Sərbəst iş №9
Xocalı faciəsi.Qan yaddaşı
Ədəbiyyat
1. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.II cild,Bakı, 1997.
2. Azərbaycan tarixi VII cild, Bakı,2003,səh.330-480.
3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı,2009.
4. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi
haqqında” Ar.SSR Ali Sovetinin Bəynnaməsi. “Xalq qəzeti”,3 sentyabr,1991.
5. Məmmədov T,Məmmədov Ç,Siyasi tarix.II hissə, Bakı,1995,səh.121-135.
6. Siyasi tarix.(müh.kursu)II hissə,Bakı,1998.səh.287-39
Ermənilər 1992-ci il fevral ayının 25-də Xocalı və Şuşanı mühasirəyə aldılar.1992-ci il fevralın 25-də gecə erməni hərbi birləşmələri 366-cı rus alayının köməyi ilə Xocalı soyqrımını törətdilər. Soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər diri-diri yandırıldı və digər əzablar verildi. Ölənlərin 106-sı qadın,83-ü uşaq, 70-i qoca idi. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı idi.
Xocalı hadisəsi respublikada siyasi vəziyyəti daha da gərginləşdi. Marıtn 3-də prezident sarayı qarşısında istefa tələbi ilə piket keçirildi. Martın 6-da keçən izdihamlı mitinqdən sonra prezident Mütəllibov istefa verdi.Nazirlər kabineti buraxıldı və dövlət Müdafiə Komitəsi yaradıldı.
1992-ci il iyunun 7-də prezident seçkiləri keçirildi. Əbulfəz Elçibəy 59,4 faiz səs toplayaraq Azərbaycan Respublikasının 2-ci prezidenti seçildi. Beləliklə AXCP- Müsavat bloku hakimiyyəti ələ aldılar. Onların bir ilik hakimiyyəti dövründə həm daxili gərginlik, həm də erməni işğalçıları ilə mübarizə daha da gücləndi.
Cəbhə hakimiyyəti dövründə müəyyən müsbət işlər də görüldü. Belə ki,1992-ci il martın 15-də “Azərbaycanın Milli Qəhrəmanı”fəxri adı təsis olundu. Apreldə Ali məktəblərə test üsulu ilə qəbul haqqında qərar verildi. 1992-ci il mayın 27-də “Azərbaycan Respublikasının himni,” 1993-cü il fevralın 23-də “Azərbaycan Reüspublikasıının Gerbi haqqında” qanunlar qəbul olundu. “Siyasi partiyalar haqqında”, “Hərbi xidmət haqqında” qanunlar məhz bu dövrdə qəbul olunmuşdu.
AXC-Müsavat hakimiyyətə xarici siyasətdə də ciddi səhvlərə yol vermişdilər. Hökumət daxili poblemləri həll etmək əvəzinə, gah İrana, gah da Cinə həmin ölkələrdə yaşayan türklərin hüquqlarının müdafiəsi ilə bağlı bəyanatlar səsləndirirdilər. Bu da Azərbaycan Respublikasının vəziyyətini daha da ağırlaşdırdı. Rusiya ilə münasibətlər də getdikcə ağırlaşır və ictimai-siyasi durum daha da pisləşirdi. Rusiyanın Azərbaycana qarşı yeritdiyi məkrli siyasət nəticəsində “Ləzgizstan dövləti”, “Talış Muğan respublikası”, “Bakı quberniyası”kimi müstəqil ərazilər yaratmağa cəhd edilirdi. 1993-cü ilin iyununda Gəncədə S.Hüseynovun başçılığı altında 709-cu alay qiyam qaldırdı.
Artıq Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı.
1993-cü ilin əvvəllərində Naxçıvanda da çevriliş cəhdi göstərilmişdi.Lakin H.Əliyevin müdrik siyasəti və xalqın qətiyyəti sayəsində çevriliş cəhdinin qarşısı alındı.
1991-1993-cü illərdə respublikanın iqtisadiyyatına da çox ağır zərbələr vuruldu. Respublika talanır,onun sərvətləri xaricə daşınırdı.Pambıq və üzüm sahələri bərbad vəziyyətə düşmüşdü.Müəssisələr bağlanır, işsizlik artır, əhalinin güzəranı getdikcə pisləşirdi.Əhali regionlardan dolanışıq dalınca Bakı şəhərinə axışırdı, ziyalıların çoxu xaricə getməyə məcbur olurdular.
Minimum əmək haqqı rəsmi istehlak minimumu həddindən 20 dəfə az idi. İnflyasiya 1000%-ə çatmışdı.Ümumi daxili məhsul hər il orta hesabla 18-20 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra olunurdu.
Kriminal qüvvələr baş qaldırmışdı. Axşam və gecə vaxtlarında küçə və parklara çıxmaq mümkün deyildi. Hakimiyyət ölkəni idarə etmək iqtidarında deyildi.
Bu dövrdə azərbaycanın ziyalıları, uzaqgörən şəxsiyyətləri Naxçıvana, H.Əliyevin yanına gedərək, Azərbaycanın düşdüyü vəziyyətindən çıxış yollarını müzakirə edirdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı “Səs”qəzeti vasitəsilə H.Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir”-deyə müraciət etmişdi.
Həmin dövrdə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasınnın (YAP)təsis konfransı oldu. H.Əliyev YAP-ın sədri seçildi.
1993-cü ilin iyununda ağır böhran keçirən AXC-Müsavat rəhbərliyi H.Əliyevi Azərbaycan rəhbərliyinə çağırdı.İyunun 9-da H.Əliyev Bakıya gəldi.İyunun 13-14-də O,Gəncəyə gələrək müxalifətlə danışıqlar apardı və siyasi böhrandan çıxmaq yollarını müzakirə etdi.
1993-cü ilin iyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. Bu tarixi gün XX əsr tariximizə “Milli Qurtuluş Günü”kimi daxil olmuşdur.1997-ci ildən həmin gün bayram kimi qeyd olunur.İyunun 18-də Ə.Elçibəy xəbər vermədən Bakını tərk edərək, Naxçıvana, Kələki kəndinə gedir.İyunun 24-də respublika prezidenti səlahiyyətlərini Ali Sovetin sədri H.Əliyev qəbul etdi. Həmin gündən H.Əliyevin respublikaya ikinci rəhbərlik dövrü başlayır.
H.Əliyev ilk növbədə ölkənin rəhbər eşalonunu formalaşdırdı. Siyasi durumu nəərə alaraq Baş Nazir postunu Surət Hüseynova həvalə etdi.
1993-cü il oktyabrın 3-də H.Əliyev alternativ əsasda keçerilən seçkilərdə əksər səslə (98,8%) Azərbaycan Respublikasının prezidenti seçildi.
Milli dövlətçiliyin qorunub mökəmlənməsində mühüm şərtlərdən biri də güclü, intizamlı ordunun yaradılması təşkil edirdi.Bu məqsədlə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı.
Hoyabrın 2-də prezident H.Əliyev televiziya ilə çıvış edərək “Hər kəs Vətənin əsgəri olmalıdır”çağırışı ilə xalqa müraciət etdi.Xalqı ölkənin azadlığı naminə birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı.Çağırışa cavab olaraq könullulərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.
Noyabrın 23-də Milli Şura “Müdafiə haqqında”qanun qəbul etdi.Noyabr-dekabr aylarında 17 minə yaxın döyüşcüsü olan 40 ehtiyat taboru təçkil edildi. Şəriştəsiz komandir və zabitlər ordudan kənarlaşdırıldı. 1994-cu il yanvarın 5-də Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək Füzulinin Horadiz qəsəbəsini,22 kəndi, Cəbrayılın bir hissəsini, Kəlbəcərin bir sıra kəndlərini düşməndən azad etdi.
1994-cu il mayın 12-də Biskek protokoluna əsasən cəbhədə atəşkəsə nail olundu. Lakin bu günkü günə qədər atəşkəs rejimi davam etsə də,ermənilər tərəfindən tez-tez pozulur və onlarla insan tələfatı olmuşdur.
Həmin dövrə qədər artıq erməni silahlı qüvvələri Rusiya və digər aparıcı dövlətlərdən dəstək alaraq Azərbaycanın 20% torpağını -7 rayon və Dağlıq Qarabağ əra-zilərini işğal edə bilmişdi.
Bu vəziyyətdən istifadə edən bəzi qüvvələr ölkə daxilində iğtişaşlar salmağa və H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.
1993-cü ilin sentyabrın ortalarında S.Hüseynov,Ə.Hümbətov və R.Qazıyev qüvvələrini birləşdirib Bakıya hücum planı hazırladılar.Onlar açıq silahlı mübarizə yoluna keçdilər.
1994-cü il oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları olan 300 nəfər silahlı dəstə İcra Hakimiyyəti və başqa strateji əhəmiyyətli obyektləri ələ keçirdilər.
Belə bir şəraitdə oktyabrın 4-dən 5-nə keçən gecə H.Əliyev xalqa televiziya vasitəsilə müraciət etdi. Onun çağırışına cavab olaraq yüz minlərlə adam Prezident sarayı ətrafına toplandı. Qiyam yatırıldı.
Oktyabrın 5-də “Azadlıq”meydanında izdihamlı ümumxalq mitinqi keçirildi.Xalq öz liderini dəstəklədiyini bir daha göstərdi.
Lakin təhlükə tamamilə aradan qaldırılmamışdı.1995-ci il martın 11-də R.Cavadov (OMON-un komandiri).Prezidentin və Ali Sovet sədrinin istefası tələbini irəli sürdü. Martın 13-də Ağstafa və Qazax rayonlarında xüsusi təyinantlılar qiyam qaldırdılar. Atışmalar baş verdi.R.Cavadov aldığı güllə yarasından həlak oldu.Rayonlarda da qiyamlar yatırıldı.
1995-ci ilin yayında, 1996-cı ilin dekabrında respublikada daha bir neçə terror və dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkə tam ictimai-siyasi sabitlik mərhələsinə qədəm qoydu. İqtidar ictimai-siyasi sabitlik şəraitndə milli dövlətçiliyin maddi-hüquqi bazasının möhkəmləndirilməsi üçün tədbirlər görməyə başladı.Yeni iqtisadi münasibətlərin formalaşmasına münasib şərait yaratmaq məqsədilə yüzə qədər qanun və qərar qəbul edildi.
1994-cü il aprelin 5-də ticarəti liberallaşdırmaq,1995-ci ilin fevralında valyuta bazarının təşkili haqqında fərmanlar verildi.Bunların nəticəsində respublikada infilyasiya kəskin şəkildə azaldı və 85% -ə endi. Xarici kapitalı cəlb etmək məqsədilə “açıq qapı”siyasəti yeridilməyə başlandı.Xarici sərmayədarlara təminat verən və onıarı müdafiə edən qanunlar qəbul edildi.
Beynəlxalq Valyuta Fondu,Dünya Bankı,Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq genişləndi.Bütün bunlar respublika maliyyə-bank sistemini dünya standartlarına uyğunlaşdırdı.
Dostları ilə paylaş: |