Азярбайъан Енсиклопедийасы


EKRAN ƏSƏRİNİN KOMPOZİSİYASI (screen composition)



Yüklə 2,68 Mb.
səhifə145/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   141   142   143   144   145   146   147   148   ...   809
EKRAN ƏSƏRİNİN KOMPOZİSİYASI (screen composition) – Müəllifin topladığı (rejissorun çəkdiyi) faktik materialın ədəbi quruluş cəhətdən tərtib olunaraq müəyyən formaya salınması. Bu yaradıcı vəzifənin gerçəkləşdirilməsi prosesində əsərdə məzmunun bütün elementləri təkcə formal vasitələr olan süjet və kompozisiya vasitəsilə deyil, həm də fakt, rəy, problem və s. arasında çoxölçülü əlaqə və münasibətləri birləşdirən ideya sayəsində qaydaya salınır. Bax: K o m p o z i s i y a.

EKRANIN İŞIQ YANIĞI (screen disintegration) – Əlavə işığın ekrana ziyanlı təsiri. Bunun nəticəsində təsvirin sezginliyi və əksetdirmənin düzgün tonu kəskin şəkildə aşağı düşür. Kinoekran yanıqlarının ziyanlı təsiri (kinoproyektordan gələn dağınıq işıq və tamaşaçı salonunun özündəki işıq inikasları) kinofilmin gün işığında göstərilməsi zamanı lap üzə çıxır. Təsvirin ekrandakı parlaqlığı nə qədər az olarsa, işıq yanıqlarının ziyanlı təsiri bir o qədər artar.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin