«Azercelldən hədiyyəli Balans» tirajlı, stimullaşdırıcı lotereyası



Yüklə 8,95 Kb.
tarix14.06.2018
ölçüsü8,95 Kb.
#53658


«Azercelldən hədiyyəli Balans» tirajlı, stimullaşdırıcı lotereyası.

07.03.2016 – 05.03.2017-ci il tarixləri arasında Azərbaycan Respublikası ərazisində stimullaşdırıcı tirajlı lotereya formasında “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Stimullaşdırıcı lotereya, «Azercell Telekom» MMC-nin məhsulu olan ”ödəmə kartları”-nın, fakturasız xətt sisteminə aid nömrələrin satışını, balansın müxtəlif ödəmə vasitələri ilə (Simkredit və balansdan balansa digər köçürmələr, habelə balansın qəpiklə ifadə olunan hissələri istisna olmaqla) artırılmasını stimullaşdırmaq məqsədi daşıyır.
İştirakçılar

«Azercell Telekom» MMC-nin bütün fakturasız xətt abunəçiləri.



İştirak şərtləri

«Azercell Telekom» MMC-nin fakturasız xətt abunəçisi ödəniş kartı və ya müxtəlif ödəmə vasitələri ilə (Simkredit və balansdan balansa digər köçürmələr, habelə balansın qəpiklə ifadə olunan hissələri istisna olmaqla) balansını ən azı tam olaraq 1,00 AZN məbləğində artırıb, stimullaşdırıcı lotereyanın keçirildiyi müddətdə 5353 (qiyməti 0,00 AZN) qısa nömrəsinə boş SMS göndərib xal toplamaqla «Azercelldən hədiyyəli Balans» stimullaşdırıcı tirajlı lotereyasının iştirakçısı olmaq hüququnu əldə edir.

Abunəçi, balansını artıran zaman yüklədiyi tam məbləğə bərabər tutulan say qədər 5353 (qiyməti 0,00 AZN) qısa nömrəsinə SMS göndərmək imkanını əldə edir. (Məs.: 1,00 AZN= 1 SMS; 2,00 AZN= 2 SMS; 3,00 AZN= 3 SMS və s.)

07.02.2016 – 05.03.2017-ci il tarixləri arasında yeni Azercell nömrəsini aktiv edən abunəçi, stimullaşdırıcı tirajlı lotereyada iştirak etmək üçün əlavə olaraq 5353 (qiyməti 0,00 AZN) qısa nömrəsinə 5 SMS göndərmək imkanı da əldə edir.



Uduşlar

Ümumilikdə, lotereyanın uduş fondu 1 027 000 AZN təşkil edir. Hər tirajda 7 uduş olmaqla uduşların sayı cəmi 364 ədəd:



  • 312 ədəd 1000 AZN, cəmi 312 000 AZN;

  • 39 ədəd 10 000 AZN, cəmi 390 000 AZN;

  • 13 ədəd 25 000 AZN, cəmi 325 000 AZN.

Lotereya haqqında məlumatlar və stimullaşdırıcı lotereyanın şərtlərinin açıqlanması

www.hediyyelibalans.az internet saytında yerləşdirilir.




Yüklə 8,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin