Mövzuların adı
|
Saat
|
1.
|
Üzvi kimya laboratoriyasında təhlükəsizlik qaydaları ilə tanışlıq. Üzvi birləşmələrin nomenklaturası, əsas sinifləri, turşu – əsas xassələri.
Lab.işi : Üzvi birləşmələrdə bəzi elementlərin vəsfi analizi.
|
2
|
2.
|
Monofunksional üzvi birləşmələr (spirtlər, fenollar, aldehidlər, ketonlar) və onların spesifik reaksiyaları. Karbonil qrupunun quruluş xüsusiyyətləri və reaksiya qabiliyyəti.
Lab.işi : Miss – qliseratın alınması, rezorsinin təyini, aldehidlərin spesifik reaksiyaları, yodoform reaksiyası.
|
2
|
3.
|
Mono- və dikarbon turşuları, hidroksi-, okso- və aminturşuları, onların ümumi və spesifik reaksiyaları. Limon turşunun biosintezi.
Lab.işi : sirkə və süd turşularının vəsfi analizi.
|
2
|
4.
|
Aromatik heterofunksional birləşmələr, alınması, kimyəvi xassələri və törəmələrinin tətbiqi.
Lab.işi : aspirinin hidrolizi və salisil turşusunun təyini.
|
2
|
5.
|
Kollokvium (üzvi birləşmələrin təsnifatı, turşu – əsas xassələri, elektron effektləri, mono- və heterofunksional üzvi birləşmələr
|
2
|
6.
|
Monosaxaridlər və onların oksidləşmə, reduksiya, dehidratasiya reaksiyaları. Monosaxaridlərin sadə və mürəkkəb efirləri. O- və N-qlikozidlər.
Lab.işi : miss 2-hidroksidin qlükoza ilə reduksiyası (Trommer sınağı). Laktoza və saxarozanın felinq mayesi ilə reaksiyası.
|
2
|
7.
|
Di- və polisaxaridlər, quruluşu və hidrolizi, sadə və mürəkkəb efirləri. Qialuron turşusu. Qlikoproteinlər və proteoqlikanlar.
Lab.işi : karbohidratların a-naftol ilə təyini. Nişastanın təyini.
|
2
|
8.
|
Aminturşular, alınması, kimyəvi xassələri və səciyyəvi reaksiyaları N- və C-terminal aminturşuların Senjer, Edman və Akabori reaksiyaları ilə təyini.
Lab.işi : a-aminturşuların ninhidrin, biuret, ksantoprotein və fol reaksiyaları.
|
2
|
9.
|
Peptidlər və zülallar. Peptid qrupunun quruluş xüsusiyyətləri. Zülalların sintezi, kimyəvi modifikasiyası və quruluşu (seminar)
|
2
|
10.
|
Kollokvium (karbohidratlar, aminturşular və zülallar)
|
2
|
11.
|
Heterotsiklik birləşmələr, alınması, kimyəvi xassələri və törəmələri.
Lab.işi : piridinin, amidopirinin və nikotinin təyin reaksiyaları.
|
2
|
12.
|
Bitsiklik heterotsiklik birləşmələr. Purin əsasları. Ksantinin metil törəmələri. Alkaloidlər və antibiotiklər (seminar)
|
2
|
13.
|
Nuklein turşuları. Polinukleotid zəncirinin quruluşu. Nuklein turşularının birinci quruluşu. Kofermentlər.
|
2
|
14.
|
Lipidlər. Yağda həll olan vitaminlər. Öd turşuları. Steroid hormonları və ürək qlikozidləri.
|
2
|
15.
|
Kollokvium (heterotsiklik birləşmələr, lipidlər, nuklein turşuları)
|
2
|
|
Cəmi :
|
30
|