Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında



Yüklə 79,15 Kb.
səhifə6/45
tarix10.01.2022
ölçüsü79,15 Kb.
#107798
1   2   3   4   5   6   7   8   9   ...   45
6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

6.2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sərəncama uyğun olaraq həll edilir.

 

7. Cəmiyyətin İdarə Heyəti

 

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.



7.1-1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və Sərəncamla Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, Cəmiyyətin Direktorlar Şurasına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.[19]

7.2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Cəmiyyətin sədrinin təklifi ilə səhmdarların ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilir.

7.3. İdarə Heyətinin tərkibi 7 nəfərdən ibarət seçilir. Cəmiyyətin sədri və sədr müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin digər üzvləri Cəmiyyətin səhmdarlarından və kənar şəxslərdən seçilə bilərlər.

7.4. İdarə Heyəti Cəmiyyətin sədrinin təklifi ilə İdarə Heyətinin üzvlərini, sonradan ümumi yığıncaq tərəfindən təsdiq etmək şərti ilə, vaxtından qabaq vəzifədən azad edə bilər.

7.5. İdarə Heyəti:

7.5.1. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

7.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;

7.5.3. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;[20]



7.5.4. Nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına azı bir həftə qalmış iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında səhmdarın tələbi ilə ona lazım olan məlumatları verir;

7.5.5. Nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 30 gün qalmış Cəmiyyətin fəaliyyətinə aid məlumatları, İdarə Heyətinin hesabatı haqqında və digər zəruri məlumatları səhmdarların nəzərinə çatdırır;

7.5.6. hər bir səhmdarın tələbi ilə ümumi yığıncağın protokolundan çıxarışı və ya protokolun surətini ona verir;[21]

7.5.7. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;[22]

7.5.8. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.[23]

7.6. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

7.7. İdarə Heyəti üzvlərinin seçilməsi, iclaslarının keçirilməsi və onun işinin təşkili ilə bağlı digər məsələlər ümumi yığıncaq tərəfindən qəbul edilən İdarə Heyəti haqqında Əsasnamə ilə müəyyən edilir.

7.8. Hər hansı bir əqdin bağlanması nəticəsində Cəmiyyətin İdarə Heyəti üzvünün şəxsi marağı ilə Cəmiyyətin mənafeyi ziddiyyət təşkil etdikdə, o bu barədə Direktorlar Şurasına məlumat verməlidir. Həmin əqdin bağlanması yalnız Direktorlar Şurasının müvafiq qərarı əsasında həyata keçirilə bilər.

 


Yüklə 79,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin