ilə müqayisədə sənədli mənbələr olduqca az olsa da onların elmi dəyəri əvəzsizdir. Bununla yanaşı, XVI əsrin sonu və XVIII əsrin 20-30-cu illərində müvəqqəti osmanlı işğalı zamanı tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”, “Naxçıvan sancağının müfəssəl dəftəri”, “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və s. kimi vergi dəftərləri Azərbaycan tarixinin müxtəlif problemlərini öyrənmək üçün çox mühüm sənədli qaynaqlardandır.
ƏDƏBİYYAT:
1. Azərbaycan tarixi. (S. Əliyarlının red. ilə).Bakı, 1996
2. Azərbaycan tarixi. (Z. Bünyadovun red. ilə).Bakı,1994
3. K. Şükürov. Azərbaycan tarixi. (Üç hissədə) I hissə.Bakı,2004
4. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989
5. Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. I cild


Yüklə 28,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin