Mövzuların adı
|
Saat
|
1.
|
Gigiyena haqqında ümumi anlayış, bu elmin əhalinin sağlamlığının qorunmasında rolu. Gigiyenada istifadə olunan müayinə üsulları. Bu üsulların xarici mühit amillərinin insan orqanizminə, əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsində əhəmiyyəti. Müalicə həkiminin fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti. Müalicə-profilaktika fakultəsində gigiyena üzrə tədris prosesinin təşkili ilə tanışlıq
|
2
|
2.
|
Mikroiqlim göstəricilərinin insan orqanizminə təsiri və onların təyini üsulları
|
2
|
3.
|
Meteoroloji amillərin orqanizmə kompleks təsirinin gigiyenik cəhətdən qiymətləndirilməsi və öyrənilməsi üsulları
|
2
|
4.
|
Günəş şüalarının insan orqanizminə təsiri, onların əhəmiyyəti və şüa intensivliyinin təyini üsulları
|
2
|
5.
|
Havanın kimyəvi tərkibinin insan orqanizmi üçün əhəmiyyəti. Havada CO2 və bəzi zərərli qazların, tozların və mikroorqanizmlərin təyini üsulları
|
2
|
6.
|
İşıqlanmanın insan orqanizminə təsiri və otaq şəraitində işıqlanmanın gigiyenik müayinə üsulları. Hava mübadiləsinin (ventilyasiyasının) havanın keyfiyyətinin yaxşılaşdırılmasında rolu və gigiyenik qiymətləndirilməsi üsulları.
|
2
|
7.
|
Suyun fiziki-orqanoleptik xassələrinin suyun keyfiyyətinə təsiri və bu göstəricilərin insan sağlamlığı üçün əhəmiyyəti, onların gigiyenik qiymətləndirilməsi üsulları. Suyun kimyəvi tərkib göstəricilərinin insan sağlamlığı üçün əhəmiyyəti və bu göstəricilərin təyini üsulları (suda sulfatların, xloridlərin, dəmirin keyfiyyətcə təyini, suyun codluğunun miqdarca təyini)Suyun üzvi mənşəli çirklənməsinin kimyəvi göstəricilərinin sağlamlıq üçün əhəmiyyəti və onların təyini üsulları (suda azotlu birləşmələrin keyfiyyətcə təyini, oksidləşmə dərəcəsinin təyini). Suyun bakterioloji və helmintoloji göstəricilərinin insan sağlamlığı üçün əhəmiyyəti və müayinə üsulları
|
2
|
8.
|
İçməli və təsərrüfat əhəmiyyətli suların təmizlənməsi və zərərsizləşdirilməsinin əhalinin sağlamlığı üçün əhəmiyyəti və bu üsulların xüsusiyyətləri. Suyun koaqulyasiyası və normal dozalarla xlorlaşdırılması
|
2
|
9.
|
Torpağın fiziki xassələri və mexaniki quruluşunun ətraf mühitin keyfiyyətinə təsiri. Torpağın helmint yumurtaları ilə çirklənməsinin insan sağlamlığına təsiri və torpağın fiziki-mexaniki göstəricilərinin təyini, torpağın helmintoloji müayinə üsulları
|
2
|
10.
|
Xarici mühit obyektlərinin – suyun və yeyinti məhsullarının radioaktivliyinin təyini üsulları. İonlaşdırıcı şüalardan müdafiənin hesablanması
|
2
|
11.
|
Müalicə-profilaktika müəssisələri layihələrinin gigiyenik ekspertizasının əhəmiyyəti. Layihə sənədlərinin (situasiya, baş plan və daxili planlaşdırma) gigiyenik qiymətləndirilməsi
|
2
|
12.
|
Səmərəli qidalanmanın əhalinin sağlamlığında rolu və onun əsas kəmiyyət və keyfiyyət göstəriciləri. Qidalanmanın səmərəliliyi üzərində həkim nəzarətinin təşkili. Sutkalıq enerji sərfinin təyini üsulları və prinsipləri. Xronometraj – cədvəl üsulu ilə Tibb Universiteti tələbələrinin sutkalıq enerji sərfinin hesablanması
|
2
|
13.
|
Qida payının kimyəvi tərkibinin və kaloriliyinin əhalinin sağlamlığının qorunmasında və müqavimətinin artırılmasında rolu. Sutkalıq qida payının bölgü-menyusunun tərtibi prinsipləri. Nümunəvi bölgü-menyusuna əsasən qida rasionunun kimyəvi tərkibinin və kaloriliyinin təyini. Tələbənin sutkalıq qida payının bölgü-menyusuna əsasən payın kimyəvi tərkibinin və kaloriliyinin təyini. Un və çörək-bulka məhsullarının keyfiyyətinin və qida dəyərinin təyini üsulları
|
2
|
14.
|
Süd və süd məhsullarının keyfiyyətinin və qida dəyərinin qiymətləndirilməsi üsulları. Ətin, konserv və konsentratların keyfiyyətinin və qida dəyərinin gigiyenik cəhətdən qiymətləndirilməsi, hazır xörəklərin laborator üsulu ilə kaloriliyinin təyini. “C” vitaminin orqanizm və sağlamlıq üçün əhəmiyyəti. Ərzaqlarda, tərəvəzlərdə və göyərtidə “C” vitamininin təyini və gigiyenik qiymətləndirilməsi
|
2
|
15.
|
Qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatı qaydaları və profilaktikası
Qidalanma gigiyenası üzrə seminar
|
2
|
16.
|
İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklərin müayinə üsulları və bu müayinələrin sağlamlığın qorunmasında əhəmiyyəti (əzələ, MSS, ürək-damar, tənəffüs sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi)
|
2
|
17.
|
Səs-küy və vibrasiya əsas peşə zərəri kimi, onların orqanizmə, sağlamlığa təsiri və gigiyenik müayinə üsulları
|
2
|
18.
|
Zəhərli kimyəvi maddələrin – peşə zəhərlərinin orqanizmə, sağlamlığa təsiri və onların toksikliyinin təyini üsulları
|
2
|
19.
|
Peşə xəstəlikləri və peşə zəhərlənmələrinin əsas xüsusiyyətləri, onların qeydiyyatı, uçotu və təhqiqi qaydaları
|
2
|
20.
|
Fəhlə və qulluqçuların profilaktik tibbi müayinələri, onların sağlamlığının qorunmasında rolu və bu müayinələrin keçirilmə qaydaları
|
2
|
|
Cəmi :
|
40
|