Giriş sözü. Fənnin qısa inkişaf tarixi. Məqsəd və vəzifələri. Öyrənmə metodları. Orqanların holotopiyası, sintopiyası, skelototopiyası, qan təchizatı, innervasiyası və limfa dövranı. Cərrahi əməliyyatlar və onların təsnifatı.
2
2
Yuxarı və aşagı ətrafların cərrahi anatomiyasının əsas prinsipləri, nahiyələrə bölünməsi, qan təchizatı, innervasiyası, limfa dövranı, xüsusiyyətləri. Ətrafların fassiyaları, fassial toxuma sahələri. Fassiyaların əhəmiyyəti. Damar - sinir kələfi yataqlarının quruluşu haqqında N.İ.Piroqovun qanunları. Ətraflarda baş verən irinli - iltihabı proseslər zamanı aparılan cərrahi əməliyyatların əsas prinsipləri.
2
3
Qan damarlarında və periferik sinirlər üzərində aparılan cərrahi əməliyyatlar; ətrafların magistral sinirlərinin əldə edilməsi. Periferik sinirlərin quruluşu və mənbələri haqqında anlayış.
4
4
Sümüklər, oynaqlar, əzələlər, vətərlər üzərində aparılan cərrahi əməliyyatların əsasları. Amputasiyalar və ekzartikulyasiyalar haqqında təlim. Amputasiyaların təsnifat prinsipləri, mütləq və nisbi göstərişlər. Protezləşdirmə.
4
5
Kəllənin və başın cərrahi anatomiyası. Başda aparılan cərrahi əməliyyatların əsasları.
2
6
Boyun nahiyəsinin cərrahi anatomiyası. Boyun orqanlarını əldə etmək üçün istifadə olunan cərrahi müdaxilə yollarının toroqrafo- anatomik əsasları və onların üzərində aparılan cərrahi əməliyyatlar.